Alov dağlar diyarında

 

Məşəl Daşkəsəndə alovlandı

 

Azərbaycanın və dünyanın idman ictimaiyyəti tarixi hadisə ərəfəsindədir. 26 gündən sonra respublikamız tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarına ev sahibliyi edəcək. Artıq bütün təşkilati işlər ən yüksək səviyyədə başa çatıb və hazırda diqqətlər I Avropa Oyunlarının məşəlinin səyahətinə yönəlib.

Bu gün Azərbaycanın nəbzi bu möhtəşəm idman tədbiri ilə döyünür. Çünki I Avropa Oyunlarının ab-havası təkcə Bakıda deyil, respublikanın dörd bir yanında hiss olunur. Aprelin 26-da “Atəşgah” məbədindən alovlanan məşəl Azərbaycanın şəhər və rayonlarını gəzib-dolaşır. Məşəlin gəzdiyi şəhər və rayonlarda böyük qələbəlik, izdiham müşahidə olunur. Hər bir bölgənin idmançılarından, ictimai fəal sakinlərindən ibarət məşəlçilər qardaşlıq ruhunda alovlanan məşəli bir-birinə ötürərək idman vasitəsilə sülh, dostluq və təntənə mesajını hər yerə yayırlar. Məşəl bütün şəhər və rayonlarda çox böyük coşqu və alqışlarla qarşılanır. Diqqəti çəkən əsas məqamlardan biriodur ki, Azərbaycanı qarış-qarış gəzən, dolanan məşəl həm də ümumən respublikamızın, şəhər və rayonlarımızın son illər keçdiyi dinamik yüksəliş və quruculuq yolunu, vətəndaşlarımızın artan sosial rifahını özündə əks etdirir. Məşəlin yürüşünü izləyən hər kəs, o cümlədən beynəlxalq ictimaiyyət respublikamızın sosial-iqtisadi yüksəlişinə, insanların çöhrəsindəki sevincə şahidlik edir.

Alovunu “Atəşgah” məbədindən alan, Naxçıvandan, cənub bölgəsindən, Mil-Muğandan, Qarabağdan keçən I Avropa Oyunlarının məşəl estafetinin növbəti ünvanı Daşkəsəndir. Qədim Nizami yurdundan sonra məşəl mayın 16-da uca dağların qoynunda yerləşən, ölkəmizin ən səfalı, gözəl və füsunkar guşələrindən biri olan Daşkəsən rayonuna gətirildi. Daşkəsən şəhərinin girişində - “Fərhad” heykəlinin yaxınlığında məşəl böyük təntənə ilə qarşılandı.

Dünən Daşkəsəndə əsl bayram əhval-ruhiyyəsi yaşanırdı. Rayonun HinaldağdanQoşqar dağından məğrurluqla boylanan uca qarlı zirvələri, xüsusən bu aylarda aşıb-daşan bumbuzgur sulu çayları, təmiz və saf havası, yaşıllığa bürünən təbiətinin dilbər gözəlliyi, bir sözlə, canlı təbiətinin insanın ruhunu oxşayan əsrarəngiz mənzərəsi bu ovqatabaşlamaqda olan məşəl estafetinə xüsusi yaraşıq  büsat verirdi. Düşmənin qarşısında hər zaman mətinliklə dayanan, uca dağları, sıldırımlı qayaları ilə alınmaz qalaya çevrilən Daşkəsən məşəli vüqarla, qürurla qarşılayırdı.

Daşkəsən şəhərində məşəl yürüşünün start götürəcəyi “Fərhad” heykəlinin qarşısından başlayaraq Heydər Əliyev prospekti boyunca minlərlə insan toplaşıb. Hər tərəf bayram libasına bürünüb. Bu gün təkcə Daşkəsən şəhərinin deyil, rayonun bütün kəndlərindən olan sakinlər, məktəblilər, gənclər, fəal vətəndaşlar məşəlin estafetini izləmək, I Avropa Oyunlarının tərkib hissəsi olan yürüşün iştirakçısına çevrilmək, ən əsası bu möhtəşəm idman bayramının sevincini yaşamaq üçün buraya toplaşıblar. Azərbaycanın üçrəngli bayrağını, I Avropa Oyunlarının simvollarını dalğalandıran əzəmətli izdiham məşəlin gəlməsini həyəcanla gözləyir.

