Tanınmış misirli jurnalist AZƏRTAC-ın qonağı olub

 

Əl-Mısri əl-Yaumqəzeti AZƏRTAC-la sıx əməkdaşlıq etmək istəyir. Agentliyinizin materialları bizim qəzetin səhifələrində yayımlana bilər.

Bu sözləri AZƏRTAC-ın baş direktoru Aslan Aslanovla görüşdə Misirin tanınmış jurnalisti, “əl-Mısri əl-Yaumqəzetinin redaktorunun müşaviri xanım May Azzam deyib.

Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycana gələn misirli jurnalist ölkəmizin artan nüfuzunun inkişafının doğurduğu informasiya axınının KİV-in, xüsusilə xəbər agentliklərinin üzərinə böyük məsuliyyət qoyduğunu qeyd edərək, bu sahədə AZƏRTAC-ın fəaliyyətini yüksək qiymətləndirib.

Baş direktor AZƏRTAC-ın beynəlxalq əlaqələrindən danışaraq bildirib ki, agentlik bir sıra mötəbər media təşkilatlarının rəhbərliyində təmsil olunur, onların işində yaxından iştirak edir. O qeyd edib ki, AZƏRTAC 2016-2019-cu illərdə iki beynəlxalq media təşkilatına - Asiya Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edəcək.

Görüşdə, həmçinin müasir dünyada medianın vəziyyəti, ənənəvi KİV-in üzləşdiyi problemlər onların həlli yolları barəsində fikir mübadiləsi aparılıb.

Misirli qonaq AZƏRTAC-ın fotoinformasiya baş redaksiyasının, multimedia və videoxəbər şöbəsinin işi ilə də tanış olub.

 

Azərbaycan.-2015.- 19 may.- S. 14.