Heydər Əliyev Məktəbi

 

Milli Təhlükəsizlik  Orqanları-96

 

 

Milli Təhlükəsizlik Nazirliyi üzərinə düşən vəzifələri yerinə yetirmək üçün öz peşəkarlıq fəaliyyətini, təcrübəsini daha da artırmalı, bilikli, gənc, müasir tələblərə cavab verən kadrlar hazırlamalıdır.

Heydər ƏLİYEV

 

Azərbaycan xalqı naminə, Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi naminə ümumi işimizə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da böyük töhfə verirlər. Nazirlikdə çalışan insanlar peşəkar, vətənə sadiq, dövlətçiliyimizə sadiq insanlardır. Mən çox şadam ki, nazirlikdə görülən işlər nəticəsində böyük uğurlar qazanıldı, ölkəmiz üçün çox vacib məsələlər öz həllini tapdı.

İlham ƏLİYEV

 

Martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü tamam olur. Milli Təhlükəsizlik Nazirliyinin bütün şəxsi heyəti bu əlamətdar hadisəni böyük ruh yüksəkliyi ilə qeyd etməyə hazırlaşır.

Yarandığı tarixdən bu günə kimi Azərbaycanın təhlükəsizlik orqanları böyük və keşməkeşli inkişaf yolu keçmişdir. Əsası Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları tərəfindən qoyulmuş bu mühüm dövlət təsisatında milliləşmə prosesində, müstəqillik illərində Milli Təhlükəsizlik Nazirliyinin milli maraqlara xidmət edən peşəkar qurum kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.

Heydər Əliyev sovet rejiminin ən sərt dönəmlərində Azərbaycanın təhlükəsizlik orqanlarının qapılarını azərbaycanlı kadrların üzünə geniş açmaq kimi çox çətin və riskli bir işin öhdəsindən böyük ustalıqla gəlmiş, bu strukturu ilk növbədə Azərbaycan xalqının milli maraqlarının və mənafelərinin qoruyucusuna çevirmişdi. Ulu öndər özünün xalqa və vətənə sədaqəti, sonsuz məhəbbəti ilə ideal zabit, ən başlıcası isə böyük azərbaycanlı idi. Onun yüksək peşəkarlığı, qətiyyəti, analitik təfəkkürü və təşkilatçılığı sayəsində o illərdə Azərbaycan təhlükəsizlik orqanlarının həyata keçirdikləri uğurlu əməliyyatlar bu orqanın əməkdaşlarına böyük hörmət və nüfuz qazandırmışdı.

Bu gün biz sonsuz qürur hissi ilə qeyd edirik ki, Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının təsis edilməsi də bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev özünə əziz və doğma saydığı təhlükəsizlik orqanlarını həmişə diqqət mərkəzində saxlamış, Azərbaycan xalqının müstəqilliyinin etibarlı şəkildə qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi uğrunda mübarizənin ön sıralarında dayanan bir struktur kimi daha da təkmilləşməsini ən mühüm vəzifələrdən hesab etmişdir. Bu şərəfli vəzifənin həyata keçirilməsi, milli təhlükəsizlik orqanlarının xalqa, dövlətə və müstəqilliyimizə sədaqətli peşəkar kadrlarla gücləndirilməsi, beləliklə də Milli Təhlükəsizlik Nazirliyinin daha səmərəli fəaliyyət göstərməsi məqsədilə akademiyamız məhz ümummilli lider tərəfindən yaradılmışdır.

Düzgün kadr siyasətini dövlət strukturlarının normal fəaliyyətinin ən vacib şərti sayan ulu öndər müstəqil Azərbaycanın xüsusi xidmət orqanlarının kadrların yüksək ixtisaslı yeni nəsli ilə, xüsusi hazırlıqlı mütəxəssislərlə təmin olunmasına böyük önəm verirdi. 1997-ci il iyunun 28-də Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti ilə görüşündə bu məsələ barəsində onun dediklərini biz bu gün də yaxşı xatırlayırıq: “Bizim müasir müstəqil Azərbaycan dövlətinin, demokratik Azərbaycanın, hüquqi dövlətin Milli Təhlükəsizlik Nazirliyinin işçiləri gərək yüksək səviyyəli olsunlar. Bu, sizin əsas vəzifənizdir”.

