Bərəkətli diyarın bayram növrağı

 

Məşəl Cəlilabad və Səlyanda alovlandı

 

 

Başdan-başa bayram libası ilə bəzənib-düzənmiş Cəlilabad mayın 3-də cazibədar bir sənət əsərini xatırladırdı. Azərbaycanın bu qədim yaşayış məskəni atlas donlu yamaclardan, başı buludlara dəyən Brovar dağ silsiləsindən, tarixlər şahidi ulu Qazan köşkünün ətəklərindən qucaq-qucaq yığılıb gətirilmiş tər güllərin, qara xallı qan-qırmızı lalələrin ətrinə bürünmüşdü. Səhər tezdən uzaq kəndlərdən məşəl festivalına axın-axın gələn insanları şəhərin göz oxşayan yaşıl xiyabanlarında, istirahət güşələrində, abad, səliqə-sahmanlı küçələrində görkəmli müğənnilərin ifasında şən musiqi sədaları qarşılayırdı.

Son illər rayonun siması xeyli dəyişmişdir. Sürətli, dinamik sosial-iqtisadi inkişaf Cəlilabadın abadlaşmasına, onun memarlıq baxımından müasir bir şəhərə çevrilməsinə təkan vermişdir. Prezident İlham Əliyev Cəlilabada növbəti səfərlərinin birində rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə cəlilabadlıların əməyinə yüksək qiymət verərək demişdir: “Deyə bilərəm ki, son illərdə Cəlilabadda görülən işlər ölkəmizin ümumi dinamikasını göstərir”.

Ölkə başçısının verdiyi bu yüksək qiymətdən, rayonun sosial-iqtisadi inkişafına göstərdiyi diqqət qayğıdan ruhlanan cəlilabadlılar qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək üçün var qüvvələri ilə çalışırlar. Regionların sosial-iqtisadi inkişafı üçüncü Dövlət Proqramının icrasını təmin etmək üçün rayonda bütün qüvvələr səfərbərliyə alınmışdır. Keçən il Cəlilabad şəhərində yeni Heydər Əliyev Mərkəzinin, rayon prokurorluğunun, Lənkəran Hərbi Prokurorluğunun Kənd Təsərrüfatı İdarəsinin inzibati binalarının, Göytəpə şəhərində Heydər Əliyev parkının, Mədəniyyət Mərkəzinin idman kompleksinin tikintisinə başlanılmışdır. Hazırda həmin obyektlərdə tikinti işləri sürətlə davam edir. Cəlilabad şəhərində Heydər Əliyev prospekti yenidən qurulur, ümummilli liderin adını daşıyan fondun təşəbbüsü ilə hər biri 100 yerlik 3 uşaq bağçası-körpələr evi, Göytəpə şəhərində 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Dairə Seçki Komissiyası üçün yeni inzibati bina yaşayış evi tikilir. Kənd yollarının abadlaşdırılmasına böyük diqqət yetirilir. Həmçinin Azərbaycan hökuməti Dünya Bankının maliyyə vəsaiti hesabına Cəlilabad şəhərində kanalizasiya su xətləri yenidən qurulur.

Cəlilabadlılar yüksək zövqlə təzəcə təmir edilib genişləndirilmiş Heydər Əliyev prospekti boyunca böyük qürur hissi ilə “Bakı-2015” I Avropa Oyunlarının qədim müqəddəsAtəşgah”dan götürülmüş alovunu coşqunluqla qarşılayırdılar. Məşəlin pişvazına çıxan insanların ümid dolu baxışlarında, çırpınan ürəklərində ulu öndər Heydər Əliyevin müdrik siyasətinə, “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəmdeyən ölkə başçısının möhkəm iradəsinə bəslənilən sevgini görməmək mümkün deyildi. Onlar bu füsunkar bahar günündə Prezidentlə bir olduqlarını, onun ətrafında sıx birləşdiklərini bir daha təsdiq edirdilər.

Məşəlin intizarında olan izdiham fırtınalı dəniz tək coşurdu. Sülh, dostluq, əmin-amanlıq rəmzi olan göyərçinlər izdihamın başı üzərində dövrə vurub göyün ənginliklərinə millənirdi.

Axşamüstü saat 17 radələrində Birinci Avropa Oyunlarının məşəlini Biləsuvardan gətirən xüsusi avtomobil Cəlilabada daxil olarkən idman bayramına start verildi. Heydər Əliyev prospektinin girişində sürəkli alqış, şən musiqi sədaları ətrafa yayıldı. Fərəh hədsiz sevinc ifadə edən həyəcanlı səslər bir-birinə qarışdı. Sevgi dərin ehtiram əlaməti olaraq hamı əllərindəki tər gül dəstələrini məşəli gətirən idmançılara qonaqlara təqdim edirdi. Bu təkrarolunmaz anları əbədiləşdirmək üçün mobil telefonların kameraları qapanmırdı.

