Azərbaycan kitabxanaşünaslığının yeni nailiyyəti

 

Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor Abuzər Xələfovun zəngin elmi-nəzəri irsini təşkil edən əsərlər sırasına rus dilində çapdan çıxmış Biblioteçnoe delo v Azerbaydjanskoy Respublike (istoriə, teoriə, praktika) - Azərbaycan Respublikasında kitabxana işi (tarixi, nəzəriyyəsi, təcrübəsi) adlı daha bir fundamental monoqrafiya daxil olmuşdur.

İctimaiyyətə təqdim edilən bu fundamental monoqrafik əsər görkəmli alimin çoxillik elmi-nəzəri və pedaqoji fəaliyyətinin ən son nailiyyətlərindən biri kimi Azərbaycan elmi və mədəniyyəti üçün olduqca yüksək aktuallıq kəsb edən qiymətli mənbədir. Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru A.Əliyeva-Kəngərli, redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent P.Kazimi, rəyçiləri pedaqogika üzrə fəlsəfə doktoru, dosent E.Əhmədov və pedaqogika üzrə fəlsəfə doktoru, dosent M.Məmmədovdur. Əsər 4 fəsli əhatə edir.

Ən qədim dövrlərdən bu günə qədər Azərbaycanda kitabxana işinin tarixi adlanan birinci fəsil müəllif tərəfindən 60 ildən artıq tarixi dövrdə tədqiq edilərək araşdırılan çox mühüm bir elmi istiqamətdən - Azərbaycanda kitabxana işinin tarixindən bəhs edir. Müəllif bu fəsildə zəngin mədəniyyət tariximizdən bəhs edərək yazının, əlifbanın, kitabın və kitabxanaların meydana gəlməsi ilə bağlı maraqlı faktlar gətirir, müxtəlif mərhələlərdə ölkədə kitabçılığın, kitabxanaların, kitabxana xidmətinin real mənzərəsini əks etdirirbu mənzərənin fonunda özünəməxsus elmi təhlillər və ümumiləşdirmələr aparır.

Burada həmçinin Azərbaycanın müstəqillik əldə etdikdən sonra kitabxana işinin konkret vəziyyəti və sonrakı inkişaf dinamikası tutarlı elmi dəlillər əsasında şərh edilir, xüsusilə ümummilli lider Heydər Əliyevin Azərbaycana 1993-cü ildə siyasi rəhbərliyə qayıtdıqdan sonra ölkədə bu sahənin inkişafı və tərəqqisində yeni mütərəqqi mərhələnin, yüksəliş erasının başlandığı vurğulanır və bu proses bütövlükdə kitabxana işinin inkişafında Heydər Əliyev mərhələsi konsepsiyası kimi tədqiqata cəlb edilir, geniş ümumiləşdirmələr aparılır. Bu konsepsiyanın ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, respublikamızda informasiyalaşdırılmış vətəndaş cəmiyyəti quruculuğuna sürətlə keçidin əsasının qoyulduğu yüksək qiymətləndirilir.

Monoqrafiyanın ikinci fəsli Azərbaycan Respublikasında ali kitabxanaçılıq təhsili adlanır. Professor A.Xələfov Azərbaycan Respublikasında ali kitabxanaçılıq təhsilinin təşkilatçısı və nəzəriyyəçisi, ölkəmizdə ali təhsilli kitabxanaşünas-biblioqrafkitabşünas-informatorlar hazırlayan müstəqil fakültənin yaradıcısı olaraq, ilk dəfə XX əsrin 40-cı illərinin sonlarında BDU-nun Filologiya fakültəsi nəzdində açılan Kitabxanaçılıq şöbəsinin hansı zərurətdən yarandığını göstərir. Qeyd olunur ki, belə bir fakültənin fəaliyyətə başlaması dövrün sosial sifarişi kimi meydana çıxmış və elmi-mədəni və sosial tələbatdan doğmuşdu. Alim müstəqil dövlətimizdə informasiya cəmiyyətinə keçid prosesində bütövlükdə Kitabxanaçılıq-informasiya fakültəsinin, burada aparılan tədris işinin, elmi araşdırmaların, nəzəri tədqiqatların rolundan geniş söhbət açaraq həmin prosesi ümumən informasiya cəmiyyəti quruculuğu işinin başlıca elmi-nəzəri, metodolojieyni zamanda ideoloji tərkib hissəsi kimi xarakterizə edir. Professor A.Xələfov müasir şəraitdə ali kitabxanaçılıq təhsilinin məzmununda və mahiyyətində baş verən dəyişiklikləri yeni mütərəqqi istiqamət kimi qələmə verirbu yeniliklərin ənənəvi təcrübə və dəyərlərini əsas nəzəri və metodoloji baza kimi saxlayaraq daha da inkişaf etdirilməsini müasir şəraitdə ali kitabxanaçılıq təhsilinin və bu sahədə çalışan alim-mütəxəssislərin qarşısında duran prioritetperspektiv məsələ kimi şərh edir.

