MDB ölkələrinin Dövlət İnformasiya Agentliklərinin Rəhbərlər Şurasının 20 yaşı tamam olur

 

MDB İcraiyyə komitəsinin rəsmi saytında TASS-a istinadla bildirilir ki, MDB ölkələrinin Dövlət İnformasiya Agentliklərinin Rəhbərlər Şurasının (MDB İnformasiya Şurası) 20 yaşı tamam olur.

Bu sahə əməkdaşlığı orqanı Moskvada Birlik ölkələrinin hökumətlərinin qərarına əsasən yaradılıb.

1995-ci il 3 noyabr tarixli müqavilənin preambulasında qeyd edilib ki, MDB İnformasiya Şurası “informasiya sahəsində qarşılıqlı fəaliyyətin xalqlar arasında qarşılıqlı anlaşmanın və inamın möhkəmləndirilməsində, Birliyə üzv dövlətlərin inteqrasiya əməkdaşlığının genişləndirilməsində vacib faktor olması” nəzərə alınaraq yaradılır. Sənəddə, həmçinin göstərilir ki, “həm Birlik daxilində, həm də dünya ictimaiyyətində MDB ölkələri haqqında obyektiv və hərtərəfli təsəvvürün formalaşması dövlət informasiya agentliklərinin fəal rolundaninformasiya sahəsində razılaşdırılmış mövqenin hazırlanmasından çox asılıdır”.

Hazırda Azərbaycan (AZƏRTAC), Belarus (BELTA), Qazaxıstan (Kazinform), Qırğızıstan (Kabar), Moldova (Moldpres), Rusiya (TASS), Tacikistan (Xovar) və Ermənistanın (Armenpress) dövlət informasiya agentliklərinin rəhbərləri MDB informasiya Şurasının üzvləridir. 2009-2013-cü illərdə Ukrayna Milli İnformasiya Agentliyinin (Ukrinform) rəhbərliyi MDB İnformasiya Şurası ilə fəal əməkdaşlıq edibonun iclaslarında iştirak edib.

MDB İnformasiya Şurası yarandığı vaxtdan 2013-cü ilədək ona TASS-ın Baş direktoru Vitali İqnatenko rəhbərlik edib. Sonra MDB İnformasiya Şurasının iştirakçıları estafeti onun Rusiyanın qocaman informasiya agentliyinin rəhbəri vəzifəsində varisi Sergey Mixaylova veriblər.

Sergey Mixaylovun MDB İnformasiya Şurasının 20 illiyi ilə əlaqədar təbrikində deyilir: “İyirmi il ərzində Birliyin informasiya məkanı “Yaxın xaric” dövlətlərinin mürəkkəb tarixi inkişaf mərhələsini əks etdirərək çox mühüm dəyişikliyə məruz qalıb. Buna baxmayaraq, MDB-yə üzv ölkələrin dövlət informasiya agentliklərinin rəhbərləri müntəzəm konstruktiv dialoqa, peşəkar ünsiyyətə və təcrübə mübadiləsinə can atıblar. Məhz İnformasiya Şurasının fəaliyyəti informasiya sahəsində bizim qarşılıqlı fəaliyyətimizi möhkəmləndirməyə və dövlət informasiya agentlikləri arasında əməkdaşlığın yeni formalarını inkişaf etdirməyə imkan yaratdı”. O, Birlik ölkələrindəki həmkarlarına müraciət edərək vurğulayıb ki, əməkdaşlığımız çoxtərəflidir, biz gələcəkdə də dövlətlərimizin vətəndaşları üçün maraqlı və faydalı olacaq birgə layihələri həyata keçirəcəyik”.

Agentliklərin ümumi yaradıcı qüvvələri ilə mühüm layihələr, o cümlədən bütün Birlik dövlətləri üçün tarixi əhəmiyyət daşıyan hadisələrə həsr edilən tədbirlər həyata keçirilir. Bu il onlar Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr edilib. MDB İnformasiya Şurasının iştirakçıları yubileyə kompleks tədbirlər, o cümlədən agentliklərin arxiv materiallarından ibarət nadir fotosərgi hazırlayıblar. Bu mövzu üzrə bütün informasiya fəaliyyəti müharibə və xalqların müharibədən sonrakı inkişafı tarixini təzədən yazmaq cəhdinə qarşı əks təsir göstərmək istiqamətində olub.

Xatırladaq ki, MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclası 2013-cü ildə Bakıda keçirilib.

 

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

 

Azərbaycan.- 2015.- 4 noyabr.- S. 3.