Şəkidə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası

 ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub

 

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqlarla əlaqədar martın 3-də Şəkidə İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonlarına daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin, dövlət proqramının icraçı təşkilatlarının nümayəndələrisahibkarlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov tədbirdə çıxış edərək, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznesinvestisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olduğunu bildirib. Qeyd olunub ki, dövlət proqramları ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfə verir. Bu baxımdan ötən il də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində görülən işlərlə, həyata keçirilən layihələrlə, əldə edilən uğurlu nəticələrlə zəngin olub.

Sahib Məmmədov bildirib ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunmuş konfransda proqramın tam və keyfiyyətli icrasının təmin olunması məqsədi ilə dövlət qurumları, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında mühüm vəzifələr müəyyənləşdirib. Konfransda dövlət başçısı tərəfindən Dövlət İnvestisiya Proqramına prioritet layihələrin daxil edilməsi və vəsaitlərin istifadəsinə ciddi nəzarət olunması, məktəb, uşaq bağçası, səhiyyə və ictimai obyektlərin tikintisi, infrastruktur layihələrinin icrası, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, sənaye klasterlərinin, hər bir rayonda sənaye zonasının, iri fermer təsərrüfatlarının, “yaşıl market”lərin yaradılması, aqroparkların tikintisinin davam etdirilməsi və digər məsələlər barədə müvafiq tapşırıqlar verilib. Nazir müavini dövlət başçısının müəyyənləşdirdiyi tapşırıqların vaxtında və keyfiyyətlə icrası üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Tədbirlər Planının hazırlandığını və icrasına başlandığını vurğulayıb.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin artdığını diqqətə çatdırıb. Qeyd olunub ki, dövlət proqramı çərçivəsində ölkənin digər bölgələrində olduğu kimi, Şəkidə də quruculuq və abadlıq işləri geniş vüsət alıb, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açılıb.

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev regionlarda aqrar sahəyə dövlət tərəfindən göstərilən dəstək tədbirləri barədə məlumat verib, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının əhəmiyyətini vurğulayıb. Bildirilib ki, dövlət başçısının müvafiq sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ilielan edilməsi aqrar sahənin inkişafına mühüm töhfə verəcək.

İqtisadiyyat və Sənaye Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Elşən Əsədov regionların tarazlı inkişafı sahəsində əldə edilmiş nailiyyətlər və dövlət proqramında Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonları üçün nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov çıxışında ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasının bir istiqaməti kimi sahibkarlara göstərilən elektron xidmətlərdən bəhs edib.

Tədbirdə həmçinin sahibkarların maarifləndirilməsi istiqamətində rayonlarda keçirilən tədbirlərin əhəmiyyəti, ixtisaslaşmabu sahədə beynəlxalq təcrübənin ölkə regionlarına tətbiqi imkanları, regionlarda həyata keçirilən investisiya layihələrində Azərbaycan İnvestisiya Şirkətinin iştirak imkanları, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyəti və həyata keçirilən layihələr barədə məruzələr dinlənilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Azərbaycan.-2015.- 4 mart.- S.5.