AÇIQ və CİDDİ SÖHBƏT

 

Azərbaycan günbəgün, dayanmadan inkişaf edir.

Ölkə paytaxtının abadlaşması, yeniləşməsi və gözəlləşməsi hər bir azərbaycanlının qəlbində haqlı qüruriftixar hissi doğurur.

Təzələnmə prosesi özünəməxsus şəkildə, milliliklə müasirliyin vəhdəti gözlənilməklə aparılır.

Tikinti, təmir və yeniləmə işlərində yüksək zövq təmin edilməklə yanaşı, ən müasir inşaat materiallarının geniş tətbiqinə də xüsusi fikir verilir. Yaxın keçmişdə, sovetlər dövründə belə materialların növüçeşidi barmaqla sayılacaq qədər az idi. Hazırda isə az qala ayda yeni bir material təklif olunur. Onların tətbiqi zamanı texniki xüsusiyyətlərini, istifadə qaydalarını, harada, necə işlədiləcəyini öyrənmək, üstün çatışmayan cəhətlərini düzgün qiymətləndirmək son dərəcə zəruridir.

Əks halda, uğursuzluq, hətta faciəli hadisələr baş verə bilər!

Azadlıqprospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında olduğu kimi!

Hadisə baş verən gün - mayın 19-da dövlət başçısının sərəncamı ilə faciənin səbəblərini araşdırmaq doğurduğu nəticələri aradan qaldırmaq məqsədilə xüsusi Dövlət Komissiyası yaradıldı. Mayın 20-də Prezident cənab İlham Əliyev hadisə yerinə gedərək binaya baxış keçirdi, yerindəcə bir sıra tapşırıqlar verdi.

Sonra şəxsən Prezident İlham Əliyevin sədrliyi ilə Dövlət Komissiyasının ilk iclası keçirildi.

İclasda açıq ciddi söhbət getdi!

***

Hər dəfə ölkədə bənzər hadisələr baş verəndə (məsələn, Lənkəranda Bakının Murtuza Muxtarov küçəsində bina uçanda)  hadisə yerinə getmək, Dövlət Komissiyası yaradaraq məsələni ətraflı araşdırmaq gələcəkdə belə halların təkrar olunmaması üçün ciddi tədbirlər görmək cənab İlham Əliyevin Prezidentlik fəaliyyətinin ən mühüm xüsusiyyətlərindəndir.

Öləni geri qaytarmaq mümkün deyil!

qədər acı olsa da, bu həqiqətdir!

Ancaq yaralılara, ziyan çəkənlərə dərhal qayğı göstərmək, onların yanında olmaq, problemlərini ən qısa müddətdə həll etmək humanist addımlardır. Dövlət başçısı iclasda bu məsələni birinci sıraya qoydu: “Hazırda birinci dərəcəli məsələ yanğına məruz qalmış evin sakinlərinin yerləşdirilməsidir. Onlara dövlət tərəfindən maddi yardım göstəriləcək. Dünən imzaladığım sərəncamda bu da nəzərdə tutulur. Nazirlər Kabinetinə göstəriş verilmişdir ki, onlara göstəriləcək maddi dəstəyin həcmi qısa müddət ərzində müəyyən edilsin.

Eyni zamanda, yanğına məruz qalmış bina dövlət hesabına tezliklə təmir edilməlidir. Bütün mənzillər dövlət hesabına təmir olunmalıdır. İnsanlara lazımi əşyalar veriləcək, mebel alınacaq. Yəni, bütün bunları dövlət öz üzərinə götürür.

Bu, bir daha Azərbaycan dövlətinin öz vətəndaşlarına olan qayğısının təzahürüdür”.

 Hadisə ilə yaxından tanış olan dövlət başçısı stress keçirən, mənzilindən məhrum olan insanların vəziyyətini düzgün qiymətləndirərkən hətta kiçicik bir məqamın belə nəzərdən qaçırılmaması üçün onlara göstəriləcək köməklə bağlı məsələləri dəqiqləşdirdi: “Birincisi, həlak olanların ailələrinə maddi təminat verilməlidir. Bu, evin, mənzilin sahəsinə görə olmamalıdır. İkincisi, mənzillərin təmiri dövlət tərəfindən aparılmalıdır. Üçüncüsü, yaralananlara dövlət tərəfindən maddi təminat verilməlidir, onun məbləği müəyyən edilməlidir. Yanmış bütün mənzillərin ev əşyaları - mebeldən tutmuş qab-qacağa qədər dövlət tərəfindən yüksək səviyyədə təmin edilməlidir. Bütün siyahılar yəqin ki, var. Eyni zamanda, evlərdə insanların sənədləri yanıb. O da bərpa edilməlidir”.

İclasda güclü yanğına səbəb olan üzlük materialının mənşəyinin araşdırılmasına ciddi diqqət yetirildi. Məlum oldu ki, istehsalçılar daha çox gəlir götürmək üçün hazırlanan üzlük materialının keyfiyyətini sonradan aşağı salıblarmış. Belə ki, zavod ilkin olaraq işə başlarkən materialın oda davamlılığının artırılması üçün onun tərkibinə Rusiyadan Türkiyədən gətirilən xüsusi maddələr qatılırmış. Amma sonradan həmin maddələrdən istifadə dayandırılıb. Eyni zamanda,  üzləmə zamanı texnologiya da pozulmuşdur. Alt qata izolyasiya materialı qoyulmamış, nəticədə havanın tam işləməsi yanğının şiddətlənməsi baş vermişdir. Dövlət başçısı bu məqamla da bağlı ciddi tapşırıqlar verdi: “Bu məsələ araşdırılmalıdır ki, bu binaların təmirində istifadə olunan materiallar harada istehsal edilib ya haradan idxal olunub! Onlara kim sertifikat verib? Hansı ekspertizadan keçib? Əgər ekspertizadan keçibsə, o rəyi kim verib? Əgər ekspertizadan keçməyibsə, deməli, bu binalar qanunsuz şəkildə təmir olunub”.

