"Bakı-2015"i dəstəkləyir, onunla bağlı maraq və həyəcanı bölüşürük

 

BP şirkəti Bakıda keçirilən ən böyük beynəlxalq idman tədbirinin rəsmi tərəfdaşı olmaqdan çox məmnundur. Biz bununla bağlı keçən il Avropa Oyunlarının Əməliyyat Komitəsi ilə saziş imzalamışıq. Həmin sazişlə də geniş hazırlıq işlərinə qatılmış və bu yeni Avropa idman təşəbbüsündə Azərbaycanla birlikdə olduğumuzu bəyan etmişik.

“Bakı-2015” Avropa Oyunları ilə olan tərəfdaşlıq bizim gənclərə və gələcək nəsillərə imkanların yaradılmasında ölkəyə dəstək olmaq üçün götürdüyümüz davamlı öhdəliyin bir hissəsidir. “Bakı-2015” Avropa Oyunlarının rəsmi tərəfdaşı kimi ölkəyə beynəlxalq miqyasda uğur qazandıracaq bu oyunlarla bağlı ümumi maraq və həyəcanımızı bölüşürük.

İnanırıq ki, ilk Avropa Oyunları Azərbaycanın böyük beynəlxalq tədbirlərə ev sahibliyi edə bildiyinin bir daha nümayişi üçün gözəl imkan olacaq. Bu cür nəhəng idman tədbirinə hazırlıqda Azərbaycana dəstək ola biləcəyimizdən məmnunluq duyuruq. Düşünürük ki, bu tədbir ölkənin öz yüksək nailiyyətləri ilə idman sahəsində daha böyük bir mərkəzə çevrilmək istiqamətində göstərdiyi səylər üçün unikal bir vasitədir.

BP həmçinin “Bakı-2015” Oyunları ilə bağlı bir sıra təlim proqramlarının eksklüziv tərəfdaşıdır. Biz bunu ona görə edirik ki, bugünkü təhsil və təlimin sabah ölkənin gələcəyi üçün böyük töhfələr verəcəyinə əminik. Biz innovativOyunlar Akademiyası” təşəbbüsünün eksklüziv tərəfdaşıyıq və bundan xüsusilə məmnunuq, çünki bu təlim proqramı Azərbaycanın bacarıq və potensialının yaradılması istiqamətində göstərdiyi ümumi səyləri gücləndirəcək və layihələrin həyata keçirilməsində böyük bir təcrübəni miras qoyacaq. Hesab edirik ki, həmin təşəbbüs yüzlərlə Azərbaycan gəncinin həvəslə yeni bacarıqlara və biliklərə yiyələnərək ölkənin beynəlxalq tədbirlər həyatakeçirmə potensialına töhfə verməsi üçün gözəl baza yaradır. Biz əminik ki, gələcəkdə ölkə bu potensiala ehtiyac duyacaqondan uğurla istifadə edəcək.

Bundan başqa, BP şirkəti Azərbaycanın seçilmiş idmançılarının və məşqçilərinin qarşıdan gələn mühüm idman tədbirinə hazırlığına yardımçı olmaq məqsədilə “Elit idmançıların inkişafı və təlimi” proqramına da dəstək verir. Ümidvarıq ki, bu təşəbbüslər Azərbaycana yalnız böyük layihələri səmərəli şəkildə həyata keçirərək mötəbər tədbirlərə ev sahibliyi etməkdə deyil, həm də proqramın təklif verib irəli sürdüyü beynəlxalq təcrübədən istifadə ilə idmanda yüksək nailiyyətlər qazanmasına yardımçı olacaq.

BP 20 ildən artıqdır ki, Azərbaycanda ölkənin bir sıra böyük neftqaz layihələrini təhlükəsiz və etibarlı şəkildə idarə edir. Faktiki olaraq biz Azərbaycanın ən böyük xarici neftqaz tərəfdaşıyıq. Burada bizim idarə etdiyimiz dünya səviyyəli layihələr ölkənin inanılmaz dərəcədə sürətli iqtisadi inkişafına əhəmiyyətli töhfə veribonun beynəlxalq miqyasda böyük enerji təchizatçısı kimi tanınmasında mühüm rol oynayıb. Ölkənin enerji sektorundakı rolumuzla qürur duyuruq.

Biz həmçinin təhsil, mədəniyyət və idman layihələrindəki uğurlu tərəfdaşlığımızla da fəxr edirik. Bunlardan sadəcə birini qeyd etmək istərdim - biz 2012-ci ildə Londonda keçirilmiş olimpiya oyunlarında Azərbaycanın iştirakını dəstəkləmişik və sonradan Milli OlimpiyaParalimpiya komitələri ilə rəsmi tərəfdaşlığımızın müddətini 2016-cı ilə qədər uzatmışıq. Buna müvafiq olaraq Azərbaycanın Milli OlimpiyaParalimpiya komandalarına və xüsusi nümayəndələr kimi seçdiyimiz bir qrup idmançıya sponsorluq edirik. İnanırıq ki, bu tərəfdaşlıq çox uğurlu olub və ölkənin idman sahəsində yüksək nailiyyətlər qazanmaq səylərinə xüsusi töhfə verib.

Bizim Azərbaycandakı fəaliyyətimiz uzunmüddətlidir və ölkədə təhsil, mədəniyyət və idman sahələrindəki böyük təşəbbüslərə illərlə göstərdiyimiz dəstəyi davam etdirəcəyik.

BP şirkəti olaraq Avropa və Azərbaycan üçün həyəcanla dolu bu Oyunları səbirsizliklə gözləyirik. Bu həyəcanı bölüşməkdən şərəf duyurböyük milli və beynəlxalq idman uğurlarında bizim də payımızın olacağına ümid edirik.

 

Qordon BİRRELL,

BP-nin Azərbaycan-Gürcüstan və Türkiyə

üzrə regional prezidenti

Azərbaycan.-2015.- 23 may.- S. 6.