UydurmaBöyük Ermənistan” tarixinə mükəmməl elmi baxış

 

AMEA-nın müxbir üzvü Yaqub MahmudovunReal history and confabulation onGreat Armenia” (“Real tarix və “Böyük Ermənistan uydurması”) kitabı ingilis dilində çapdan çıxmışdır. Çoxsaylı ilk mənbələr və elmi ədəbiyyat - ilk növbədə, xarici dillərdə nəşr olunmuş qədim mənbələrdəki təkzibolunmaz faktiki materiallar əsasında yazılmış bu əsər ən qədim dövrlərdən başlayaraq ermənilərin yaratdıqları saxta tarix - “Böyük Ermənistan” xülyasi ilə bağlı gerçəkləri ortaya qoyurbu anlayışın nə vaxt və necə “yaradılması” barədə tarixi həqiqəti ingilisdilli oxuculara təqdim edir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz çıxışlarında, o cümlədən tarixçi alimlərlə görüşlərində həmişə tarixin olduğu kimi araşdırılmasını, dərk olunması və gələcək nəsillərə doğru-düzgün çatdırılmasının zəruri olduğunu xüsusi vurğulayırdı. Müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin çağırışları, tövsiyə və tapşırıqları ilə Azərbaycan tarix elmi saxtalaşdırmalardan və təhriflərdən təmizlənir. Bunun nəticəsində Tarix İnstitutunda Qarabağın, Naxçıvanın, İrəvan xanlığının, xalqımıza qarşı soyqırımılarının, itirilmiş torpaqlarımızın tarixinə dair onlarla qiymətli əsərlər, ilk mənbələr nəşr olundu, xarici ölkələrdən Vətənə minlərlə qiymətli sənədlər gətirildi və arxiv sənədləri topluları işıq üzü gördü. Alimlərimizin əsərləri Prezident İlham Əliyevin göstərişi ilə xarici dillərə tərcümə edilərək dünya ölkələrində yayıldı. Ölkə başçısının birbaşa göstərişi ilə aparılan elmi-tədqiqat işlərinin genişləndirilməsi nəticəsində Azərbaycan informasiya müharibəsində ermənilərə artıq qalib gəlmişdir. Bu baxımdan görkəmli tarixçi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun tariximizin ən aktual problemləri ilə bağlı nəşr olunaraq dünyada yayılan qiymətli tədqiqatları tariximizi təhrif edənlərin, xüsusilə erməni saxtakarlarının ifşa olunmasında mühüm rol oynayır. Müəllifin bu istiqamətdə apardığı çoxsaylı elmi araşdırmaları içərisində “Real history and confabulation onGreat Armenia” (“Real tarix və “Böyük Ermənistan” uydurması”) adlı kitabının ingilis dilində çap olunması təqdirəlayiq hadisədir. Bu qiymətli əsər dövlət başçısının Vətən tarixinin saxtalaşdırmalardan və təhriflərdən təmizlənməsi barədə tapşırığının yerinə yetirilməsi sahəsində Tarix İnstitutunun növbəti addımıdır.

Real tarix və “Böyük Ermənistan” uydurması” əsəri ən qədim dövrlərdən başlayaraq ermənilərin saxta tarixi ilə bağlı gerçəkləri ortaya qoyan, ilk mənbələrdə və elmi ədəbiyyatda olan faktik materiallara əsaslanan və real tarixi əks etdirən mükəmməl elmi-nəzəri araşdırmadır. Bu qiymətli əsəri oxuyan hər kəs “Böyük Ermənistan” uydurmasında məqsəd nədir, ermənilərin mənşəyini qədim Şərq tarixinə bağlamaq cəhdi necə oldu, ermənilərin “Anadolu mənşəli xalq” olması iddiası doğrudurmu, ermənilərin qədim tarixini Qafqaza bağlamaq cəhdi sübut olunubmu, ermənilərin qədim Urartu irsinə sahib çıxmaq iddiaları baş tutdumu, ermənilərin sahib çıxdığı qədim “Armina” hansı ərazidə yerləşirdi, “Böyük Ermənistan” və “Erməni yaylası” anlayışı nə zaman və necə uydurulmuşdur kimi sualların həqiqi, elmi cavabını tapa biləcəkdir.

Real tarix və “Böyük Ermənistan” uydurması” monoqrafiyasının başlıca məziyyətlərindən bəhs edərkən oxucuların diqqətini ilk növbədə görkəmli tarixçinin bir sıra ən mühüm elmi uğurlarına cəlb etmək istərdim.