 İlk anlarda müəyyən qədər kölgədə qalan bir məqamın üzərinə azacıq işıq salmaq istəyirik. Yanğın xəbəri alınan kimi  Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin müvafiq qurum və əməkdaşları, habelə tibb işçiləri hadisə yerinə yollanmış, müvafiq texnika, maşın və mexanizmlər, habelə vertolyotlar insanların xilasına, yanğının söndürülməsinə səfərbər olunmuşdur. Peşəkarlıq və fədakarlıqla çalışanlar binada qalanların xilası üçün hətta dəfələrlə öz həyatlarını təhlükəyə atmaqdan belə çəkinməmişlər. Xidməti borcunu dəqiqliklə yerinə yetirənlərin qorxmazlığı və cəsarəti sayəsində bir çox insanlar ölümün pəncəsindən qurtula bilib. Hazırda xilaskarların bir qismi xəstəxanalarda həkim nəzarətindədirlər. Təcili yardım işçilərinin, həkimlərin və digər tibb personalının əlbir fəaliyyəti də diqqətçəkən məqamlardandır. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da xəstəxanada olmuş, xəsarət alanlara baş çəkmiş, onlara şəfa diləmişdir.

 İclasın gedişi zamanı Prezident İlham Əliyev dəfələrlə baş verən faciəli hadisəyə, onunla bağlı müəyyən xüsusatlara öz münasibətini bildirdi. Bu münasibətlərdə diqqət çəkən ən mühüm məqam Azərbaycan vətəndaşının həyatının və sağlamlığının hər şeydən uca tutulmasıdır. Təhlükəli üzlük materiallarının I Avropa Oyunlarından sonra sökülməsi barədə fikir səsləndiriləndə cənab İlham Əliyev qətiyyətli, insanpərvər mövqeyini ortaya qoydu: “Bilirsiniz, indi Avropa Oyunları, başqa tədbirlər bu faciə qarşısında heçə bərabərdir”. Dərhal digər tapşırığını da verdi: “Bütün buna oxşar materiallarla üzlənmiş binalardan dərhal nümunə götürülməlidir. Hər bir binadan. O materiallar təhlil edilməlidir, əgər orada təhlükə varsa, odadavamlı deyilsə, dərhal bütün binaların üzlükləri sökülməlidir”.

Qeyd olundu ki, indiyədək bu tip hadisələr insan tələfatı olmasa da, Sumqayıt şəhərində, Buzovna qəsəbəsində və Xətai rayonunda da baş vermişdir. Təəssüf ki, vaxtında lazımi nəticə çıxarılmamışdır. Cənab İlham Əliyevin bununla bağlı qərarı da sərt və ədalətlidir: “Bu işlərdə, günahsız vətəndaşların ölümündə təqsiri olan bütün qurumlar, bütün insanlar cəzalandırılacaq. Cəza da çox ciddi olacaq. Çünki günahsız insanlar həlak olub”.

İclasın gedişində ən çox vurğulanan məsələlərdən biri qanunun aliliyinin gözlənilməsi prinsipi idi. Dövlət başçısı mövqeyini qəti, birmənalı və açıq şəkildə bildirdi: “Biz hüquqi dövlətdə yaşayırıq. Cinayət törətmisənsə, get cəzanı çək, vəssalam”.

Başqa bir məqamdakı xatırlatması isə ciddi xəbərdarlıq kimi səsləndi: “Heç kim qanundan kənarda qala bilməz. Bir nəfər də toxunulmaz deyil”.

Baş verən faciə həm də müəyyən fikir və düşüncələrə yol açan sınaq oldu! Həm də bəzi nəticələr çıxarmağa imkan yaradan sınaq!

Əvvəla, ölkə Prezidenti başda olmaqla bütün dövlət qurumları dara düşən vətəndaşlarını tək qoymur, onun harayına çataraq yanında olur.

 İkincisi, xalqla iqtidarın birliyi pozulmazdır, təhrikçi, qızışdırıcı qüvvələr nə qədər cəhd etsələr də, xəbis niyyətlərinə nail ola bilmirlər. Çünki xalq yaxşı görür ki, iqtidarın başlıca məqsədi öz vətəndaşlarının rifahını yüksəltmək, təhlükəsizliyini təmin etmək, hüquqlarını qorumaqdır.

 Üçüncüsü, Azərbaycanda qanunun aliliyi daim uca tutulur. Hansısa sahibkar şəxsi mənfəəti naminə qanunu pozursa və kimlərsə ona havadarlıq edirsə, cəzalandırılır! Heç kim qanundan kənarda dayana, törətdiyi əməlin cəzasından yayına bilməz!

 Ən nəhayət, dövlət başçısı Azərbaycan vətəndaşının təhlükəsizliyi, sabitlik şəraitində rahatfiravan yaşaması üçün lazım olan bütün addımları atır. Buna əngəl törətmək istəyənləri isə qanunun əli ilə sərt cəzalandırır.

 Biz vətəndaşlar isə daim dövlətimizin yanında durmalı, hər bir təxribat və sınağa hazır olmalı, birliyimiz, bir-birimizə köməyimizlə bütün sınaq və əngəllərə üstün gəlməyi bacarmalıyıq.

***

“Azərbaycan” qəzetinin kollektivi hadisə zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, Allahdan səbir diləyir.

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2015.- 22 may.-  S.4.