Azərbaycanda başqa xalqların adət-ənənələrinə hörmət və ehtiramla yanaşırlar

 

Azərbaycan tolerant və çoxmillətli dövlətdir. Sizin ölkədə başqa xalqların adət-ənənələrinə hörmət və ehtiramla yanaşırlar. Azərbaycanda yaşayan ukraynalılar məişətlərini, dillərini və dini etiqadlarını qoruyub saxlayıblar. Əminəm ki, hər hansı xalqın nümayəndəsi burada özünü Vətənində olduğu kimi hiss edir.

Bu fikri Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq mövzusunda Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda AZƏRTAC-a müsahibəsində Ukrayna mədəniyyət nazirinin Avropaya inteqrasiya məsələləri üzrə müavini Andrey Vitrenko səsləndirib. Forumun işindən razı qaldığını bildirən A.Vitrenko tədbirin yüksək səviyyədə keçirilməsinə Azərbaycanın böyük töhfəsini vurğulayıb.

 

Azərbaycan.-2015.- 20 may.- S. 10.