Hər şeydən əvvəl, müəllif müxtəlif dillərdə olan ilk mənbələrdəki çoxsaylı faktlara söykənərək müasir erməni saxtakarlarının uydurduqları əsas “dəlili” onların əlindən alır, ermənilərin nəinki Cənubi Qafqazın, hətta Kiçik Asiyanın “aborigen əhalisi” olması barədəki saxta uydurmalarını alt-üst edir. Kitabda düzgün olaraq belə bir əsaslı elmi nəticəyə gəlinir ki, ermənilər Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmə etnosdur. Erməni tarixşünaslığında və ermənipərəst tarixçilərin əsərlərində guya tarixdə nə vaxtsaBöyük Ermənistan” adlı dövlətin mövcud olması iddia edilirbu uydurma “dövlətin” ərazisi Azərbaycan, Türkiyə və Gürcüstan torpaqları hesabına kağız üzərində şişirdilərək fantastik həddə çatdırılır. Görkəmli tarixçinin yazdığı kimi, “...erməni saxtakarlarının və ermənipərəst müəlliflərin cızmaqaralarında nə “Böyük Ermənistan” anlayışının ilk dəfə xatırlandığı vaxt, nə bu adda dövlətin varlığı, nə belə bir dövlətin mövcud olduğu tarixi dövr, nə də həmin “dövlətin” iddia olunan sərhədləri barədə ciddi mənbələrə söykənən dəlillər göstərilmir.

Müəllif erməni saxtakarlarını sonadək ifşa etmək üçün öz əsərində ermənilərin Kiçik Asiyaya köçüb gəlməsi ilə bağlı “Ermənilər Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmişlər” adlı ayrıca başlıq ayırmışdır. Həmin başlıqda müəllif tarixin daha dərin qatlarına enir, ermənilərin mənşəyi ilə bağlı ilk və ən mötəbər məlumat verən “tarixin atası”, e.ə. V əsrdə yaşamış yunan tarixçisi Herodota (e.ə. 480-424), onlarla qədim Roma, Bizans, yunan, erməni, Suriya, rus, ingilis və digər dillərdəki ilk mənbələrə, elmi ədəbiyyata istinad edərək ermənilərin Kiçik Asiya qitəsinin də yerli əhalisi olmadığını, bu etnosun ulu babaları güman olunan friqlərin Kiçik Asiyaya Avropadan (Balkan yarımadasından) köçüb gəldiyini açıqlayır.

Kitabda ermənilərin ulu babaları frig tayfalarının ümumi dalğasında Balkan yarımadasındakı vətənlərini tərk edərək e.ə. II minilliyin sonlarında Kiçik Asiyaya, müasir Türkiyənin ərazisinə köçməsi barədə zəngin faktik material verilir. Düşünürəm ki, görkəmli alimin bu elmi uğuru erməni saxtakarlarına sarsıdıcı zərbədir. O, oxuculara belə bir tarixi həqiqəti yetirir ki, erməni etnosuonun dili, əlifbası ayrı-ayrı dövrlərdə frigiya, yunan, Suriya, İran mənşəli etnosların təsiri ilə və onların qarışığından yaranmışdır.

XX əsrin 40-cı illərindən başlayaraq ermənilərin etnik kimliyinin saxtalaşdırılması yeni mərhələyə daxil olur: elmi ədəbiyyatda ermənilərin Kiçik Asiyaya gəlmə deyil, guya Anadolu mənşəli yerli xalq olduqları haqqında yazılar yer almağa başlayır. Belə ki, ermənilərin etnik kimliyi ilə bağlı terminlərin ətrafında aparılan tədqiqatlarda ilk hədəf Het mətnlərində adı keçən Hayasa çarlığının adı seçildi. Erməni alimləri zahiri səs bənzərliyinə “əsaslanaraq” ermənilərin özlərinə verdiyiHayk” adını Hayasa ölkəsinin adına bağlamağa çalışaraq ermənilərin etnik köklərini Balkanlarda deyil, Anadoluda axtarmağa başladılar. Lakin müəllif erməni saxtakarlarını sonadək ifşa etmək üçün öz əsərində ciddi araşdırmalara əsaslanaraq Hayasadakı dilin erməni dilinə heç bir aidiyyəti olmadığını açıqlayır. Bu gün ermənilərin özlərinə aid etdiyi “mədəniyyət”, hətta “erməni” adının özü belə, onların özlərinə - haylara aid deyil, oğurluqdur.