Ulu öndərin bu tövsiyəsi dünyada və xüsusilə də regionda cərəyan edən siyasi-iqtisadi və hərbi proseslərin mümkün zərərli nəticələrinin qabaqlanması, hədəfi müstəqil Azərbaycan Respublikası olan yeni təhdidlərin vaxtında neytrallaşdırılması zərurətindən irəli gəlirdi.

Dövlət müstəqilliyinin ilk illərində Milli Təhlükəsizlik Nazirliyinin nəzdində qısamüddətli hazırlıq və təkmilləşdirmə kursları fəaliyyət göstərirdi. Lakin həmin kurslar Heydər Əliyevin uğurlu daxilixarici siyasəti sayəsində getdikcə güclənən, beynəlxalq və regional məsələlərə münasibətini cəsarətlə ortaya qoyan Azərbaycanın təhlükəsizlik orqanlarının müasir və peşəkar kadrlara ehtiyacını ödəmək iqtidarında deyildi. Azərbaycan Respublikasının qısa müddət ərzində qazandığı nailiyyətlərin xalqımızın bədxahlarını ciddi narahat etməsi və qıcıqlandırması, xüsusilə də siyasi, sosialiqtisadi böhran girdabında boğulan Ermənistan və onun havadarları tərəfindən ölkəmiz əleyhinə aparılan kəşfiyyat və terror-təxribat fəaliyyətinin daha da kəskinləşməsi milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə hazırlığının daha yüksək səviyyədə təşkil olunmasını və bu işin tezləşdirilməsini tələb edirdi.

Bununla yanaşı, Azərbaycanın beynəlxalq aləmdə söz sahibi olması, bölgənin ən nüfuzlu dövləti kimi tanınması, paytaxtımız Bakı şəhərinin dünyanın və regionun siyasi mərkəzlərindən birinə çevrilməsi Milli Təhlükəsizlik Nazirliyinin qarşısında mahiyyət etibarilə yeni vəzifələr qoyurdu. Ölkəmizə qarşı artan maraq və Azərbaycanın yerləşdiyi bölgənin mürəkkəb siyasi mənzərəsi təhlükəsizlik məsələlərinə çağdaş yanaşmanı son dərəcə aktuallaşdırırdı.

“Azərbaycanın ən böyük sərvəti onun müstəqilliyidir” deyən ulu öndər Heydər Əliyev dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və tarixi dövlətçilik ənənələrimizin bərpası, qanunun aliliyinin təmin edilməsi, ölkədə demokratiyanın bərqərar olması istiqamətində ölçüyəgəlməz işlər gördü. Heydər Əliyev dövlətin hərbi, siyasi, iqtisadi, informasiya, ekoloji təhlükəsizliyinin təmin edilməsi ilə kifayətlənməyib, Azərbaycanın bütöv bir təhlükəsizlik sistemini yaratdı. Bu mükəmməl sistemin əsas tərkib hissələrindən biri də müstəqil dövlətimizi və milli varlığımızı təhdid edən pozucu qüvvələr qarşısında etibarlı sipər kimi dayanan Milli Təhlükəsizlik Nazirliyini bilikli və vətənpərvər kadrlarla təmin edən ali təhsil ocağı - ulu öndərin 1 dekabr 1998-ci il tarixli sərəncamı ilə təsis edilən MTN-in Akademiyası oldu.

Ümummilli lider Heydər Əliyevin 28 iyul 1999-cu il tarixli digər sərəncamı ilə uzun illər respublikanın xüsusi xidmət orqanlarına rəhbərlik etmiş, zəngin əməliyyat təcrübəsinə malik olan general-leytenant Ziya Məmmədiyyə oğlu Yusif-zadə akademiyanın rəisi təyin edildi.

