“Xocalıya ədalətkampaniyası Dublin radiosunda

 

 

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) London ofisinin ictimaiyyətlə əlaqə marketinq məsələləri üzrə direktoru Leon Kuk İrlandiyanın 103.2 FM dalğasında yayımlanan Dublin şəhər radiosunun “Mediascope” proqramına müsahibə verib. Proqramın aparıcısı Ellen Qanninqin suallarını cavablandıran Leon Kuk Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədaləttəbliğat –təşviqat kampaniyası çərçivəsində görülən işlər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər barədə ətraflı məlumat verib.

L.Kuk deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı qətliamı Dağlıq Qarabağ münaqişəsi zamanı öz qəddarlığı ilə seçilən ən dəhşətli qanlı hadisə olub. 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər qəddarlıqla qətlə yetirilib. Keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə erməni silahlı qüvvələri şəhəri tərk etməyə çalışan mülki əhaliyə qarşı hücuma keçərək onlarla amansız davranıb. Həmin müdhiş gecədən 23 il köçməsinə baxmayaraq, heç kəs bu soyqırımı ilə bağlı mühakimə edilməyib, Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməyib. TEAS Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalətkampaniyası çərçivəsində Dublin daxil olmaqla Avropanın bir çox şəhərlərində tədbirlər təşkil edərək, avropalıları bu dəhşətli qətliam haqda məlumatlandırmağa çalışır.

Faciə ilə bağlı çəkilmiş “Sonsuz dəhliz” sənədli filmi barədə danışan L.Kuk deyib: “Sonsuz dəhliz” litvalı rejissor prodüser Andreas Brokas, ABŞ Prezidenti Cimmi Karterin administrasiyası zamanı Evin ictimaiyyətlə əlaqə üzrə direktoru vəzifəsində çalışmış Cerard Rafşunun prodüserliyi ilə çəkilmiş bir saatlıq sənədli filmdir. 15 ölkəni təmsil edən peşəkarlardan ibarət yaradıcı heyətin 5 illik əməyi nəticəsində ərsəyə gəlmiş bu film Xocalı qətliamının baş verdiyi gecə təmas xəttinin yaxınlığında olan son 23 il ərzində gördüklərindən söhbət açan jurnalist Riçard Lapaytisin Azərbaycana dönüşündən bəhs edir. O, təmas xəttinə səfər edərək, qətliamdan sağ çıxmış xocalılılarla yenidən görüşür. Filmdə, həmçinin həmin gecə öz məkrli planlarını həyata keçirən erməni komandirləri ilə müsahibələr yer alıb. Filmdə sağ qalan insanların həyat hekayələri, onlara kömək etmiş insanlar, o cümlədən müharibənin amansızlığı barədə danışılır”.

Filmin yaradıcı heyətinin erməni komandirlərinin həmin gecə barədə danışmasına nail olması barədə sualı cavablandıran L.Kuk bildirib: “Bu, özü-özlüyündə bir dönüşdür. Lakin qəribəsi budur ki, əks tərəfdə olan şəxslərin bu qətliamda rol oynadıqlarını etiraf etmələrinə baxmayaraq, beynəlxalq ictimaiyyət işğal altındakı torpaqları Azərbaycanın suveren ərazisi kimi tanıyan BMT Təhlükəsizlik Şurasının Avropa Parlamentinin qətnamələrinin hələ həyata keçirilməsinə təkid etmir”.

L.Kuk bildirib ki, film Dublindən başqa London, Paris, Brüssel, Berlin, Vilnüs, Moskva, İstanbul, Ankara Berndə nümayiş olunub. Hazırda Avropa ABŞ-ın aparıcı telekanalları ilə danışıqlar aparılır. Lakin ötən illər ərzində, yəni 2008-ci il mayın 8-dən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalətkampaniyası çərçivəsində dünyanın 100-dən artıq ölkəsində film nümayişləri, konsert, yürüşlər daxil olmaqla müxtəlif xarakterli tədbirlər həyata keçirilməkdədir. Müxtəlif sahənin nümayəndələri, sıravi vətəndaşlar, media təmsilçiləri, diplomatik korpusun nümayəndələri, o cümlədən siyasətçilər bu tədbirlərə gəlməkdə, baş verənlərə şahidlik etməkdə sərbəstdirlər.

Biz mümkün qədər mesajımızı geniş kütlələrə çatdırmaqda maraqlıyıq. Xüsusən jurnalist siyasətçilərin öz gördüklərini cəmiyyətin digər üzvlərinə çatdırmağını istərdik. Düşünürük ki, “Sonsuz dəhliz” filmi hər bir insanın ürəyində dərin iz buraxacaq. Ona görə hər kəs ona baxmalıdır. Hazırda danışıqlar gedir. Ümid edirik ki, bu il ərzində dünyanın aparıcı telekanalları bu filmi nümayiş etdirməyə hazır olacaq.