Mərasimin başlamasına hələ dəqiqələr qalır və bu fürsətdən istifadə edib ağsaqqal Elman Məmmədovla söhbətləşirik. Təəssüratlarını şövqlə bölüşən Elman kişinin sözlərinə görə, bu idman yarışı Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəsb edir:

- Azərbaycan indi dünyada sayılıb-seçilən ölkələrdən biridir. Hər birimiz bu gün sevinirik, fərəh hissi keçiririk. Amma yadınızdadırsa, keçən əsrin 90-cı illərinin əvvəllərində biz hansı vəziyyətdə idik. Gündən-günə uçuruma, məhvə gedirdik, yeməyə çörək tapmırdıq. Sabaha inamımız yox idi. Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. O, böyük siyasətçi idi. Xalqın səsini eşitdi, Bakıya gəlib ölkəni uçurumdan xilas etdi. O kişi olmasaydı, Allah bilir, bizim axırımız nə olacaqdı. Allah Prezident İlham Əliyevdən razı olsun. Əsl atasına layiq oğuldu, Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirir. Kim deyə bilərdi ki, vaxt gələcək Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edəcək. Yatsaq yuxumuza girməzdi. Amma bu baş verdi. Biz kosmosa raket göndərilməsini SSRİ-nin tərkibində yaşayanda görmüşdük. İndi öz raketimiz orbitdədir. Bunlar elə uğurlardı ki, hər bir ölkə ona həsəd aparır. Bu gün Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi etməklə dünyanın diqqətini yenidən özünə cəlb edib. Bu, bizim ölkəmizin müstəqillik illərində qazandığı ən möhtəşəm uğurlardan biridir. Mən ömrümün böyük hissəsini sovet dövlətində yaşamışam. Allaha şükür olsun ki, mənə müstəqil dövlətimizin bu uğurlarını görməyi qismət etdi.

Budur, izdiham cuşa gəlir. Əvvəlcədən nəzərdə tutulan marşrut üzrə və alqış sədaları altında təntənəli yürüş başlayır. Daşkəsəndə məşəl mərasimi rayonun peşəkar və tanınmış idmançılarına, ictimai fəallarına həvalə edilib. Benç-pressinq üzrə dünya çempionu, idman ustası, Daşkəsən rayon uşaq gənclər idman məktəbində məşqçi müəllim işləyən Xəqani Abdullayevlə başlayan yürüşdə estafeti idmançılar Zaur Sadıqov, Səlim Abbasov, Kənan Bağırov, Vüqar Məmmədov, Zaur Həsənov, ictimai fəallar Roman Tağıyev, Vüsal Haqverdiyev, Mahir İbrahimov, Xəyal Qocayev, Zaur Həsənov davam etdirirlər. “Fərhad” heykəlindən başlayan yürüş daha sonra Heydər Əliyev prospekti, Babək və İsmət Qayıbov küçələri boyunca təxminən 2 kilometrdən artıq məsafə qət edəcək. Bu yaraşıqlı yolların hər iki tərəfində insanlar sıx yer alıb. Küçələr nə qədər genişenli olsa da, buraya toplaşan insanların qarşısında sanki kiçik görünürlər. Milli musiqi sədaları altında məşəlçilər inamla yollarına davam edir, bir-birlərini əvəz edirlər.

Daşkəsənin fəal gənclərindən olan Nailə Məmmədova da məşəl estafetini izləyənlər arasındır. Onun sözlərinə görə, məşəlin Daşkəsənə gətirilməsi hər bir rayon sakinini dərindən qürurlandırır: “Aprelin 26-dan başlayan məşəlin səyahətini hər gün yaxından izləyirəm. Nəhayət, bu gün məşəl bizim rayonumuza çatdı. Bu gün biz I Avropa Oyunlarının həyəcanını yaşayırıq. Hər birimiz sevinirik və fərəh hissi keçiririk. Bu idman yarışmasının hazırlıq işləri ilk gündən yüksək səviyyədə aparılıb və ən nümunəvi şəkildə də başa çatacaq. Azərbaycan I Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə tarixdə iz qoyacaq. Eyni zamanda, idmançılarımız qazanacaqları qələbələri ilə xalqımıza sevinc dolu anlar yaşadacaqlar”.

Məşəl yürüşü davam etdikcə Daşkəsənin son illərdə keçdiyi quruculuğun, abadlığın şahidi oluruq. Ölkəmizin hər yerində son illər geniş vüsət alan yenidənqurma və abadlıq işləri Daşkəsən şəhərinin timsalında aydın görünür. Qeyd edək ki, son illərdə şəhərin kanalizasiya  sistemi,  küçələrinin işıqlandırma sistemi yenidən qurulub, 20 yaşayış binasında bərpa-gücləndirmə işləri aparılıb, mədəniyyət evinin, yaşayış binalarının  dam örtükləri təmir edilib, “Bayraq Meydanı” yaradılıb.  Həmçinin bir neçə il öncə Prezident İlham Əliyevin sərəncamı ilə ayrılmış vəsait hesabına uzunluğu 47,4 km olan Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolu əsaslı təmir olunub. Hazırda rayonda əlvan metal, filiz əhəng daşı hasilatı uğurla davam edir. Daşkəsən həm kənd təsərrüfatı rayonudur. 2015-ci ilin ölkəmizdəKənd təsərrüfatı ilielan olunması ilə əlaqədar Daşkəsəndə mühüm tədbirlər həyata keçirilməkdədir.

