Azərbaycanın təhsil naziri fransalı həmkarı ilə görüşüb

 

UNESCO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov fransalı həmkarı Najat Valo-Belkasem ilə görüşüb.

Nazirlər Azərbaycan-Fransa münasibətlərində təhsil sahəsinin xüsusi rolunu vurğulayaraq bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə, ali təhsil müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsinə toxunublar.

İkili diplom proqramlarının təşkili imkanları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2015.- 6 noyabr.- S. 9.