Azərbaycan ilə Pakistan arasında yüksək dostluq əlaqələri var

 

Yeni Azərbaycan Partiyası Gənclər BirliyininPakistan hakim partiyasının Gənclər Birliyinin nümayəndə heyəti arasında görüş keçirilib.

Qonaqları salamlayan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan ilə Pakistan arasında yüksək dostluq əlaqələrinin olduğunu vurğulayıb. Bildirib ki, iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin inkişafında mühüm rol oynayıb. Bu səfər ikitərəfli münasibətləri yeni mərhələyə qaldıracaq və əlaqələrimiz daha sürətlə inkişaf edəcək. Pakistan və Azərbaycan xalqları ümumi dəyərlərə malikdir, dini, mədəni əlaqələrimiz ikitərəfli münasibətlərin sürətlə inkişaf etməsinə imkan verir.

Səmimi qarşılanmaya görə öz təşəkkürünü bildirən qonaq xanım Amna Malik Azərbaycana gəlməsindən çox məmnun olduğunu bildirib. Qonaq Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndələrini Pakistana dəvət edib.

Sonda Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən qonaqlara müxtəlif hədiyyələr təqdim olunub.

 

Azərbaycan.-2015.- 17 mart.- S.4.