Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri,

Dost ölkənizin milli günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Bəhreyn Krallığının xalqı adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Fürsətdən istifadə edərək, şəxsən Zati-alinizə ən səmimi və xoş arzularımı çatdırır, Sizə cansağlığı və xoşbəxtlik arzulayır, xalqınıza isə müdrik rəhbərliyiniz altında davamlı tərəqqi və firavanlıq diləyirəm.

Dərin hörmət və ehtiramla,

 

Həməd bin İsa Al-Xəlifə

Bəhreynin Kralı

 

Azərbaycan. - 2015.- 30 may.- S.3.