Bakıda keçirilən VIII Beynəlxalq Mstislav Rostropoviç festivalı başa çatıb

 

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm NazirliyininMstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən VIII Beynəlxalq Mstislav Rostropoviç festivalı mayın 24-də başa çatıb.

Heydər Əliyev Sarayında keçirilən bağlanış konsertinin tamaşaçıları arasında görkəmli mədəniyyət və incəsənət xadimləri, o cümlədən festivalın bədii rəhbəri Olqa Rostropoviçolub.

Mayın 17-dən 24-dək keçirilən festivalda dünyanın müxtəlif ölkələrindən tanınmış musiqiçilər, o cümlədən Rikkardo Mutinin idarəçiliyi ilə Luici Kerubini Gənclər Simfonik Orkestri, Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistləri, İqor Butman kvarteti, violonçelist Arseni Çubaçin, habelə Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası iştirak edib.

Festival çərçivəsində Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının və Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistlərinin ifasında italyan bəstəkarı R.Leonkavallonun Payatsı operası nümayiş olunub.

Festivalın sonunda bədii rəhbəri və baş dirijoru Rikkardo Muti olan konsertin birinci bölməsində Luici Kerubini Orkestrinin ifasında Frans Şubertin 4 nömrəli faciəvi c-mollu, D417 simfoniyası, ikinci bölməsində isə Pyotr Çaykovskinin əsərləri səslənib.

AZƏRTAC

Azərbaycan.-2015.- 26 may.- S.12.