Fövqəladə Hallar Nazirliyinin saytı Netty-2015 Azərbaycan Milli İnternet Mükafatının qalibi olub

 

Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə Netty-2015 Azərbaycan Milli İnternet Mükafatının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mükafat uğrunda 16 nominasiya üzrə 303 sayt mübarizə aparıb. Fövqəladə Hallar Nazirliyinin rəsmi internet informasiya portalı dövlət saytı nominasiyası üzrə mükafatın qalibi olub. Mükafatı rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə təqdim edib.

Ölkənin İKT sahəsini təmsil edən dövlət qurumlarının, iri İKT şirkətlərinin, KİV-in nümayəndələrinin qatıldıqları tədbirdə nazirliyin statistikainformasiya texnologiyaları idarəsinin şəbəkələrin qurulması və istismarı şöbəsinin müdiri Namiq Bağırzadə və həmin şöbənin baş məsləhətçisi Rövşən Novruzov iştirak ediblər.

 

Azərbaycan.-2015.- 28 may.- S.11.