“Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 180                                                 Bakı şəhəri, 12 may 2015-ci il

 

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1046-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31oktyabr tarixli 817 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə “vətəndaşların sağlamlığı, həyatı və əmlakı, ətraf mühitin təmizliyi üçün” sözləri “insan həyatı və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının birbaşamühüm təhlükələrdən və ya mühüm zərərlərdən qorunması üçün” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq olunmuşMilli sertifikatlaşdırma sistemi haqqında Əsasnamə” üzrə:

2.1. 1.1.1-ci yarımbəndin ikinci abzasında “əhalinin həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəli olan” sözləri “insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşamühüm təhlükə yaradanya mühüm zərər vuran” sözləri ilə əvəz edilsin;

2.2. 3.1.1-ci yarımbənddə “Vətəndaşların sağlamlığı, həyatı, əmlakı və ekoloji təmizlik” sözləri “İnsan həyatı və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının müdafiəsi” sözləri ilə əvəz edilsin;

2.3. 3.1.2-ci yarımbənddə “əhalinin həyatı, sağlamlığı, əmlakı və ətraf mühit” sözləri “insan həyatı və ya sağlamlığı, ətraf mühit və dövlətin əmlak maraqları” sözləri ilə əvəz edilsin;

2.4. 3.2.2-ci yarımbəndin ikinci cümləsində “vətəndaşların həyatına, sağlamlığına, əmlakına, ətraf mühitə ziyan” sözləri “insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşamühüm təhlükə yaratmasına və ya mühüm zərər” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2015.- 17 may.- S.6.