Monoqrafiyanın üçüncü fəsli Kitabxanaşünaslığın müasir problemləri adlanır. Burada müəllif özünün uzunmüddətli elmi axtarışlarının məntiqi nəticələrinə əsaslanaraq kitabxanaşünaslıq elmini dünyanın ən qədim çağlarında meydana gələn, tarixi gedişatın müxtəlif mərhələlərində genişlənən, şaxələnən, inkişaf edən və müasir şəraitdə zəngin ənənələrə, qədim köklərə malik olan humanitar elm kimi xarakterizə edir. Professor müasir şəraitdə tez-tez rast gəlinən ənənəvi və elektron kitabxanaşünaslıq istilahlarının başlıca nəzəri elementlərini təhlil edir, müasir informatika elmi və kitabxanaşünaslıq arasında baş verən inteqrasiyadiferensasiya əlaqələrinə aydınlıq gətirməyə çalışaraq bu istiqamətdə mürtəce meyilləri və mövqeləri qətiyyətlə pisləyir və rədd edir, eləcə də həmin elmlərin hər birinin öz tədqiqat obyektlərinə malik olması, hər birinin ayrıca tədqiqat obyektləri, predmetləri, elmi-nəzəri və metodoloji əsaslara malik olmasını tutarlı dəlillər əsasında göstərir və eyni zamanda, bir sıra ortaq məzmun yaxınlıqlarına da malik olmasını istisna etmirmüasir elmşünaslıqda obyektiv elmi proses kimi qiymətləndirildiyini vurğulayır.

Monoqrafiyada müasir kitabxanaşünaslıq elminin inkişafında ölkədə aparılan məqsədyönlü siyasətin rolu da önə çəkilərək qeyd edilir ki, məhz Azərbaycanda kitabxanaşünaslığa, kitabxana işinin inkişafına dövlət qayğısı və bu qayğıdan doğan sərəncamlar, göstərişlər, qanun və qərarlar müvafiq istiqamətdə əsaslı elmi-metodolojihüquqi-ideoloji zəmin formalaşdırmışdır. Görkəmli kitabxanaşünas alim qeyd edir ki, Mədəniyyət haqqında, Kitabxana işi haqqında, İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunları, eləcə də Azərbaycan Respublikası Prezidentinin sərəncam və fərmanları, qəbul edilən dövlət proqramları, müvafiq nazirlik və idarələrin əmr, sərəncam və göstərişləri ölkəmizdə kitabxanaşünaslığın, kitabxana-biblioqrafiyainformasiya fəaliyyətinin möhkəm əsaslar üzərində inkişaf etdirildiyinin ən bariz göstəriciləri kimi təhlil edilməlidir.

Monoqrafiyanın dördüncü fəsli İnformasiya cəmiyyəti və Azərbaycan kitabxanaları adlanır. Qeyd etdiyimiz kimi, professor A.Xələfovun zəngin elmi-nəzəri irsində əsas yerlərdən birinimüasir informasiya cəmiyyəti anlayışı, informasiyalaşdırılmış cəmiyyətin nəzəri məsələləri, informasiya cəmiyyəti və kitabxanalar, informasiya cəmiyyəti və kitabxanaşünaslıq, cəmiyyətin informasiyalaşdırılmasında kitabxanaların yerirolus. kimi yeni mütərəqqi elmi istiqamət təşkil edir.

Müəllif cəmiyyətin informasiyalaşdırılmasında kitabxanaların rolunu tutarlı elmi əsaslandırmalarla qarşıya çəkir və bu prosesdə kitabxana işinin və kitabxanaşünaslıq elminin müstəsna əhəmiyyətindən geniş söz açaraq göstərir ki, kitabxanalar elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisələri kimi cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına bilavasitə təsir göstərir, cəmiyyət üzvlərinə ən etibarlı, ən mötəbər və operativ informasiyalar məhz kitabxanalar vasitəsilə çatdırılır, onlar informasiya tələbatlarının ödənilməsində bütövlükdə mütəşəkkil dinamik sosial vasitə kimi çıxış edirlər.

Ümumiyyətlə, görkəmli alim A.Xələfovun rus dilində nəşr olunan bu fundamental monoqrafiyası Azərbaycan elmi, təhsili və mədəniyyəti üçün olduqca mühüm əhəmiyyət kəsb edir.

Elçin ƏHMƏDOV,

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan.-2015.- 21 may.- S.11.