Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında mədəniyyət, təhsil və səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

Xalq Artisti

Hacıyeva-Naylor Fidan Hacı Ağa qızı

Əməkdar Müəllim

Əhədova Mətanət Məcnun qızı

Kazımzadə Elmina Mobil qızı

Musayeva Bella Sirac qızı

Mustafayeva Mehriban İsa qızı

Əməkdar Həkim

Ağazadə Cəmilə Əyupovna

Əməkdar Mədəniyyət İşçisi

Abbaslı Elmira Mikayıl qızı

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 mart 2015-ci il

Azərbaycan.-2015.- 6 mart.- S.1.