Alov estafeti Kür sahilində

 

Məşəl Cəlilabad və Səlyanda alovlandı

 

Ölkəmizin hər yerində olduğu kimi, Muğan şəhəri olan Salyanda da Birinci Avropa Oyunlarına hazırlıq dövründə xeyli quruculuq, abadlıq işləri görülüb. Hər tərəfdə təmizlik işləri aparılıb, səliqə-sahman yaradılıb. Bunu şəhərin giriş qapısı sayılan Kür çayı üzərindəki körpüyə çatan kimi hiss edirsən. Hər tərəf yaşıllığa, gül-çiçəyə qərq olub. Körpünün sağsol kənarında quraşdırılmış elektrik dirəklərindən bayraqlar asılıb. Körpüyə qalxan yolun kənarları isə son iki ildə görkəmini tamam dəyişib. Əkilən müxtəlif növ gül kolları, dekorativ ağaclar böyüdükcə bura daha cazibədar olur. Körpünün hər iki tərəfində qoyulmuş aslan heykəlləri isə ona xüsusi görkəm verir, əzəmət gətirir.

Körpünü keçəndən sonra magistral yolun sol tərəfində geniş bir ərazidə ucaldılmış müasir, yaraşıqlı tikili görünür. Bu, Salyan Olimpiya İdman Kompleksidir. Bu müasir idman qurğusu rayon sakinlərinin, xüsusilə gənclərin ən sevimli məkanıdır. Onlar asudə vaxtlarını səmərəli və mənalı keçirmək, fiziki hazırlıqlarını möhkəmlətmək, onu sabit saxlamaq üçün bura gəlirlər. Gənc valideynlərin əksəriyyəti kiçik yaşlı uşaqlarını da özləri ilə kompleksə gətirərək onlarda idmana maraq oyadırlar. Kür sahilində yerləşən şəhərin azyaşlı, yeniyetmə sakinləri ilk növbədə buradakı hovuzda üzməyi öyrənirlər. 2008-ci ildə istifadəyə verilən idman kompleksində futbol, voleybol, üzgüçülük, güləş, ağırlıqqaldırma, boks, kikboks, cüdo, stolüstü tennis və digər bölmələr də fəaliyyət göstərir. Burada vaxtaşırı olaraq rayon və bölgələr üzrə idman yarışları keçirilir. Müxtəlif yerlərdən kompleksə gələn idmançıların gecələməsi üçün hər cür şəraiti olan mehmanxana vardır.

Olimpiya kompleksindən Salyan şəhəri istiqamətinə gedərkən yol boyu inşa edilən yeni tikililər sıralanıb. Vüqar, qürur mənbəyimiz olan bayrağımızın dalğalandığı meydan da onların sırasındadır. Meydan axşamlar daha füsunkar olur. İnsanların istirahəti üçün hər cür şəraiti olan ərazi sanki işıq selində üzür.

Salyanın idman tarixi zəngindir. 1966-cı ildə Neftçi futbol komandası SSRİ çempionatının bürünc medallarını qazanarkən baş məşqçi olmuş Əhməd Ələsgərov bu torpağın yetirməsidir. O, Azərbaycanın, Ukraynanın, Moldovanın və Tacikistanın əməkdar məşqçisi adına layiq görülmüş nadir mütəxəssislərdəndir. Ağırlıqqaldırma üzrə idman ustaları Rövşən Səlimov, Təvəkkül Hüseynovonlarca başqaları rayonun idman salnaməsini zənginləşdirənlərdəndir. Keçən əsrin 60-cı illərində Salyanın voleybol komandası respublikamızın ən güclü komandalarından olmuşdur. Həmin komandanın üzvlərindən biri, uzun müddət bədən tərbiyəsi müəllimi işləyən Məzahim İsmayılov bu gün də qıvraqdır və lazım gələndə gənclərə öz tövsiyələrini verir. Salyanın futbol üzrə Plastik komandası isə 1970-1980-ci illərdə respublika yarışlarında fəal iştirak etmişdir.

Hazırda rayonda 197 idman qurğusu varonlardan 4312 gənc faydalanır. Rayon idmançıları cari ilin 4 ayı ərzində Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmiş 20 respublika səviyyəli yarışda iştirak edərək müxtəlif idman növləri üzrə uğurlu nəticələr əldə etmiş, 5 qızıl, 8 gümüş və 11 bürünc medal qazanmışlar.

Boksçu Cavid Quliyev gənclər arasında Avropa birincisi olmuş, Aidə Baxışova cüdo üzrə gənclər arasında Azərbaycan çempionatında birinci yerə layiq görülmüş, Xudakərim Hacıyev və Mahir Babayev karate-do idman növü üzrə Azərbaycan çempionatının qalibi adını qazanmışlar. Kikboksçu İlqar Zeynallı ölkə çempionatında yeniyetmələr arasında birinci yerə çıxmışdır. Bunlardan əlavə, Uşaq Gənclər Məktəbinin yeniyetmə voleybolçulardan ibarət komandası respublika birinciliyinin, 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Salyan komandası Sevinc kuboku uğrunda Azərbaycan çempionatının zona yarışlarının qalibi olmuşdur.