Beləliklə, elmdə təkzib olunması heç cür mümkün olmayan bir həqiqət mövcuddur: ermənilərin ulu babaları güman olunan etnos Kiçik Asiyanın yerli əhalisi deyilonlar Fərat çayının yuxarılarına həqiqətən, Balkan yarımadasından köçüb gəlmişlər.

Müəllif qələmə aldığı problemlə bağlı əsasən mixi kitabələrin məlumatlarına, xarici dillərdə yazılanlara, o cümlədən antik müəlliflərin elmi əsərlərinə istinad edir, iqtibasları, demək olar ki, əsasən onlardan gətirir. Beləliklə, alim xarici ölkələrin alimlərinə tarixi həqiqətin ünvanını elə onların öz dillərində olan ilk mənbələrdə və elmi ədəbiyyatda göstərir. Bu, əlbəttə, düzgün düşünülmüş addımdır.

Alim yuxarıda qeyd etdiyimiz və tarixşünaslığımız üçün olduqca prinsipial əhəmiyyət kəsb edən bu məsələyə öz əsərində “Qədim “Armina”, “Armeniya” və “erməni” (“armyane”) adlarının müasir ermənilərlə heç bir əlaqəsi yoxdur” adlı ayrıca başlıq ayırmışdır. Həmin başlıqda Balkan yarımadasından Kiçik Asiyaya köçüb gəlmiş qədim frigiyalılar və ya onlarla eyni kökdən olan etnosun necə “erməni” adlanması; I Daranın (e.ə. 522-486) Bisütun qayası üzərindəki kitabəsində adı çəkilən “Armeniya”nın Əhəməni imperiyasının tərkibinə daxil olan, Dəclə çayının mənbəyindən cənubda yerləşən Arme vilayətinin adı ilə bağlı olması və bu coğrafi terminin özünə “vətənaxtaran bu köçəri etnosla - indiki etnik ermənilərlə heç bir bağlılığının olmaması barədə zəngin faktik material verilir. Burada müəllif düzgün bir nəticəyə gəlir: “erməni” adı indiki ermənilərin əsl tarixi adı deyil, Asiya qitəsinə köçüb gəldikdən sonra mənimsədikləri, daha doğrusu “özəlləşdirdikləri” addır.

Yeri gəlmişkən, ermənilərin sahib çıxdığı qədim “Armina”nın sərhədlərindən danışan müəllif qədim mənbələrə əsaslanaraq Əhəmənilərin XIII satraplığına daxil olan “Armeniyanın hüdudları cənubdan şimala doğru Dəclənin qolu olan Kentrit (Boxtan) çayından FəratAraz çaylarının yuxarı axarlarına qədər uzandığını; Armeniyanın şərqdə matienlərin, alarodilərin və saspirlərin yaşadığı XVIII satraplığın ərazisi ilə həmsərhəd olduğunu; qərbdə isə bu satraplığın ərazisinın Dəclə və Fərat çaylarının yuxarılarına qədər çatdığını” sübut etməklə kifayətlənmir. Həmçinin erməni tarixçilərinin bu dövrdə Armeniya sərhədlərinin təxminən keçmiş Urartu dövlətinin sərhədlərinə uyğun gəlməsini” iddia etmələrini və satraplığın hüdudlarını şimala (Gürcüstanın Cavaxeti bölgəsinə) və şərqə (Urmiya gölündən ArazKür çaylarının orta axarlarına qədərki Azərbaycan torpaqlarına) doğru genişləndirmələrinin heç bir tarixi fakta əsaslanmadığını, ancaq xəstə təxəyyülün məhsulu olduğunu yazır.

Real tarix və “Böyük Ermənistan” uydurması” əsərində “Erməni yaylası” coğrafi anlayışının necə meydana gəlməsindən bəhs edən müəllif ilk mənbələrdə, o cümlədən Roma-yunan mənbələrində bu anlayışa təsadüf olunmadığını sübuta yetirərək bu uydurma terminin XIX əsrin sonundan etibarən elmi dövriyyəyə daxil edildiyini aşkara çıxarmışdır. Kitabda antik müəlliflərin, o cümlədən onlara müraciət edən səyyah və tarixçilərin yazılarında xatırlanan, coğrafi termin kimi Anadolunun şərqindəki dağlıq əraziyə verilən “Tavr” adının sonralar tamamilə unudulduğurusdilli elmi ədəbiyyatda “Armyanskoye naqorye” ifadəsinin artıq “vətəndaşlıq hüququ” qazandığı vurğulanır.

