Oleq Zayçev: “Bakı-2015”də idmançıların qarşısına beş medal qazanılması tələbi qoyulub

 

Suya tullanma üzrə Rusiya millisinin baş məşqçisi Oleq Zayçev I Avropa Oyunlarında iştirak edəcək heyəti açıqlayıb.

Bakı Su İdmanı Sarayında təşkil olunacaq yarışda kişilərin mübarizəsində İlya Malçanov, Nikita Nikolayev, Aleksandr BelevçevNikita Şleyxer gücünü sınayacaqlar.

Qadınların mübarizəsində isə Yekaterina Nekrasova, Mariya Polyakova, Yelena Çernıx, Anna Çuynışena və Yuliya Timoşinina medallar uğrunda yarışacaqlar.

Baş məşqçi I Avropa Oyunlarında idmançıların qarşısına beş medal qazanmaq tələbi qoyulduğunu xüsusi vurğulayıb.

Rusiya I Avropa Oyunlarında 360 atlet ilə təmsil olunacaq.

 

AZƏRTAC

Azərbaycan.-2015.- 27 may.-  S.7.