Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə və dünya təsviri sənət xəzinəsinə layiqli töhfələrinə görə Tahir Teymur oğlu Salahova Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı verilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 6 may 2015-ci il

Azərbaycan.-2015.- 13 may.- S. 6.