Görkəmli alim Anadolunun şərqindəki yaylanın erməni etnosunun adı ilə adlandırılmasının xüsusi məqsədlə - yəni, Rusiya imperiyası və digər böyük dövlətlərin xarici siyasətində Osmanlı imperiyasını aradan qaldırıb boğazlara yiyələnmək üçün “erməni kartı”ndan istifadə olunduğunu əsaslandırmışdır. Müəllif bu düşünülmüş siyasətin nəticəsində qərbdə Ərzincandan başlayıb şərqdə Ərdəbilə qədər, şimalda Trialetidən tutmuş cənubda Urmiya gölünün şimalına qədər uzanan və təqribən 400 min km2 ərazini əhatə edən geniş coğrafi arealı ancaq bir etnosun, özü də nə qədim tarixi, nə də qədim mədəni kökləri ilə bu yerlərə bağlı olmayan gəlmə bir etnosun - ermənilərin adına calamaqla tarixi ədalətsizliyin təməli qoyulduğunu qeyd edir.

Müəllif erməni saxtakarlarını sonadək ifşa etmək üçün düzgün olaraq öz əsərində “Qədim Arminanın əhalisi” adlı xüsusi başlıq ayırmışdır. İlkin mənbələr əsasında Bisütun kitabəsində xatırlanan 3 şəxs adının etimoloji təhlilini verərək müəllif ingilisdilli oxucuların diqqətinə heç bir qədim mənbədə Armina vilayətinin əhalisinin etnik tərkibi barədə hər hansı bir məlumatın olmadığını çatdırır. Müəllif ümumi nəticəyə gələrək yazır ki, “Bircə o şübhəsizdir ki, Arme /Urme/ Arminas. bu kimi coğrafi termin variantlarının tarixi mətnlərdə ortaya çıxmasının erməni etnosu ilə heç bir bağlılığı yoxdur, əksinə, müasirArmeniyatoponimi bu coğrafi termindən törəmişdir. Başqa sözlə, Balkan yarımadasından köçüb gəlmiş Frigiya mənşəli etnos bu ada sahib çıxmışdır.

Beləliklə, gəlmə ermənilərin adına bağlanılan qədim “Arminatermini kimi, bu tarixi ərazinin əhalisinin guya ermənilərdən ibarət olması iddiaları da heç bir elmi əsası olmayan cəfəngiyyatdan başqa bir şey deyildir.

Görkəmli tarixçi alim tarixşünaslığımız üçün olduqca prinsipial əhəmiyyət kəsb edən mühüm bir məsələyə öz əsərində ayrıca başlıq ayırmışdır: “Tarixdə heç vaxtBöyük Ermənistan “ adlı dövlət olmamışdır”. Bu başlıqda bəzi antik mənbələrdə rast gəlinən “Böyük Armeniya” və “Kiçik Armeniya” ifadələrinin meydana gəlməsi, hansı mənanı kəsb etməsi və hansı ərazilərə şamil edilməsi məsələləri işıqlandırılmışdır. Əsərdə erməni saxtakarları və onların yedəyində gedən bəzi “tarixçilər”in heç bir ilkin mənbəyə əsaslanmadan “Böyük Ermənistan” anlayışının e.ə. III əsrin sonlarında meydana gəlməsi; “Böyük Ermənistan” anlayışının həm coğrafi, həm də siyasi məna daşıması; bu ifadənin coğrafi anlayış kimi guya e.ə. 220-ci ildən məlum olması və “Böyük Ermənistan”ın yarandığı gün kimi qələmə verilməsi” kimi iddiaları tutarlı faktlarla ifşa edilmişdir.

Bundan əlavə, yuxarıda qeyd etdiyimiz kimi, müəllif tarixşünaslığımız üçün olduqca prinsipial əhəmiyyət kəsb edən bu mühüm məsələnin digər tərəfinə tutarlı faktlarla aydınlıq gətirmişdir. Müəllif dövrün heç bir qaynağında III Antioxun işğallarından sonraVelikaya Armeniyacoğrafi anlayışının meydana gəlməsindən söhbət getmədiyini qeyd edərək, hətta erməni tarixçilərinin də bu hadisələrlə bağlı “Velikaya Armeniya” ifadəsini işlətmədiyini, yalnızArmeniya”, “Sofena” və “Kiçik Armeniyacoğrafi adlarından istifadə etdiklərini bildirir.

