Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

 

Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İslam İnkişaf Bankı Qrupu adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik etməkdən şərəf duyuram.

Fürsətdən istifadə edərək, Zati-alinizə İslam İnkişaf Bankı Qrupunun Azərbaycanın sosial-iqtisadi inkişafında və digər üzv ölkələri arasında əməkdaşlığın gücləndirilməsində ölkənizin quruma göstərdiyi sarsılmaz dəstəyi qürur hissi ilə bildirmək istəyirəm.

Möhtərəm Prezident, ən yüksək ehtiramımı qəbul edin.

Dərin hörmətlə,

 

Əhməd Məhəmməd Əli

İslam İnkişaf Bankı Qrupunun prezidenti

 

Azərbaycan. - 2015.- 30 may.- S.3.