Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işini plenar iclaslarlaseminarlarla davam etdirib

 

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu rəsmi açılışdan sonra işini Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq: Müasir dövrdə yumşaq güc və müxtəlifliyin müsbət cəhətlərinə töhfələr mövzusunda birinci plenar iclasla davam etdirib.

Böyük Britaniyanın Koventri Universitetinin İnam, Sülh və Sosial Əlaqələr Mərkəzinin icraçı direktoru, professor Mayk Hardinin moderatoru olduğu plenar iclası açan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, mədəni müxtəlifliyin və mədəniyyətlərarası dialoqun beynəlxalq gündəlikdə saxlanılması insanların təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu Forumun qarşısında duran ən əsas missiya da mədəniyyətin paylaşılmasının qlobal təhlükəsizlikdə rolunu araşdırmaqdır. Bu mənada yumşaq gücün aparıcı qüvvəsi kimi mədəniyyətə daha geniş prizmadan baxılmalıdır.

Əbülfəs Qarayev qeyd edib ki, hazırkı dünyamızda hadisələr sürətlə dəyişdiyinə görə onları proqnozlaşdırmaq, qiymətləndirmək o qədər də asan olmur. Bunun əsas səbəbi isə milli, mədəni, ideoloji və dini ziddiyyətlərin gündən-günə artmasıdır. Nəticədə yaranmış münaqişələr dəhşətli nəticələrə gətirib çıxarır. Bütün bunların qarşısının alınması üçün dünyanın hər yerində tolerantlıq, mehriban birgəyaşayış, qarşılıqlı anlaşmanın təbliği çox önəmlidir.

Sonra Ərəb Dövlətləri Liqasının baş katibi Nabil Əl-Ərəbinin müraciəti oxunub.

Moderator Mayk Hardi bildirib ki, multikulturalizm insanları gələcəyə doğru aparan əsas amil olmalıdır. Əlbəttə, biz birgə yaşamaq paylaşmaq anlayışından danışırıqsa, o zaman birgə tərəfdaşlıq çox vacibdir. Bunun üçün burada aparılan müzakirələrdən, səsləndirilən fikirlərdən yekun nəticələrin çıxarılması çox vacibdir.

Bolqarıstanın vitse-prezidenti xanım Marqarita Popova Forumun yüksək səviyyədə təşkilinə qonaqpərvərliyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycanın belə bir mühüm məsələyə - mədəniyyətlərarası dialoqa verdiyi töhfə bütün dünyada yüksək qiymətləndirilir.

Təhlükəli meyillərə qarşı birgə mövqedən çıxış etməyin vacibliyini vurğulayan Marqarita Popova qeyd edib ki, təhlükəsizliyin olmaması ölkələrin dinamik inkişafına ciddi təsir göstərir. Vitse-prezident deyib: Qarşılıqlı anlaşma, mədəniyyət bütün bəşəriyyət üçün ən vacib dəyərlərdəndir. Biz müxtəlif dinlərə mədəniyyətlərə malik olan cəmiyyətlər arasında sıx birliyi, həmrəyliyi təmin etməliyik. Kəskin natarazlıq olan cəmiyyətdə sabitlik, anlaşma ola bilməz. Ona görə cəmiyyət daxilində bərabər hüquqların, layiqli həyat tərzinin təmin edilməsi vacibdir.

UNESCO baş direktorunun sosial humanitar elmlər üzrə müavini Nada Əl-Nəşif siyasətçilərin, təhsil işçilərinin, gənclərin sülhün qorunması istiqamətində fəaliyyətlərinin artırılmasının, onların bu məsələ ilə bağlı müxtəlif layihələrə qoşulmalarının vacibliyini qeyd edib. Bu Forumu vacib tərəfdaşlıq formatı kimi dəyərləndirən baş direktorun müavini bildirib ki, Azərbaycanla birgə işlər görməklə alternativlərə nail olmaq mümkündür.

Avropa Şurasının demokratik vətəndaşlıq iştirak şöbəsinin direktoru Jan-Kristof Ba çıxışında qeyd edib ki, mədəniyyətlərarası dialoqun təşviqinin müzakirə edildiyi bu Forum dünyada mühüm rola malikdir.