Bu gün akademiya Azərbaycanın ən qabaqcıl ali təhsil ocaqlarından birinə çevrilmişdir. Lakin ötən illərə nəzər salsaq görərik ki, müvafiq standartlara cavab verən akademiyanın yaradılması heçasan olmamışdır. İlk zamanlar tədris və yataqxana korpuslarının, idman kompleksinin, dərsliklərin və dərs vəsaitlərinin olmaması ümummilli lider tərəfindən akademiya qarşısında qoyulmuş ən mühüm vəzifələrin yerinə yetirilməsinə, o cümlədən Sərhəd Qoşunları üçün zabitlərin hazırlanmasına imkan vermirdi. Yeni yaradılmış Sərhəd Qoşunlarında kadr çatışmazlığı özünü xüsusilə kəskin göstərdiyinə görə akademiyaya birinci qəbul məhz Sərhəd qoşunları fakültəsindən başlandı. İlk illər akademiyanı bitirmiş yüksək ixtisaslı zabitlər hazırda Azərbaycanın Sərhəd Qoşunlarında şərəflə xidmət edirlər.

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamı ilə Eldar Mahmudovun milli təhlükəsizlik naziri təyin olunması ilə akademiyanın spesifik ali təhsil ocağı kimi təşəkkül tapması və təkmilləşməsi prosesi daha geniş miqyas və məqsədyönlü xarakter aldı. General-polkovnik Eldar Mahmudovun akademiyada tez-tez olmasını, problemlərlə maraqlanmasını, onları dərhal, yerindəcə həll etməsini, hər bir məsələyə böyük diqqət və qayğı ilə yanaşmasını xüsusi qeyd etməliyik. Akademiyada tədris və təlimin daha yüksək səviyyədə qurulması istiqamətində nazirin gördüyü böyük işlər artıq öz bəhrəsini verməkdədir.

Ümummilli lider Heydər Əliyevin nəsillərə örnək olan titanik fəaliyyətini əks etdirən “Şöhrət” muzeyinin yaradılması, dahi rəhbərin möhtəşəm abidəsinin ucaldılması, yeni inzibati binaların və tədris korpuslarının, müasir standartlara cavab verən yataqxanaların, idman kompleksinin və təlim mərkəzinin tikilməsi, tədris otaqlarının, kriminalistika laboratoriyalarının, linqafon kabinələrinin, kompüter zallarının, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan klubların ən müasir texnika ilə təchiz olunması, zəngin fonda malik xüsusiümumi kitabxanaların yaradılaraq kursant və dinləyicilərin istifadəsinə verilməsi dövlət başçısı, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində, milli təhlükəsizlik nazirinin bilavasitə rəhbərliyi və nəzarəti altında həyata keçirilən işlərin yalnız bir hissəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 dekabr 2005-ci ildə imzaladığı fərmanla milli təhlükəsizlik orqanları üçün kadr hazırlığı sahəsində nailiyyətləri nəzərə alınaraq akademiyaya ümummilli lider Heydər Əliyevin adı verilmişdir. Akademiyaya Azərbaycan təhlükəsizlik orqanlarının əzəli fəxri rəhbəri ulu öndərin adının verilməsi şəxsi heyətdə hədsiz sevincqürur hissi ilə qarşılanmışdır.

Akademiyaya qəbul olunan hər bir kursant tam dövlət təminatına götürülür. Burada kursantların xüsusi biliklərə və zəruri vərdişlərə yiyələnmələri üçün lazım olan bütün şərait yaradılmışdır. Təhsildə müvəffəqiyyət qazanan, təhsil müəssisəsinin ictimai həyatında fəal iştirak edən əlaçı kursantlar üçün milli təhlükəsizlik nazirinin əmri ilə Heydər Əliyev adına təqaüd təsis edilmişdir. Hazırda üç kursant bu təqaüdə layiq görülmüşdür. Bundan əlavə, akademiyanın daha iki kursantı Prezident təqaüdçüsüdür.

