Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 119                                                    Bakı şəhəri, 23 aprel 2015-ci il

 

 

“Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddinin müəyyən olunması və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 noyabr tarixli 376 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 11, maddə 676; 2004, ¹ 2, maddə 115; 2005, ¹ 9, maddə 860, ¹ 12, maddə 1234; 2006, ¹ 2, maddələr 204, 205, ¹ 9, maddə 822, ¹ 12, maddə 1159; 2007, ¹ 8, maddələr 849, 857, ¹ 10, maddə 1025; 2008, ¹ 1, maddə 37, ¹ 10, maddə 928, ¹ 12, maddələr 1110, 1114; 2009, ¹ 1, maddələr 22, 32, ¹ 2, maddə 156, ¹ 4, maddə 279, ¹ 8, maddə 670, ¹ 9, maddələr 739, 754, ¹ 12, maddə 1078; 2010, ¹ 3, maddə 264; 2011, ¹ 1, maddə 63; 2012, ¹ 9, maddə 931; 2013, ¹ 2, maddə 203, ¹ 6, maddə 735; 2014, ¹ 10, maddə 1290) ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”ə aşağıdakı məzmunda 22.4-cü bənd əlavə edilsin:

“22.4. xarici ölkələrdə yerləşən ziyarətgahlara turlar nəzərdə tutan turizm fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2015.- 17 may.- S.5.