Rayonun tanınmış idman müəllimi, veteran güləşçi Fəxrəddin İmanovun gənc idmançıların yetişməsində xüsusi rolu var. Onun yetirmələrindən 11 nəfəri sərbəst güləş və əlbəyaxa döyüş üzrə idman ustasıdır. Onların arasında dünyaAvropa birinciliyinin, digər beynəlxalq yarışların qalibləri və mükafatçıları var. Salyanlılar həm də voleybolçular Seyfulla İsmayılov və Əllan Əliyev, veteran futbolçular Kamal Şıxəliyev və Xalid Muradov, stolüstü tennis üzrə ölkə çempionu Bəhruz Səmədov, habelə digər tanınmış idmançılarla fəxr edirlər.

Artıq saat 13 radələridir. Şəhərin girəcəyindəki meydan qələbəlikdir. İnsan selinin arasında qoca da, qadın da, uşaq da var. Hamı Birinci Avropa Oyunlarının məşəlini gözləyir. Sevinc içində olan yerli sakinlərdən birinə yaxınlaşırıq. Yaqut Ələsgərova Təhsil İşçiləri Həmkarlar İttifaqı rayon təşkilatının sədridir: Hər bir Azərbaycan vətəndaşı kimi, mən bu günlər sonsuz sevinc hissi keçirirəm. Çünki bütün Avropanın, dünyanın gözü bizim Odlar diyarımıza dikilmişdir. Bütün ölkələrin idman həvəskarları Birinci Avropa Oyunlarını seyr edəcəklər. Olimpiya məşəlinin ölkəmizdə diyarbadiyar gəzdirilərək alovlandırılması isə hər birimizin xatirində silinməz izlər buraxır. Xoşbəxt nəsilik ki, bu tarixi, möhtəşəm hadisənin şahidiyik. Bütün bunlar respublikamızın tərəqqisinin nəticəsidir. Ulu öndər həmişə Salyana böyük diqqət yetirərdi. Bu diqqət qayğı indi davam edir. Prezident İlham Əliyev keçən il Salyanın 2800 illiyi türk xalqının görkəmli şəxsiyyəti Əlibəy Hüseynzadənin anadan olmasının 150 illiyi barədə sərəncamlar imzaladı həmin tədbirlər böyük təntənə ilə qeyd edildi. Salyan son illər daha da abadlaşır, gözəlləşir, əsl şəhər görkəmi alır.

Çox çəkmir, yol polisinin müşayiəti ilə məşəli gətirən avtomobil karvanı görünür. Karvan orijinal geyimdə sıraya düzülmüş idmançıların yanında dayanır. Açığı, bu mənzərəni sözlə təsvir etmək çətindir. Gənc idmançıların hər birinin sinəsi qürurdan qabarmışdır. Ura, Xoş gəlmisiniz sədaları eşidilir. Cəlilabaddan gələnlər məşəli veteran idmançı Rahil İsgəndərova təqdim edərək uğurlar arzulayırlar. Sonra estafet iştirakçıları Vasif Əliyev, Məhərrəm Abuşov, Fikrət Məlikov, Heydər Ağayev, İlqar Ağabəyov, Murad Hüseynov, Aidə Baxışova Anar Sadıqov məşəli şəhərin bəzədilmiş, insan selinə qərq olmuş küçələri boyu daşıyaraq Heydər Əliyev meydanına gətirirlər. Bura daha izdihamlıdır. Nəhayət, məşəl gənclər arasında Avropa çempionu, boksçu Cavid Quliyevə təhvil verilir o, xüsusi kasanı alovlandırır. Havaya göyərçinlər şarlar buraxılır...

Salyan Rayon Ziyalılar Birliyinin sədri, əməkdar müəllim Allahverdi Piriyev sevinc qürur hisslərini gizlədə bilmir:

- Odlar yurdu Azərbaycan möhtəşəm bir tədbirə - ilk Avropa Oyunlarına ev sahibliyi etmək üçün cidd hazırlaşmışdır. Zəngin milli, maddi mənəvi dəyərlərə, tarixi keçmişə malik olan Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik siyasəti bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bizdə dövlət siyasətinin prioritet istiqaməti olan idmana qayğı böyükdür. Ötən ayın 26-da cənab İlham Əliyevin Olimpiya məşəlinin Atəşgahdan alovlandırması xüsusi proqramla onun bütün bölgələrə aparılması qarşılanması mərasimləri hamıda qürur hissi doğurur. Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar ölkəmiz xarici qonaqları qarşılamaq ərəfəsindədir. Bununla əlaqədar bütün sahələrdə məsuliyyətli olmalıyıq. İnanıram ki, xalqımızın qonaqpərvərliyi, Bakının füsunkar gözəlliyi, tarixi keçmişlə müasirliyin vəhdəti qonaqları valeh edəcək. Arzu edirəm ki, tədbir uğurla başa çatsın idmançılarımız yarışlarda bayrağımızı yüksəklərə qaldırsınlar.

Birinci Avropa Oyunlarının rəmzi olan xüsusi çıraq yarışlar bitənədək saxlanmaq üçün əlaçı şagird Zərxanım Ağabəyovaya təqdim edildi. Sonra Bakıdan gəlmiş tanınmış incəsənət ustalarının, rayon mədəniyyət evinin musiqi kollektivlərinin iştirakı ilə başlanan konsertin xoş avazı baharın ətirli havasına qatılıb ətrafa yayıldı.

 

Azərbaycan.-2015.- 5 may.- S.12-13.