Şəkidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala rayonuna səfərini başa çatdıraraq Şəkiyə gəlib.

Dövlətimizin başçısı Şəki şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan Prezidentinə məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldıldığı Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 5 noyabr. -S. 4.