Erməni riyakarlığı

 

Son iki əsrdə ermənilər və onların havadarları tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır sarsıntılara, məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Onların həyata keçirdiyi və mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində ölkəmizin qərbində yaşayan azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara düçar olmuş, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdüşünülmüş şəkildə dünyanın başqa ölkələrində yaşayan ermənilərin Azərbaycan torpaqlarının ən səfalı yerlərində məskunlaşdırılması təmin olunmuşdur.

Elə buna görə də ermənilərin türk mənşəli insanlara qarşı apardığı soyqırımı siyasəti dünyada mövcud olan soyqırımı və kütləvi qətliam hallarından bir sıra cəhətlərinə görə əsaslı şəkildə fərqlənir. Dünya tarixində mövcud olan soyqırımı hadisələrindən heç biri ermənilərin türk-azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi məhvetmə siyasəti qədər dəhşətli olmamışdır. Tarix boyu bu qədər uzun müddətdə heç bir xalqa, etnik birliyə qarşı davamlı soyqırımı siyasəti aparılmamışdır. Ermənilərin XIX əsrdən başlayan soyqırımı siyasəti XX əsrin sonlarına qədər davam etmişbu günbiz onun ağır nəticələrini yaşamaqdayıq.

Müasir tarixi şərait elə gətirmişdir ki, insanlığa xas olan xüsusiyyətləri qoruyub saxlamaq üçün, özünü müdafiə etmək üçün mübariz xüsusiyyətlərə malik olmaq zamanın tələbinə çevrilmişdir. Yəni, biz bir tərəfdən özümüzü müdafiə etməli, digər tərəfdən isə sosial-iqtisadi tərəqqidə nümunə olmalıyıq. Bu bizim vətənpərvərliyimizdə, ərazilərimizin yadelli düşmənlərdən qorunmasında, milli keyfiyyətlərimizin gələcək nəsillərə ötürülməsində özünü göstərməlidir.

Son 200 il ərzində öncə çar Rusiyasının, sonra isə keçmiş SSRİ-nin apardığı ermənipərəst siyasət nəticəsində Cənubi Qafqazda demoqrafik vəziyyət kəskin şəkildə dəyişdirilmiş, qara qüvvələrin hədəf nöqtəsinə çevrilən qərbi azərbaycanlılar öz tarixi torpaqlarından, doğma yurdlarından sıxışdırılıb çıxarılmışlar. Təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə soyqırımı, təqib və deportasiyalara məruz qalmış, öz tarixi torpaqlarından didərgin düşmüşlər.

1905-1907-ci illərdə ermənilərin azərbaycanlıların yaşadığı bütün məntəqələri əhatə edən irimiqyaslı qanlı əməliyyatlara başlaması ilə yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.

Onların 1905-1907-ci illərdə azərbaycanlılar üzərində həyata keçirdiyi kütləvi qırğın 1918-ci il soyqırımının “baş məşqi” hesab edilə bilər. Belə ki, Birinci Dünya müharibəsində Rusiya imperiyasının dağılması ilə yaranan anarxiyadan istifadə edən ermənilər azərbaycanlılara qarşı forma və miqyasına görə daha böyük soyqırımı həyata keçirdilər. Bakı, Şamaxı, Quba, bütövlükdə Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər bölgələrində törədilən soyqırımıları nəticəsində 100 mindən artıq Azərbaycan türkü qətlə yetirilmiş, böyük sarsıntılar nəticəsində salamat qalanlara isə külli miqdarda maddi ziyan vurulmuşdur. Şübhəsiz ki, itki və tələfatlar hesablanaraq həmin təzminatın ödənilməsi üçün günahkar tərəfə qarşı bir həqiqi silah olaraq işlədilməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bütün sosialiqtisadi sanksiyalar əsaslandırılmalı və tutarlı bir vasitə kimi ondan istifadə edilməlidir.

1918-ci il mayın 28-də Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra yenidən ermənilərin ərazi iddiaları ilə üzləşdi. Yaranmış tarixi-siyasi vəziyyəti nəzərə alan Azərbaycan tərəfi ermənilərin ərazi iddialarına son qoyması və azərbaycanlılara qarşı silahlı hücumlarını dayandırması şərtləri daxilində 1918-ci ildə İrəvan şəhərinin paytaxt olaraq ermənilərə verilməsi barədə qərar qəbul etdi. Bununla da tarixi Azərbaycan torpaqlarında mərkəzi İrəvan şəhəri olmaqla Ermənistan dövləti yaradıldı. Bütün bunlara baxmayaraq, erməni tərəfi və maraqlı olan dövlətlər öz iyrənc ərazi iddialarından əl çəkməyərək azərbaycanlıların zorakılıqla öz tarixi torpaqlarından qovulması prosesinin davam etdirilməsinə güclü dəstək verməklə yanaşı, onun daha da gücləndirilməsinə rəvac verən yeni-yeni mürtəce ssenarilərin hazırlanmasına kömək etdilər.