Boks üzrə yeniyetmələr arasında dünya çempionatının gümüş mükafatçısı İsmayıl Hüseynov minlərlə festival iştirakçılarının alqış sədaları altında məşəli Cəlilabad şəhərinin giriş qapısında qəbul etdi. Sonra o idmançı dostları - yunan-Roma güləşçisi, SSRİ idman ustası, Uşaq-gənclər idman məktəbinin direktoru Natiq Rzayev, basketbol üzrə 4 qat respublika çempionu Kamran Əsgərov, gənc basketbolçu, Azərbaycan çempionu Ziya Quliyev, voleybolçu Zaur Tağıyev, güləş müəllimi, idman ustası Anar İstamov, kunfu-sanda ustası, dünya çempionu Aqil Mustafayev, taekvondo üzrə məşqçi Feyruz Quliyev, sərbəst güləş üzrə veteranlar arasında dünya birinciliyinin gümüş mükafatçısı Ceyhun Ağamalıyevlə birlikdə Heydər Əliyev prospektində dövrə vurub estafeti davam etdirdilər. İdmançıların hər biri 400 metr məsafəni məşəllə qət etdi. Nəhayət, həyəcan dolu təntənəli an yetişdi: gənc futbolçu, rayon yığma komandasının üzvü Elçin Hüseynov məşəli Heydər Əliyev seyrəngahında qurulmuş səhnəyə qaldırdı ziyarətçilərin alqış sədaları altında oradakı məşəli alovlandırdı.

Bundan sonra o, öz təəssüratlarını bizimlə bölüşdü: “Çox həyəcanlıyam. Birinci Avropa Oyunlarının Cəlilabadda şölələnən məşəlini alovlandırmaq bir idmançı kimi mənə qismət oldu. Bu, böyük xoşbəxtlikdir. Sevincimin həddi-hüdudu yoxdur. Qarşıda məni yeni sınaqlar, gərgin yarışlar gözləyir. Mənə göstərilən bu yüksək etimadı doğrultmaq üçün var qüvvəmi əsirgəməyəcəm”.

Prezidentin xeyir-duası ilə istifadəyə verilmiş Cəlilabad Olimpiya İdman Kompleksinin direktoru Cavid Əsgərov belə bir möhtəşəm bayramın rayonda idmanın inkişafına güclü təkan verəcəyini vurğuladı:

- Cəlilabad zaman-zaman öz güclü idmançıları ilə fəxr edib. Rayonumuzun idmançıları dünya Avropa çempionatlarında, müxtəlif beynəlxalq yarışlarda fəal iştirak edərək ölkəmizə çoxlu sayda qızıl, gümüş, bürünc medallar gətirmiş, vətənimizi xarici ölkələrdə layiqincə təmsil etmişlər. Bu ənənəni indiki gənc nəslin nümayəndələri ləyaqətlə davam etdirirlər. Onların ixtiyarına güclü maddi-texniki baza verilmişdir. Rəhbərlik etdiyim Olimpiya İdman Kompleksində gənclərimiz müxtəlif seksiyalarda öz ustalıqlarını artırırlar, burada tez-tez yarışlar keçirilir. Fürsətdən istifadə edib Azərbaycan idmanının inkişafına, ölkəmizdə Olimpiya hərəkatının genişləndirilməsinə göstərdiyi diqqət qayğısına görə möhtərəm Prezidentə Cəlilabad idmançıları adından səmimi minnətdarlığımı bildirmək istəyirəm”.

Onu da qeyd edək ki, tələbə Gülşən Nəcəfovanın ictimaiyyətə təqdim etdiyi xüsusi çıraq Birinci Avropa Oyunlarının sonunadək rayonda mühafizə olunacaq.

Bu arada sevinc hisslərini gizlədə bilməyən Privolnoye kənd sakini Lyubov Danilovaya yaxınlaşırıq. O, Cəlilabaddakı Rus icmasının sədri, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir. Lyubov İvanovna deyir: “Azərbaycan, doğma Cəlilabad mənim vətənimdir. Burada doğulub boy atmışam. Heç vaxt da doğma diyarı tərk etmək niyyətinə düşməmişəm. Axı, mənim valideynlərim qohumlarım bu torpaqda uyuyur. Uzun illər təhsil sahəsində çalışmışam, indi isə uşaq bağçasının müdiriyəm. Xoşbəxtəm ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin Prezident seçilməsi ilə bağlı keçirilən andiçmə mərasimində rəhbərlik etdiyimRuçeyokfolklor ansamblı ilə birlikdə çıxış etmişəm. Bu gün Cəlilabadda keçirilən bu möhtəşəm Məşəl festifalını izləyərkən böyük qürur fəxr hissləri keçirirəm. Əminəm ki, gələn ay ölkəmizdə start götürəcək Birinci Avropa Oyunları Azərbaycanda rayonumuzda idmanın kütləviliyinə böyük təkan verəcək”.

Rəsmi hissədən sonra aprelin 26-da müqəddəsAtəşgahməbədində “Bakı-2015” Birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasını əks etdirən videoçarx nümayiş etdirildi. Sonra Azərbaycanın görkəmli incəsənət ustaları böyük konsert proqramı ilə çıxış etdilər.

Təntənəli Alov festivalı atəşfəşanlıqla başa çatdı.

 

 

Azərbaycan.-2015.- 5 may.- S. 12.