Daşkəsəndə Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikanın hərtərəfli inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsi layiqincə əbədiləşdirilib. Ümummilli liderin adını daşıyan park daşkəsənlilərin ən sevimli istirahət yerlərindən biridir. Daşkəsən şəhərinin mərkəzində isə ulu öndərin abidəsi ucaldılıb. Keçən il oktyabrın 17-də Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva Daşkəsəndə Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər. Azərbaycanın Heydər Əliyev irsinə əsaslanan davamlı inkişaf konsepsiyasının mahiyyətinin aydın şəkildə öyrənilməsində, ulu öndərin irsinin gənc böyüməkdə olan nəslə çatdırılması işində mühüm rol oynayan bu mərkəz həm Daşkəsən şəhərinin görkəminə xüsusi gözəllik verir.

Məşəl yürüşü Heydər Əliyev meydanına yaxınlaşmaqdadır. Bir-birini əvvəzləyən məşəlçilər vüqarla, əzmlə irəliyə doğru irəliləməkdədirlər. Daşkəsənlilər ürək dolusu ilə bu əlamətdar hadisənin doğurduğu fərəh hissini yaşayırlar. Küçələr boyu səslənən musiqilər, insanların dayanmadan alqışları, səsləndirdikləri şüarlar məşəlin yürüşünü daha əzəmətli edir. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yürüşü izləyənlər arasındadır. Ondan I Avropa Oyunları ilə bağlı fikirlərini öyrəndik. Bu hadisənin bütün xalqımızın ümumi bayramına çevrildiyini bildirən Əhəd Abıyev dedi: “1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi müstəqil Azərbaycanın tarixində dönüş oldu. Məhz həmin dövrdən başlayaraq kövrək müstəqilliyimiz bərkidi gücləndi. Dahi şəxsiyyət olan Heydər Əliyev özünün siyasi uzaqgörənliyi ilə Azərbaycanı inkişaf yoluna çıxardı bu gün respublikamızın yüksəlişinə xidmət edən strateji xətti müəyyənləşdirdi. Ötən 12 ildə ulu öndərin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın sürətlə inkişafını təmin edib. Bu gün cənab Prezident cəmiyyətimizin inkişafına xidmət edən hər bir məsələni diqqət mərkəzində saxlayır. Bu istiqamətdə əsas prioritetlərdən biri idmanın inkişafıdır. Yaxşı xatırlayırıq ki, cənab İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra respublikamızın idman həyatında yeni mərhələ başladı. Məhz bundan sonra keçirilən bütün olimpiya oyunlarında idmançılarımız uğurlu nəticələrinin sayını artırdılar. Qızıl medallarımızın sayı artdı. Görülən kompleks işlər nəticəsində idman infrastrukturu yeniləndi Azərbaycan Olimpiya Hərəkatının genişləndiyi, Olimpiya ideallarının bərqərar olduğu dövlətə çevrildi.

Təbii ki, qarşıdan gələn I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbulunda Azərbaycanın sürətli inkişafı ilə yanaşı, idman ölkəsinə çevrilməsi əsas rol oynayıb. 2013-cü ilin yanvarından sonra I Avropa Oyunlarının təşkili ilə bağlı başlanan hazırlıq işləri artıq uğurla yekunlaşıb. Bu idman yarışına hazırlıq işlərinin həyata keçirilməsi ilə bağlı yaradılan ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi qısa müddətdə öz işini layiqincə həyata keçirib. Əminik ki, 3 il əvvəl “Eurovision” mahnı müsabiqəsində olduğu kimi, Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi I Avropa Oyunlarını da layiqincə təşkil edəcək. Hazırda I Avropa Oyunlarının məşəlinin səyahəti davam edir bu gün biz Daşkəsəndə məşəli qarşılayırıq. İntizarla gözlədiyimiz an artıq yetişib. Rayonumuzun hər yerindən sakinlər bu gün buraya gəliblər. Bu möhtəşəm anları bizə yaşatdıqlarına görə Prezident İlham Əliyevə ölkəmizin birinci xanımı Mehriban Əliyevaya təşəkkürümüzü bildiririk”.

Məşəl yürüşü artıq şəhərin Heydər Əliyev Meydanına çatıb. İnsanların sevincinin həddi-hüdudu yoxdur. Sonuncu yürüşçü səhnəyə qalxaraq alqış sədaları altında məşəli alovlandırdı. Sonra I Avropa Oyunlarının çırağı yandırıldı. Çıraq yarışların sonuna qədər Daşkəsəndə saxlanılacaq.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2015.- 17 may.- S. 3.