Azərbaycanlılar bütün sahələrdə özlərini layiqincə təqdim etməyi bacarırlar

 

 

- Qarşıda bizi növbəti əlamətdar tarixi bir hadisə  gözləyir. Əlbəttə, belə möhtəşəm  beynəlxalq tədbirlərin keçirilməsi üçün  təcrübə lazımdır. Elə bu istiqamətdə təcrübəyə malik olduğumuzdan,  rahatsızlığa heç bir əsas yoxdur. “Bakı-2015” I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi haqqında qərarın qəbulundan çox keçməyib, lakin görülən hazırlıq işləri  bir daha əminliklə deməyə əsas verir ki, Azərbaycan bu dəfə beynəlxalq tədbirə layiqincə ev sahibliyi edəcəyini təsdiqləyəcək. Tədbirə belə hazırlıq xalqımızın milli sərvətlərindən biri olan  özünəməxsus qonaqpərvərliyini göstərir.

Təbii ki,   bu beynəlxalq tədbirin ölkəmizdə yüksək səviyyədə keçiriləcəyinə inam ilk növbədə dövlət başçısının “Bakı-2015” I  Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın məsələyə ciddi münasibəti hərtərəfli dəstəklərinin nəticəsidir. Bu isə xalqımızın dövlətimizin nəinki Avropa miqyasında, əslində, dünya arenasında özünə layiqli yer tutması, mövqeyinin bir daha  hərtərəfli möhkəmləndirilməsi deməkdir. Azərbaycan dövləti bu oyunlara ev sahibliyi etməklə,  bir daha təsdiqləmiş olur ki, o, Cənubi Qafqazda təkcə söz sahibi kimi deyil, həm mədəniyyətlərin qovuşduğu,  sabitliyin əmin-amanlığın qorunduğu,  xalqların tolerantlıq mühitində birgəyaşayışının təmin edildiyi məkandır.

Məlumdur ki, mədəniyyət idman  xalqları bir-birinə yaxınlaşdıran əsas amillərdəndir. Bu mənada da xalqımız qarşıdan gələn beynəlxalq idman tədbirində  özünü layiqincə təmsil edəcək. Təbii ki, Avropanın bir hissəsi olan Azərbaycan qonaqlarını özünün inkişaf göstəriciləri ilə   qarşılayacaq, uğurlarımız  qardaş, dost xalqları sevindirəcək, bədxahlarımızı isə, əlbəttə, məyus edəcək.

Mədəniyyət və incəsənət  sahəsində ça

lışan həmkarlarımız da bu möhtəşəm tədbirə ciddi hazırlaşırlar. Biz bütün sahələrdə özümüzü layiqincə təqdim edəcəyik. Buna həm yaradılmış münbit şərait, həm də mənəvi sərvətlərimizin zənginliyi əsas verir. Üçrəngli bayrağımızın qaliblər sırasında dalğalanacağına isə, əlbəttə, şübhə ola bilməz!

 

Laləzar MUSTAFAYEVA,

xalq artisti

 

Azərbaycan. - 2015.- 30 may.- S.6.