Ali Berat Alptekin: Azərbaycan Milli Onkologiya Mərkəzinin uşaq klinikasında yüksək səviyyədə müalicə göstərilir

 

Azərbaycan Milli Onkologiya Mərkəzinin uşaq klinikasında yüksək səviyyədə müalicə göstərilir.

Bu sözləri Bakıda səfərdə olan Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professoru Ali Berat Alptekin AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.

Bildirib ki, Milli Onkologiya Mərkəzinin uşaq klinikasının istifadəyə verilməsi bu sahədəki problemlərin həlli istiqamətində irəliyə atılan vacib addımdır.

Qonaq Milli Onkologiya Mərkəzinin ən müasir avadanlıqlarla təchiz edilmiş müalicə, cərrahiyyə, radiologiya korpuslarının palataları ilə və xəstələr üçün yaradılan şəraitlə tanış olub. Qeyd edib ki, xüsusilə reanimasiya şöbəsindəki ən son model olan avadanlıqlar onda xoş təəssürat yaradıb.

Ali Berat Alptekin dedi: “Şübhə yoxdur ki, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi üzrə təcrübələrin, elmi işlərin, standartların Türkiyə və Azərbaycan mütəxəssisləri arasında mübadiləsi ölkələrimizdə tibbi xidmətin və əhalinin sağlamlığının qorunmasının keyfiyyətinin daha da artırılmasına xidmət edəcək”.

 

Azərbaycan.- 2015.- 11 noyabr.- S. 6.