Müasir dünyamızda təhsilin önəmini vurğulayan Jan-Kristof Ba qeyd edib ki, təhsil sadəcə gələcəkdə yaxşı tapmaq üçün lazım deyil, təhsil, həmçinin demokratiyanın, sülhün, qarşılıqlı anlaşmanın təşviqində mərkəzi rol oynayır. Bunun üçün düzgün bir vasitə tapılmalıdır.

Fransa Senatının üzvü xanım Natali Qule Bakıda keçirilən bu Forumu mədəniyyətlərarası dialoqa töhfə vermək üçün gözəl bir fürsət kimi qiymətləndirib. O deyib: Bu gün biz Azərbaycanın təcrübəsini təbliğ etməliyik. Biz göstərməliyik ki, Azərbaycan multikulturalizmin öncül sıralarındadır. Azərbaycan bu sahədə xeyli uğurlar qazanıb, digər ölkələr bundan nümunə götürməlidirlər.

Parisin 7-ci rayonunun meri, Avropa Parlamentinin üzvü xanım Rəşidə Dati Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa mühüm töhfə verdiyini vurğulayıb. O deyib ki, Azərbaycan mədəniyyətlərarası dialoqda vacib rol oynayan güclü dövlətdir. Dinlər və etnik qruplar arasındakı münasibətlərə görə Azərbaycan dünyaya nümunə ola bilər. Heydər Əliyev Fondu mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verir. Fondun Fransada mədəni irsin bərpasına etdiyi yardım xüsusi vurğulanmalıdır. Əgər belə nəcib işlər görülməsə, təhlükəsizlik heç vaxt təmin olunmayacaq.

Vurğulanıb ki, bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan dini, mədəni zənginliyini qoruyub saxlayıb. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda tolerantlığın qorunması fərəh doğurur. Bu ölkədə məscidlər, kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Məhz belə nümunələrdən istifadə edilməlidir.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, artıq Azərbaycan müasir dünyanın mədəni mənzərəsinin bir hissəsinə çevrilib. Azərbaycan üçün mədəniyyətin inkişafı xüsusilə önəmlidir. Müstəqillik və mədəniyyət kimi məfhumlar bizim üçün ən başlıca amillərdir. Çünki ölkənin müstəqil olması üçün ən başlıca şərtlərdən birionun öz milli mədəniyyətini qoruya bilməsidir. Azərbaycan milli mədəniyyətinin qorunması üçün çox işlər görülüb. Azərbaycanda əsrlər boyu müxtəlif xalqların nümayəndələri birgə dinc şəraitdə yaşayıblar və qeyri-adi bir irs yaradıblar. Ölkəmizdə xüsusi həmrəylik mövcuddur. Azərbaycanda, həmçinin Qərb və Şərq mədəniyyətinin nümunələri cəmləşib.

S.Seyidov Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistanın zəbt etdiyi ərazilərdə tarixi, mədəni, dini abidələri məhv etməsindən danışıb.

ABŞ-da yerləşən Etnik Anlaşma Fondunun sədri Rabbi Mark Şnayer əsrlərdir yəhudilərin Azərbaycanda sülh, dostluq şəraitində yaşadıqlarına diqqəti cəlb edib. O, Azərbaycanın yürütdüyü balanslaşdırılmış siyasətin əhəmiyyətini qeyd edib, rəsmi Bakının həm müsəlman, həm xristian ölkələri, eləcə də İsraillə yaxşı münasibətlərə malik olduğunu təqdirəlayiq hal kimi qiymətləndirib.

Rusiya Xarici İşlər Nazirliyinin BMT-nin Sivilizasiyalar Alyansı ilə üzrə nümayəndəsi, xüsusi işlər üzrə səfir Konstantin Şuvalov qeyd edib ki, siyasi maraqlarla yanaşı, dini amillər də qarşıdurmalarda böyük rol oynayır. Bu gün insanlar ekstremizmin başqa ölkələrə yayılmasından qorxurlar. Ona görə də dini liderlər müxtəlif dinlərin təmsilçiləri arasında anlaşmanı təmin etməyə çalışmalıdırlar.

Plenar iclas müzakirələrlə davam edib.

 

Azərbaycan.-2015.- 19 may.- S. 10.