Bəhreynin mədəniyyət naziri Azərbaycan Xalça Muzeyində olub

 

Mayın 20-də Bəhreyn Krallığının mədəniyyət naziri Şeyxa Mai bint Mohammed Al-xalifa Azərbaycan Xalça Muzeyində olub.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi ilə yaxından tanış olan qonaq həsirlərin, xovsuz xalça növləri olan Şəddə və Zili xalçalarının öz ölkəsində də məşhur olduğunu qeyd edib.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu da qonaqda xoş təəssürat oyadıb.

Azərbaycan mədəniyyətinə böyük diqqət və maraq göstərən Şeyxa Mai bint Mohammed Al-xalifaya qədim çeşni əsasında muzeydə toxunmuş Qarabağın Çələbi xalçası, professor Röya Tağıyevanın Qahirədə ərəb dilində işıq üzü görmüş Azərbaycan xalçası kitabları və muzeyin sertifikatı hədiyyə edilib. Kitab Bəhreynin mədəniyyət nazirində böyük maraq oyadıb.

 

Azərbaycan.-2015.- 21 may.- S.10.