Sovet hakimiyyəti qurulduqdan sonra İranla həmsərhəd olmağa can atan ermənilər silahlı təcavüz nəticəsində Zəngəzur mahalını işğal etdilər və mərkəzdəki havadarlarının köməyi ilə 1923-cü ildə Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağda heç bir sosial-iqtisadi coğrafi əsasları olmayan Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmağa nail oldular. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında cəmisi 9 min kvadratkilometr ərazidə yaranan erməni dövləti sovet hakimiyyəti illərində öz ərazisini Azərbaycan torpaqları hesabına genişləndirərək 29,7 min kvadratkilometrə çatdırdı. Lakin ermənilərin istəkləri bununla da bitmədi.

İkinci Dünya müharibəsindən sonra da SSRİ rəhbərliyi səviyyəsində Ermənistan SSR-də yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə və deportasiya siyasəti davam etdirildi. Belə ki, Ermənistan SSR-ə xaricdən gətiriləcək ermənilərin yerləşdirilməsi məqsədilə İ.V.Stalinin imzaladığı “Kolxozçuların və digər Azərbaycan əhalisinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 1947-ci il 23 dekabr tarixli 4083 saylı və SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər Azərbaycan əhalisinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 1948-ci il 10 mart tarixli 754 saylı qərarlarına əsasən 150 minədək azərbaycanlı öz tarixi torpaqlarından deportasiya olundu. Bu isə bünövrəsi hələ XIX əsrin əvvəllərində qoyulmuşvahid ssenari əsasında həyata keçirilən “köçürmə siyasəti”nin məntiqi davamı idi.

Daha sonra 1988-1989-cu illərdə indiki Ermənistan ərazisindən 250 mindən çox azərbaycanlı deportasiya edildi. Sonuncu etnik təmizləmə “dövr”ündə əksəriyyəti qadınlar, uşaqlarqocalar olmaqla 216 azərbaycanlı qətlə yetirildi. Bunlardan 49 nəfəri xilas olmağa çalışarkən dağlarda donmuş, 41-i xüsusi qəddarlıqla qətlə yetirilmiş, 35-i uzun sürən işgəncələrlə öldürülmüş, 11 nəfər diri-diri yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək bir qədər sonra həlak olmuş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, 2 nəfərin başı kəsilmiş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərəyanına birləşdirilərək və s. ağır işgəncələrlə, qeyri-insani üsullarla qətlə yetirilmişdir. Etnik azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri rəsmi İrəvan tərəfindən qabaqcadan düşünülüb planlaşdırılmış, azərbaycanlı əhalidə xof yaratmaq məqsədilə həm də xüsusi amansızlıq və qəddarlıqla icra olunmuşdur. Ermənistanın ardıcıl və davamlı şəkildə həyata keçirdiyi qəddar üsullara əsaslanan etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan torpaqlarında bərqərar olan bu ölkədə hazırda bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Ermənistan hakimiyyəti öz doğma ərazisində yaşayan azərbaycanlıları tarixi torpaqlarından deportasiya etməklə kifayətlənməmiş, 1988-ci ildən etibarən məlum ssenari əsasında Azərbaycana qarşı yenidən silahlı təcavüzə başlamışdır. Bunun üçün bünövrəsi hələ əvvəldən, yəni 1923-cü ildən qoyulmuş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan erməni amilindən istifadə edilmişdir.

Azərbaycanın Dağlıq Qarabağonun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam (rayon mərkəzi və ərazisinin böyük hissəsi) inzibati rayonları 1989-1993-cü illərdə Ermənistan tərəfindən işğal olunmuşdur. Hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayaraq Ermənistan sərhədlərinədək uzanan 558 kilometrlik məsafə, o cümlədən 198 kilometrlik Azərbaycan-İran və 360 kilometrlik Azərbaycan-Ermənistan dövlət sərhədi işğalçı tərəfindən pozularaq həmin dövrdən bu vaxta qədər Ermənistanın nəzarəti altındadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi və Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli 51s saylı sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində dəyən itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu yaradılmışdır. İşçi Qrupu öz üzərinə düşən məsuliyyəti dərk edərək Ermənistanın təcavüzü nəticəsində ölkəmizin məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi və bunların nəticələrinin beynəlxalq instansiyalara çıxarılması istiqamətində ardıcıl aparır. Onu da qeyd etmək lazımdır ki, Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatlar hesablanarkən məhrumiyyətlər və iqtisadi risklər hesabına baş verən zərərlərin məbləğinin dəqiq müəyyən edilməsi də böyük əhəmiyyət kəsb edir.

