Emeritus Qari Bouma: Azərbaycan mədəniyyətlərarası dialoqun gücləndirilməsi istiqamətində xeyli işlər görüb

 

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, UNESCO-nun Asiya və Sakit Okean üzrə dinlərarası və mədəniyyətlərarası münasibətlər komissiyasının sədri Emeritus Qari Bouma AZƏRTAC-a müsahibəsində deyib ki, Azərbaycan mədəniyyətlərarası dialoqun gücləndirilməsinə mühüm töhfələr verir və bu istiqamətdə xeyli işlər görüb.

Forumla bağlı təəssüratlarını bölüşən Emeritus Qari Bouma deyib: Məzmununa və mahiyyətinə görə mühüm tədbir sayılan Bakı Forumu haqqında məndə xeyli müsbət fikir formalaşıb. Dünyanın müxtəlif ölkələrindən nüfuzlu şəxsləri bir araya gətirən bu tədbir məqsədinə nail olub, gözləntiləri yüksək səviyyədə doğruldub. Azərbaycandan məhz belə yüksək səviyyəli bir tədbirin təşkilini gözləyirdim. Son illər ölkənizin mədəniyyətlərarası əməkdaşlığın genişləndirilməsində rolunun artmasını nəzərə alsaq, bu uğur heç də təsadüfi deyil.

Bakının mühüm tədbirlərə ev sahibliyi etdiyini vurğulayan komissiyanın sədri hazırda bütün dünyanın diqqətinin birinci Avropa Oyunlarının keçiriləcəyi Azərbaycana yönəldiyini bildirib. O, bu Oyunların beynəlxalq aləmdə böyük marağa səbəb olduğunu söyləyib. Emeritus Qari Bouma deyib: Beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycanın artıq böyük təcrübəsi var və buna görə əminəm ki, ilk Avropa Oyunları da yüksək səviyyədə təşkil ediləcək.

 

 

Azərbaycan.2015.- 20 may.- S. 10.