Prezident İlham Əliyev Gürcüstanın mərhum dövlət başçısı Eduard Şevardnadzenin məzarını ziyarət edib

 

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Tbilisidə Gürcüstanın mərhum dövlət başçısı Eduard Şevardnadzenin məzarını ziyarət edib və ailə üzvləri ilə görüşüb.

Dövlətimizin başçısı Tbilisidə Gürcüstanın mərhum Prezidenti Eduard Şevardnadzenin evinə gəldi.

Prezident İlham Əliyev əvvəlcə Eduard Şevardnadzeninonun xanımının məzarları önünə gül dəstələri qoydu.

Dövlətimizin başçısı mərhum Prezident Eduard Şevardnadzenin ailə üzvləri ilə görüşdü.

Eduard Şevarnadze ilə bağlı xatirələrini bölüşən dövlətimizin başçısı qeyd etdi ki, onun xatirəsi Azərbaycanda daim böyük hörmətlə anılır. Vaxtilə ulu öndər Heydər Əliyev ilə Eduard Şevardnadzenin yaxın dostluq münasibətlərindən danışan Prezident İlham Əliyev bildirdi ki, hər iki lider Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişafında müstəsna rol oynayıblar.

Eduard Şevardnadzenin ailə üzvləri Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Qeyd olundu ki, dövlətimizin başçısının Eduard Şevardnadzenin xatirəsinə olan hörməti çox yüksək qiymətləndirilir. Bildirildi ki, Eduard Şevardnadzedaim ulu öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə və Azərbaycan xalqına böyük hörmətlə yanaşıb, ölkələrimiz arasındakı münasibətlərin inkişafına həmişə töhfə verməyə çalışıb.

Prezident Ilham Əliyev Eduard Şevardnadzenin müxtəlif illərdə çəkdirdiyi fotolaralayiq görüldüyü mükafatlara, ona bağışlanan hədiyyələrə baxdı.

Sonda xatirə şəkli çəkdirildi.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 7 noyabr.- S. 4.