Apardığımız qiymətləndirmələrin nəticələri göstərir ki, işğal olunmuş rayonlarımızda digər sahələrlə yanaşı, təhsil və səhiyyə sahələri də ciddi dağıntılara, itkilərə məruz qalmışdır. Belə ki, erməni işğalçıları 4 366 təhsil və səhiyyə obyektini, o cümlədən 690 orta məktəb, 855 məktəbəqədər müəssisə, 4 sanitar-müalicə kompleksi, 490 xəstəxana və digər səhiyyə obyektlərini məhv edərək sıradan çıxarmışlar.

Erməni təcavüzkarları işğal olunmuş ərazilərdəki Azərbaycan mədəni irsini təmsil edən obyektləri xüsusi amansızlıqla, kütləvi şəkildə məhv etmişlər. Başqa sözlə, erməni qəsbkarları zəbt etdikləri ərazilərdə 22 muzeyi, 4 şəkil qalereyasını talan etmiş, 9 tarixi qalanı dağıtmış və yandırmışlar. Azərbaycan tarixinə aid talan edilən 40 min qiymətli muzey eksponatının əksəriyyəti qızıl və gümüş məmulatlar, nadir və qiymətli zərgərlik daşları, xalçalar və tətbiqi xarakterli tarixi əhəmiyyətə malik digər məmulatlardır. 44 tarixi məbəd, ibadətxana, kilsə və 9 məscid insanlığa xas olmayan üsullarla təhqir edilmiş, sonra isə yandırılmışdır. Dağıdılmış və soyğunçuluğa məruz qalmış 927 kitabxanada 4,6 milyon kitab və qiymətli əlyazma məhv edilmişdir.

Mədəniyyət və incəsənət müəssisələri, o cümlədən 6 dövlət teatrı və konsert zalları, 386 klub müəssisəsi və 85 musiqi məktəbi dağıdılmışdır. Erməni təcavüzkarları tərəfindən Dağlıq Qarabağ regionunda Azərbaycanın milli mədəniyyətinə vurulan zərər qiymətləndirilərkən məhv edilmiş nümunələrin yalnız Azərbaycanın deyil, bütün dünya sivilizasiyasının dəyərli nümunələri olduğu da nəzərə alınmalıdır.

Məlumdur ki, 200 ildən artıq davam edən siyasətin daim iyrənc şəkildə dəyişdirilməsi də göz qabağındadır. Başlanğıcda münaqişənin səbəblərini Dağlıq Qarabağ torpaqlarını ələ keçirmək kimi açıqlayan Ermənistan Respublikası BMT-yə üzv olduqdan sonra siyasətini dəyişdirərək müharibəni Qarabağ ermənilərinin azadlıq mübarizəsi kimi qələmə verməyə çalışmaqdadır. 18 may 2001-ci ildə Ermənistanın o vaxtkı müdafiə naziri, indiki prezidenti Serj Sarkisyanın Ermənistan parlamentindəki nitqi bu işğalçılıq siyasətini bir daha təsdiqləyir. O deyirdi: “İşğal elədiyimiz torpaqlar var. Bunda utanılası heçyoxdur. Təhlükəsizliyimiz üçün bu torpaqları işğal etdik. Biz bunu 1992-ci ildə və öncəsində də deyirdik, indideyirik. Bəlkə üslubum diplomatik deyil, amma həqiqət budur”.

Ümumiyyətlə, Ermənistanın silahlı təcavüzü nəticəsində keçmiş DQMV-nin inzibati ərazisinə daxil olmayan işğal edilmiş Azərbaycan rayonlarının ərazisi vaxtilə Azərbaycan torpaqlarında riyakarcasına yaradılan Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindən dörd dəfə böyükdür.

Bundan əlavə, 1989-1994-cü illərdə erməni separatçıları və terrorçuları tərəfindən Azərbaycan ərazisində 373 terror aktı törədilmiş, nəticədə 1568 nəfər öldürülmüş, 1808 nəfər yaralanmışdır. Azərbaycan Respublikası, eləcə də xarici ölkələrin məhkəmələri tərəfindən prosessual qaydada sübuta yetirilmişdir ki, həmin terror aktlarının 32-si Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının bilavasitə iştirakı ilə, habelə Azərbaycanın işğal olunmuş ərazilərindən istifadə edilməklə cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən yaşayış məntəqələrində həyata keçirilmişdir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir.