Tarixçi alim erməni saxtakarlarının uydurduqları “Velikaya Armeniyasiyasi anlayış kimi I Artaşes (Selevki sərkərdəsi Artaksi nəzərdə tutulur) və II Tiqranın çarlıq dövrləri olan e.ə. II-I əsrlər üçün səciyyəvidir; həmin dövrdə “Böyük Ermənistan” özünün ən yüksək çiçəklənmə və qüdrətlənmə dövrünə çatmışdır” - iddiasının kökündən tamamilə saxta olduğunu tutarlı faktlarla ifşa edə bilmişdir. Müəllif yazır: “e.ə. 223-cü ildən e.ə. 187-ci ilədək “Armeniyaadlanan ərazi Selevkilər dövlətinin tərkibində olmuşSelevki hökmdarı Böyük Antiox tərəfindən idarə olunmuşdur. E.ə. 187-ci ildə Böyük Antioxun ölümündən sonra isə həmin ərazi yenə Selevki sərkərdələri Artaksi (Artaşes) və Zariadri (Zarex) tərəfindən idarə olunurdu. Mənbələrin məlumatına görə, Artaksi mənşəcə Midiya-Atropatenalı idi. E.ə. 165-ci ildə Artaksinin (Artaşesin) Selevki hökmdarı IV Antiox tərəfindən məğlub edilməsi ilə “Armeniya” ərazisi yenidən birbaşa Selevkilərin idarəsi altına keçmişdir. Parfiya mənşəli II Tiqrana (e.ə. 95-55) gəldikdə isə o, e.ə. 66-cı ildə Roma sərkərdəsi Pompey tərəfindən məğlub edildikdən sonra ancaqata yurdu olan Armeniyanın” idarəsi ilə məşğul olmuşdur. Real tarixi faktlar məhz belədir. Bəs onda necə olur ki, “Böyük Ermənistan” siyasi anlayışı bütünlüklə eramızdan əvvəlki II-I əsrlərə, yəni, bütün 200 ilə aid edilir? Saxtakarlıq göz qabağındadır!

Beləliklə, Y.Mahmudovun çoxsaylı ilk mənbələrə əsaslanaraq apardığı kompleks araşdırmalar, ilk mənbələrdəki təkzibolunmaz faktiki material, Kiçik Asiya və Cənubi Qafqazın real tarixi gerçəklikləri aydın sübut edir ki, tarixdə heç vaxtBöyük Ermənistan” adlanan dövlət olmamışdır. Erməni saxtakarlarının və onların yedəyində gedən ermənipərəst “tarixçilərin” uydurduqları “Böyük Ermənistan” dövləti adlanan mifin elmə heç bir aidiyyəti yoxdurtarixi həqiqətə tamamilə ziddir.

Müəllif düzgün olaraq qeyd edir ki, “Böyük Ermənistan” ideologiyası xəstə təxəyyülün məhsuludur və tarixi gerçəklikdən uzaq bir uydurmadır. İlk mənbələr göstərir ki, ermənilərin Kiçik Asiyanın guya ən qədim etnosu (hətta Nuhun törəmələri) olması barədə fikirlər də “Böyük Ermənistan” mifi qədər gülüncdür və cəfəngiyyatdır. Tarixi həqiqət isə budur ki, ermənilərin ulu babaları güman olunan etnos Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmişlər.

Şübhə etmirəm ki, görkəmli Azərbaycan alimi, AMEA-nın müxbir üzvü Yaqub MahmudovunReal tarix və “Böyük Ermənistan” uydurması” (ingilis dilində) kitabı tarixşünaslığımızın tarixində mühüm hadisədir. Bu əsər Azərbaycan Prezidenti İlham Əliyevin tarix elmimizin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində də irəliyə doğru atılmış mühüm addımdır. Bu qiymətli əsər bir daha sübut edir ki, müasir mərhələdə Azərbaycanda tarix elmi doğru yoldadır. Tarixi keçmişimiz müstəqillik dövrünün tələblərinə uyğun olaraq yeni ruhda yazılır, uydurma konsepsiyaların zərərli nəticələrindən, saxtakarlıqlardan və təhriflərdən uğurla təmizlənir.

 

Güntəkin NƏCƏFLİ,

AMEA-nın aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru,

Dövlət mükafatı laureatı

 

Azərbaycan.- 2015.- 3 noyabr.- S. 8.