Akademiyanın ilk buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxış edən milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov bu ali təhsil ocağının fəaliyyətini, professor-müəllim və zabit heyətinin əməyini yüksək qiymətləndirərək demişdir:Ulu öndərin amallarına, yaradıcısı olduğu tarixi ənənələrə sadiq qalan Milli Təhlükəsizlik Nazirliyi bu gün onun məktəbinin layiqli davamçısı adını doğrultmaq üçün bütün potensialını səfərbər etmişdir. Hazırda akademiyamızda təhsil alan və nazirlikdə yeni işə qəbul edilmiş gənclər məhz bu amallar ruhunda tərbiyə olunur. Ümummilli liderin adını daşıyan təhsil müəssisəsini bitirmək nə qədər şərəflidirsə, ulu öndərin qurduğu dövləti qorumaqinkişaf etdirmək, onun Azərbaycanın tərəqqisinə xidmət edən siyasi kursunun daşıyıcıları olmaq bir o qədər məsuliyyətlidir. Zamanın sınaqlarından çıxmış, alternativi olmayan həmin siyasi kurs bu gun möhtərəm Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə və uğurla davam etdirilir”.

Bu gün Azərbaycan dövlətçiliyinin sükanı etibarlı əllərdədir. Hələ 2003-cü ildə prezident seçkilərindəki inamlı qələbəsindən sonra cənab İlham Əliyev demişdir: “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam”.

Ölkə başçısının böyük ictimai rəğbət, ümumxalq sevgisi və hörmətini qazanmasının sirri onun həyata keçirdiyi dərin islahatlarda, səmərəli və fədakar fəaliyyətində, öz vətənini və xalqını sonsuz məhəbbətlə sevməsindədir. “Əsl siyasət real, konkret görməkdən ibarətdir” deyən Prezident ona bəslənilən ümidləri tam doğrultmuş, çevik, qətiyyətli və uzaqgörən siyasəti ilə Azərbaycanı dünyanın çox böyük sürətlə inkişaf edən ölkələri sırasına çıxarmış, respublikamızı beynəlxalq aləmdə ləyaqətlə təmsil etmişdir. Azərbaycan bütün sahələrdə önəmli nailiyyətlər əldə etmiş, beynəlxalq enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi tanınmış, dünyanın bir çox ölkələri üçün inkişafın Azərbaycan modelində nümunəyə çevrilmişdir. Prezident İlham Əliyevin ölkənin mədəni, sosialiqtisadi inkişafı, vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətlərində həyata keçirdiyi sistemli tədbirlər dövlətçiliyimizin əsaslarını daha da möhkəmləndirmişdir. Respublikamızda sosial-iqtisadi həyat daha cəzbedici olmuş, ölkənin şəhər və kəndlərinin siması büsbütün dəyişmiş və gözəlləşmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının əldə etdiyi ən böyük nailiyyətlərdən biri ölkəmizdə bərqərar olan siyasi sabitlikdir. Bədxahlarımızın bütün cəhdlərinə baxmayaraq, milli həmrəylik gündən-günə daha da möhkəmlənir, sarsılmaz ictimai-siyasi sabitlik şəraitində xalqımız rifahböyük quruculuq yolunda inamla irəliləyir. Yüksək beynəlxalq nüfuzu və ədalətli siyasəti nəticəsində öz tarixində ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının üzvü seçilən, siyasi, elmi, mədəni xarakterli möhtəşəm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmiş Azərbaycan hazırda 1-ci Avropa Oyunlarının keçirilməsinə hazırlaşır. Bütün bunlar respublikamızın getdikcə daha da artan nüfuzunun bariz göstəricisidir.

Akademiyanın şəxsi heyəti son 12 il ərzində qazanılmış uğurlara, əhalinin bütün təbəqələrinin, o cümlədən, məxfi xidmət işçilərinin həyat səviyyəsinin yüksəldilməsinə, ali təhsil ocağımızın inkişafı üçün görülmüş böyük işlərə görə Prezident İlham Əliyevə qəlbən minnətdardır.

Milli təhlükəsizlik orqanlarının fəaliyyətini həmişə çox yüksək qiymətləndirən Prezident İlham Əliyev demişdir: “İnkişaf yolumuzu müdafiə etmək, bizi təhlükələrdən qorumaq üçün Milli Təhlükəsizlik Nazirliyi çox uğurla, peşəkarlıqla çalışır. Bu gün Milli Təhlükəsizlik Nazirliyi öz üzərinə düşən funksiyaları çox şərəflə, ləyaqətlə yerinə yetirir”.