Lakin bütün bunlara baxmayaraq müasir dövrdə ermənilər onlara qarşı soyqırımı törədildiyi barədə dünyanın müxtəlif ölkələrində riyakar təbliğat aparmaqdadırlar. Xarici ölkələrdə, o cümlədən Azərbaycan Respublikasının arxivlərində saxlanılan sənədlərin araşdırılması bütün bu deyilənlərin yalanböhtan üzərində qurulduğunu sübut etməkdədir. Elə bu səbəbdəndir ki, dəfələrlə müraciət edilsə də, Ermənistan öz arxivlərini heç vəchlə tədqiqatçıların üzünə açmır və beləliklə də həqiqətin üzə çıxmasına, habelə dünya ictimaiyyətinə belə reallıqların düzgün çatdırılmasına açıq-aydın mane olur.

Tarixə “erməni qırğınları” kimi daxil edilən dövrlər daha çox ermənilərin digər xalqlara, xüsusən də müsəlmanlara, türklərə qarşı törətdikləri qətliamlarla zəngindir. Arxiv materialları sübut edir ki, ermənilər və onların havadarları həmin qırğınların əsas günahkarları və əsas icraçıları, qırğınlara məruz qalanlar isə Osmanlı və Azərbaycan türkləri olmuşlar.

31 mart günü azərbaycanlıların soyqırımı günüdür. 1918-ci ildə ermənilərin Bakıda və Azərbaycanın digər ərazilərində törətdiyi soyqırımı hadisəsindən artıq 97 il keçir. Azərbaycan xalqının ulu öndəri, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı xüsusi fərmanla ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı aktlarına hüquqi qiymət verilmişo vaxtdan etibarən “31 Mart Azərbaycanlıların Soyqırımı Günükimi qəbul olunmuşdur.

Çox təəssüflər olsun ki, XX əsr boyu siyasi ambisiyalarxristian təəssübkeşliyi səbəbindən 1905-1906-cı, 1918-ci və sonrakı illərdə ermənilərin Bakıda və Azərbaycanın digər bölgələrində törədikləri soyqırımı və qətliamlara beynəlxalq səviyyəli siyasi və hüquqi qiymət hələ də verilməyib və cinayətkarlar hələ də cəzalandırılmayıb. Məhz bu cəzasızlığın nəticəsi idi ki, ermənilər 1992-ci ildə Xocalı soyqırımını törətməkdən çəkinmədilər. XX əsrin ən dəhşətli faciələrindən olanbu gün dünyanın bir çox ölkəsində ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımı aktı kimi tanınan Xocalı faciəsini əks etdirən fotovideo yazılar erməni vandalizminin mahiyyətini tam dolğunluğu ilə açıb göstərməkdədir. Ermənilərin Azərbaycana qarşı uzun illər apardıqları etnik təmizləmə, soyqırımı və təcavüz siyasəti nəticəsində hazırda ölkəmizdə bir milyondan artıq insan qaçqın və məcburi köçkün kimi yaşayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımına aid tarixi gerçəkliklərin üzə çıxarılması və dünya ictimaiyyətinə çatdırılması, bu cinayətlərin beynəlxalq məhkəmələrdə müzakirəsi istiqamətində düşünülmüş, ardıcıl aparmaqda davam edir. Ümid edirik ki, azərbaycanlıların soyqırımı ilə bağlı yeni sənəd və materialların ictimaiyyətə təqdim edilməsi, xalqımıza qarşı törədilən, böyük itki və tələfatlara səbəb olan soyqırımı aktlarının beynəlxalq məhkəmələrə çıxarılması və onlara hüquqi, siyasi qiymət verilməsi tədricən təmin olunacaq, bizim haqq işimiz qalib gələcəkdir.

Dediyimiz odur ki, dünya həqiqətləri bilməli, günahkar cəzalandırılmalı, buna mane olan mövcud ikili yanaşmalara isə son qoyulmalıdır. Əks halda bütün bunlar insan həyatı üçün yeni təhlükələrin yaranmasına gətirib çıxara bilər.

 

Xanhüseyn KAZIMLI,

Milli Məclisin deputatı, professor, İşçi Qrupun rəhbəri

Azərbaycan.-2015.- 31 mart.- S.6.