Turizm xalqlar, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa, tolerantlığa mühüm töhfələr verə bilər

 

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dünya Turizm Təşkilatı (DTT) tərəfindən keçirilən seminar Xalqlar, mədəniyyətlər və sivilizasiyalar arasında tolerantlıq, anlaşmadialoqun təşviqi naminə bir vasitə kimi turizmin imkanlarından yararlanmaq mövzusuna həsr olunub.

Seminara moderatorluq edən DTT-nin turizmsülh məsələləri üzrə Yaxın Şərq üzrə regional direktoru Əmr Abdel-Qaffar mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, dünyada genişlənən turizmdən böyük miqdarda gəlir eldə edilir. Turizmin inkişafı mədəniyyətlərarası dialoqa, tolerantlığa mühüm töhfələr verə bilər. Turistlər və onları qəbul edən ölkələr arasında mədəni əlaqələrin inkişafı, münaqişələrin yaranma ehtimalının aradan qaldırılmasına müsbət təsir göstərə bilər. Bununla bağlı DTT müvafiq strategiyaların hazırlanmasına xüsusi önəm verir.

Sonra mövzu ilə bağlı çıxışlar dinlənilib.

Myanmar Turizm Federasiyasından davamlı turizmin inkişafı üzrə müşaviri Nikol Hausler müvafiq sahə üzrə təcrübəsini bölüşüb. Bildirib ki, təmsil etdiyi qurumun məqsədi Myanmarı turizm məkanı kimi təbliğ etmək, turizmin davamlı inkişafına yardım göstərmək, investorlarla əlaqələrə önəm vermək, turizm sahəsi ilə bağlı mütəxəssislər yetişdirməkdir. Qeyd edib ki, federasiya qarşıya qoyulan məqsədlərə çatmaq istiqamətində yerli icmalara xüsusi önəm verir.

Qlobal Davamlı Turizm Şurasından turizminkişaf məsələləri üzrə müşavir Nataliya Naranxo Ramos təmsil etdiyi qurumun EkvadorKolumbiya ilə bağlı təcrübəsini bölüşüb. Bildirib ki, müvafiq ərazilərlə bağlı həyata keçirilən layihənin əsas hədəfi ekoturizmin inkişafı və bu istiqamətdə icmaların fəaliyyətinə imkanların yaradılması, onların maraqlarının uzlaşdırılmasıdır. Layihə həyata keçirilərkən icmaların təşəbbüsləri nəzərə alınıb və uğurlu nəticələr əldə edilib.

Niderlandın Breda Universitetindən turizm üzrə baş mühazirəçi Rami İsaak Fələstin və İsrail arasında münasibətlərə turizmin təsiri imkanlarından, bu sahədə fəaliyyət göstərən təşkilatların həyata keçirdiyi layihələrdən danışıb. Vurğulayıb ki, əsas məqsəd qarşılıqlı sülhün bərqərar olması, hər iki tərəfdən insanların birgə fəaliyyətə cəlb edilməsidir.

Swisspeace biznessülh proqramının nümayəndəsi Rina Alluri bu layihənin əhəmiyyətindən, habelə buya digər ölkədə münaqişə, soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidələrə turistlərin maraq göstərdiyini bildirib. Qeyd edib ki, belə abidələr oxşar faciələrin baş verməməsi üçün insanların həmrəy olmasına kömək edir.

Avropa Şurasının Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Hissəvi Sazişinin icraçı katibi Penelop Denu qeyd edib ki, turizm münaqişələrin qarşısının alınmasında mühüm rola malikdir. Münaqişələrin aradan qaldırılmasında müxtəlif qurumlar arasında təcrübə mübadiləsi aparılmasının əhəmiyyəti böyükdür.

Seminarda çıxış edən Azərbaycan TurizmMenecment Universitetinin rektoru Cəfər Cəfərov mədəni diplomatiyada turizmin rolundan söhbət açıb. Bildirib ki, bu gün turizm daha geniş sahəni, o cümlədən mədəniyyəti, incəsənəti və adət-ənənələri əhatə edir. Vurğulayıb ki, Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan regionda mədəni diplomatiyanın inkişafına mühüm təsir göstərir. Azərbaycan TurizmMenecment Universitetində turizm və mədəniyyətin qarşılıqlı əlaqələri istiqamətində bir neçə tədqiqat aparılıb. Bu il özünün 10 illik yubileyini qeyd edəcək universitetin məzunları brend hotellərdə və şirkətlərdə çalışırlar. Bu ildən etibarən menecment sahəsi də kurikuluma daxil ediləcək. TurizmMenecment Universiteti Azərbaycanda ilk ali təhsil ocağıdır ki, burada Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə birgə ikili diplom proqramı həyata keçirilir.

Sonra çıxış edən DTT-nin əlaqələr və resursların səfərbərliyi proqramının əlaqələndiricisi Kordula Volmuter vurğulayıb ki, turizmin sülhün bərqərar olmasında rolu böyükdür. İnternetdə İnternational Handbook on Tourism and Peace kitabının yerləşdirildiyini diqqətə çatdıran K.Volmuter qlobal cəmiyyətdə insanların bir araya gəlməsinin vacibliyini vurğulayıb.

Sonda çıxışlar ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

 

AZƏRTAC

Azərbaycan.-2015.- 19 may.- S. 11.