Akademiyanın rəhbərliyi, professor-müəllim və zabit heyəti xalqın, dövlətin və Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin etimadını doğrultmaq, gənc nəslin vətənpərvər, Heydər Əliyev ənənələri ruhunda tərbiyə olunan müasir təhlükəsizlik zabiti korpusunun yetişdirilməsi üçün bilik və bacarığını əsirgəmir. Bu gün akademiyada dərs deyən müəllimlərdən 33 nəfər müxtəlif elmi adlara layiq görülmüşdür. Tədris prosesinə nazirliyin təcrübəli, məsul vəzifələrdə çalışan əməkdaşları cəlb olunur. Eyni zamanda xarici təcrübənin öyrənilməsi, yerli şəraitə uyğunlaşdırılaraq tətbiq edilməsi istiqamətində böyük işlər görülür.

Kursantların siyasi hazırlıq səviyyəsinin yüksəlməsi və ümumi dünyagörüşünün genişlənməsi məqsədilə Azərbaycanın görkəmli tarixi şəxsiyyətləri, məşhur hərbi xadimləri, xalqımızın şərəfli keçmişi, zaman-zaman ona üz vermiş faciələr, Azərbaycan dövlətinin yürütdüyü uğurlu daxilixarici siyasət barədə geniş və ətraflı mühazirələr oxunur, ölkədə və beynəlxalq aləmdə cərəyan edən siyasiiqtisadi prosesləri əks etdirən ən son məlumatlar onların nəzərinə çatdırılır. Kursantların dövri mətbuatla tanış olmaları, eyni zamanda televiziya verilişlərini izləmələri üçün də lazımi şərait yaradılmışdır.

Akademiyanın kursantları mütəmadi olaraq respublika səviyyəli müxtəlif bilikidman yarışlarında iştirak ediruğurlar qazanırlar. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 12 noyabr 2014-cü il tarixində 8 kursantdan ibarət akademiya komandası Heydər Əliyev Mərkəzinin ölkə ali məktəbləri arasında təşkil etdiyi “Heydər Əliyev və Azərbaycan tarixi” adlı ümumrespublika bilik yarışmasında ikinci yeri, xüsusi təyinatlı ali məktəblər arasında isə birinci yeri tutmuşdur.

Akademiyanın ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş çox dəyərli və unikal sənədlərlə zəngin olan “Şöhrət” muzeyini yalnız kursantlar, dinləyicilər və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları deyil, həm də Azərbaycanın digər ali təhsil ocaqlarının tələbə və müəllimləri böyük maraqsonsuz qürur hissi ilə ziyarət edirlər. Muzeydə nümayiş etdirilən zəngin və dəyərli tarixi əhəmiyyətli ekspozisiyalar hər bir azərbaycanlı gəncə öz vətənini və peşəsini məhz dahi öndər Heydər Əliyev kimi sevməyi aşılayır.

Prezident İlham Əliyevin hərtərəfli diqqət və qayğısı, milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun tələbkarlığı və gündəlik nəzarəti sayəsində ulu öndərin adını şərəflə daşıyan akademiya təhlükəsizlik orqanlarının bilikli kadrlarla, xüsusi hazırlıqlı mütəxəssislərlə təmin olunması üzrə fəaliyyətini gündən-günə daha da gücləndirir. Qarşımızda qoyulmuş böyük vəzifələrin uğurla həyata keçirilməsi, istiqlalımızın əbədi olması, ölkəmizin daim çiçəklənməsi, dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə bundan sonra da var qüvvəmizlə çalışacaq, bizə göstərilən yüksək etimadı qüsursuz xidmətimizlə doğruldacaq, təhlükəsizlik orqanlarının digər əməkdaşları ilə birlikdə torpaqlarımızın erməni işğalından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bütün əmr və göstərişlərini layiqincə yerinə yetirəcək, xalqımıza, vətənə və hərbi anda daim sadiq olacağıq.

 

İsgəndər ALLAHVERDİYEV,

MTN-in Heydər Əliyev adına Akademiyası

rəisinin müavini, general-mayor

Azərbaycan.-2015.- 18 mart.- S.5.