Seminarda Gənclər gələcəyin qurucuları kimi mövzusu müzakirə edilib

 

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının təşkilatçılığı ilə Gənclər gələcəyin qurucuları kimi mövzusunda seminar keçirilib.

Alyansın Media savadlılığı təhsili layihəsinin meneceri Jordi Torrent təmsil etdiyi qurumun fəaliyyəti, sosial media sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verib. Sosial media alətləri və onların səmərəli tətbiqindən danışan J.Torrent sosial şəbəkələrdə yayılan bu layihələrin gənclər tərəfindən maraqla qarşılandığını diqqətə çatdırıb.

Böyük Britaniyanın vətəndaş jurnalistikası üzrə mütəxəssisi Ed Makluf sosial medianın əhəmiyyətindən danışıb. O bildirib ki, sosial media insanlar arasında virtual internet alətləri vasitəsilə sosial ünsiyyət yaratmaq və məlumatları paylaşmaq deməkdir. Sosial media daha əlçatan və veb əsaslı texnologiyalardan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir.

İsrailin yüksək texnologiyalar üzrə mütəxəssisi Hans Şakur gənclərin media ilə işlərinin təşkilinin vacibliyini bildirib, nlrın bu sahədə iştirakının əhəmiyyətini vurğulayıb.

On our radar layihəsinin redaktoru Pol Mayls sosial media sahəsində əldə olunan təcrübədən bəhs edib. O, qeyd edib ki, sosial şəbəkələr mediaya güclü təsir göstərir, məlumatlar daha operativ yayımlanır.

Seminarda mövzu ilə bağlı müzakirələr aparılıb.

 

AZƏRTAC

Azərbaycan.-2015.- 20 may.- S. 7.