Forum çərçivəsində “Demokratik mədəniyyət səriştə modelimövzusunda seminar keçirilib

 

Mayın 19-da Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Avropa Şurasının təşkilatçılığı ilə “Demokratik mədəniyyət səriştə modelimövzusunda seminar keçirilib.

Avropa Şurasının təhsil siyasəti şöbəsinin nümayəndəsi Kristofer Reynolds seminarda çıxış edərək bildirib ki, təşkilata üzv ölkələrin dövlət başçılarının 2005-ci ildə keçirilən üçüncü Zirvə toplantısında demokratik mədəniyyət modelinin təsis edilməsi ilə bağlı razılıq əldə edilib. Bunun əsasında demokratik mədəniyyət layihəsi yaradılıb. Demokratik vətəndaşlıq, insan hüquqları və mədəniyyətlərarası dialoq məsələləri bu layihədə yer alıb. 2008-ci ildə “Bərabər ləyaqətlə birlikdə yaşamalı” adlı sənəd qəbul edilib. Məqsəd mədəniyyətlərarası səriştəni öyrənmək və öyrətmək, mədəniyyətlərarası dialoq üçün məkanlar yaratmaqonu inkişaf etdirmək olub.

Qeyd edilib ki, Avropa Şurası yaradıldığı gündən təhsil sahəsinin inkişafına xüsusi diqqət yetiribbu istiqamətdə müxtəlif layihələr həyata keçirib.

Vurğulanıb ki, mədəniyyətlərarası dialoq dillərlə çox sıx bağlıdır. Ona görə də Avropa dil portfelində mədəniyyətlərarası təcrübəyə əsaslanan xüsusi bölmə var. Bu bölmənin 2009-cu ildə  genişləndirilməsinə qərar verilib. 2009-cu ildə mədəniyyətlərarası təmaslara dair sənəd qəbul olunub. Bu da insanların mədəniyyətlərarası təmaslar haqqında düşünmələrinə imkan yaradır.

Timişoara Mədəniyyətlərarası İnstitutunun direktoru və əsas ekspert qrupunun üzvü Kalin RusDemokratik mədəniyyət səriştə modeli” haqqında geniş məlumat verib. O deyib ki, Avropa Şurası ayrı-ayrı ölkələrdə bu istiqamətdə layihələrin həyata keçirilməsində daha fəal ola bilər. Bir sıra ölkələrin təhsil nazirliklərinin sorğusu əsasında mədəniyyətlərarası dialoq, insan hüquqları, təhsil, demokratik vətəndaşlıq və s. mövzularda təlimlər keçirilib. Bu təlimlərin çox böyük əhəmiyyəti olub. Təhsil fərdləri inkişaf etdirmək və onları yetkin həyata hazırlamaqdan başqa digər vəzifələr də daşıyır. Şagirdlər, tələbələr fəal vətəndaşlara çevrilməlidirlər və bu işdə əsas məsuliyyət təhsilin üzərinə düşür. Mədəni müxtəlifliklə seçilən demokratik cəmiyyətlərdə vətəndaşların fəal iştirakı üçün imkan yaradılmalıdır. Bu, Avropa Şurasının dəyərlərinə tam şəkildə uyğundur. Biz haqqında danışdığımız layihədə bunu çox aydın şəkildə ortaya qoyuruq.

Diqqətə çatdırılıb ki, demokratik cəmiyyətlərdə demokratik mədəniyyət olmalıdır. Qanunun aliliyi, insan hüquqlarına hörmət, bir-birini dinləmək qabiliyyəti, əməkdaşlıq mədəniyyəti, münaqişələrin dinc yolla həll edilməsi, azlıqların hüquqlarının qorunması, müxtəlif mədəni qrupların ictimai həyatda fəal iştirakı - bütün bunlar demokratik mədəniyyətin tərkib hissəsidir.

Seminarda mədəniyyətlərarası səriştələrin mövcud konseptual  modelləri və sxemləri təhlil edilib, geniş fikir mübadiləsi aparılıb.

 

AZƏRTAC

Azərbaycan.-2015.- 20 may.- S. 6.