AMEA-nın kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyi münasibətilə Akademiyanın kollektivi noyabrın 9-da Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.

Sonra AMEA-nın kollektivi Akademiyanın təsisçilərinin və mərhum prezidentlərinin məzarları üzərinə gül dəstələri qoyublar.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 11 noyabr.- S. 6.