R.Abdulatipov: Dərbəndin yenidən qurulmasında azərbaycanlı qardaşlarımızın böyük xidmətləri var

 

Dərbəndin yenidən qurulmasında və abadlaşdırılmasında azərbaycanlı qardaşlarımızın böyük xidmətləri var. Onların səyləri nəticəsində Dərbəndin Heydər Əliyev küçəsi başdan başa abadlaşdırılıb. Şəhərin inkişafına böyük dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təşəkkürümü bildirirəm.

Rusiyanın Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun bu təşəkkürü Dərbənd şəhərinin 2000 illik yubileyi münasibəti ilə təşkil olunmuş təntənəli gecədə səslənib.

Moskvanın Kreml sarayında keçirilən “Dulus dairəsi: Dərbənd qalasından Kreml qapılarınadək” adlanan bayram proqramında Azərbaycanın Rusiyadakı səfiri, Xalq Artisti Polad Bülbüloğlu da iştirak edib. Dərbəndliləri yubiley münasibəti ilə təbrik edən Polad BülbüloğluQorxma, mən səninləyəm” filmindən və böyük Dağıstan şairi Rəsul Həmzətovun sözlərinə yazılmış “Dolalay” mahnılarını ifa edib.

Yubiley tədbirində RusiyaMoskva hökumətinin nümayəndələri, tanınmış siyasiictimai xadimlər iştirak ediblər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 7 noyabr.- S. 5.