Azərbaycan Prezidenti İlham Əliyevin

 Sofiyada rəsmi qarşılanma mərasimi olub

 

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfərə gəlib

 

 

Bolqarıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 4-də Sofiyanın Aleksandr Nevski meydanında rəsmi qarşılanma mərasimi olub.

Azərbaycanın və Bolqarıstanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Bolqarıstan Prezidenti Rosen Plevneliyev qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Hərbi orkestrin ifasında Azərbaycanın Bolqarıstanın dövlət himnləri səsləndi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Prezident İlham Əliyev Bolqarıstan əsgərlərini salamladı.

Bolqarıstanın dövlət hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti Prezident Rosen Plevneliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçdi.

 

AZƏRTAC

Azərbaycan.-2015.- 5 mart.- S.1.