Azərbaycan ilə Pakistan arasında müdafiə sənayesi sahəsində

əməkdaşlığa dair danışıqlar aparılıb

 

Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri

 

 

Martın 13-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Pakistanın müdafiə sənayesi federal naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Y.Camalov nümayəndə heyətinə rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məlumat verib.

Söhbət zamanı Azərbaycan ilə Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair danışıqlar aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdə Pakistanın Azərbaycandakı hərbi attaşesi Syed İmran Aliiştirak edib.

 

Azərbaycan.-2015.- 14 mart.- S.2.