L.Kuk deyib: “Biz faciə ilə bağlı “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” adlı kitab da nəşr etmişik. Bu kitab Xocalı qətliamı barədə Qərbdə ingilis dilində işıq üzü görən ilk müstəqil nəşrdir. İnkaredilməz faktları özündə birləşdirən bu nadir kitaba Xocalı şahidlərinin ifadələri, beynəlxalq mətbuatda dərc edilən materiallar, beynəlxalq təşkilatların hesabatları xarici fotoqraflar tərəfindən çəkilən nadir şəkillər daxil edilib.

E.Kuk bu filmin insanlarda Xocalı həqiqətləri ilə bağlı məlumatın artırılması baxımından önəmini qeyd edib. O deyib ki, Xocalı faciəsi körfəz müharibəsi, Balkan savaşı, Ruanda hadisələri ilə eyni vaxta təsadüf etdiyi üçün beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalıb. Lakin qətlə yetirilən insanların sayından asılı olmayaraq, bu, 23 il öncə baş vermiş çox dəhşətli bir hadisədir. Cəmi bir nəsil öncə öz doğmalarını itirmiş insanların ailələri, qohumları hələ bu faciəni unuda bilmirlər. Azərbaycanda bir milyondan artıq qaçqın məcburi köçkün var ki, hələ öz doğma evlərinə qayıda bilmir. Azərbaycan ərazisinin 20 faizi hələ Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Məhz buna görə insanlar bu təcavüzün acı nəticələrini gündəlik həyatlarında hiss edirlər. Məhz bu səbəbdən biz bu mesajı dünyaya çatdırmağa çalışırıq.

Jurnalistin “həmin axşam Dublindəki tədbirdə oxşar vəziyyətlə çox yaxından tanış olan bu məsələnin tezliklə həllinin vacibliyini vurğulayan siyasətçilər Pət Keri Terri Leyden orada idilər. Diplomatik korpusun nümayəndələrini jurnalistləri filmlə tanış etdikdə, hansısa bir nəticə hasil oldumu? Ümumiyyətlə, sizə diplomatik media dairələrindən hər hansı bir reaksiya daxil olurmusualına cavabında L.Kuk deyib: “Media ilə bağlı danışdıqda əlbəttə, xüsusilə film nümayişindən sonra bu tədbiri ümumiyyətlə, münaqişəni işıqlandırmaq istəyən jurnalistlər oldu. Diplomatik ictimaiyyətə gəldikdə isə, Azərbaycanın mövqeyi beynəlxalq ictimaiyyətin əksər üzvləri tərəfindən dəstəklənir. Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Peru, Panama, Pakistan, Meksika digər ölkələr öz milli parlamentlərində Xocalı soyqırımını rəsmən tanıyıblar. Digər ölkələrin məsələyə bu cür qiymət verməsini istəyirik”.

“Mediada məqalələrin dərc olunmasından əlavə, daha nəyə nail olmaq istəyirsiniz? Filmin televiziyalarda yayımından sonra insanların sizinlə “Twitter” vasitəsilə əlaqə saxlamasını istəyirsiniz? Ümumiyyətlə, sıravi insanlar sizin üçün edə bilərsualına cavab verən L.Kuk bildirib: “Onlar öz siyasətçilərinə, media vasitələrinə müraciət edə bilərlər. Müxtəlif internet saytları var ki, oradakı məcburi köçkün qaçqınların doğma yurdlarına qayıtmalarına dəstək verən petisiyaları imzalaya bilərlər. Təbii ki, əsas hədəf cinayətkarların məhkəmə qarşısında cavab verməsidir. Xocalı qətliamı zamanı hərbi komandirlərdən biri olmuş Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan 2000-ci ildə münaqişə ilə bağlı britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində bu ifadələri işlətmişdir: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilən bir xalq deyil. Biz bu stereotipi sındırdıq bunlar baş verdi”. Beləliklə, Ermənistanın prezidenti boynuna alır ki, onlar mülki əhalini hədəf olaraq seçmişdilər. Bu, yanlışdır, bu, ədalətsizlikdir düşünürük ki, beynəlxalq ictimaiyyət sıravi vətəndaşlar bu məsələdən agah olmalıdırlar.

Sonda L.Kuk qeyd edib ki, insanlar www.teas.eu internet səhifəsinə girməklə bu kampaniyaya dəstək verə bilərlər. Yaxud www.justiceforkhojaly.org kampaniyasının internet səhifəsinə daxil olmaqla bu dəhşətli qətliama qarşı başladılmış kampaniyaya dəstək olmaq üçün öz ad və soyadlarını yaza bilərlər.

 

Azərbaycan.-2015.- 11 mart.- S.5.