“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 173                                     Bakı şəhəri, 6 may 2015-ci il

 

 

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1159-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 451 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 5, maddə 566; 2014, ¹ 2, maddə 217, ¹ 5, maddə 592)  aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin uçuş heyəti üçün ərzaq payı Normaları”nın “Qeydlər”inin 1.3-cü bəndində “təyyarəçilərşturmanlar” sözləri “təyyarəçi və şturman ixtisasları üzrə hərbi qulluqçu” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin kursantları və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müdavimləri və dinləyiciləri üçün ərzaq payı Normaları”nın “Qeydlər”inin 1.1-ci bəndində “ali hərbi təhsil” sözləri “hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2015.- 17 may.- S.6.