Bakıda reklam bazarının tənzimlənməsinə dair müzakirələr aparılıb

 

Noyabrın 10-da Bakıda “Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin reklam bazarının tənzimlənməsinə dövlət nəzarəti və özünütənzimləmə təşkilatlarının fəaliyyətinə həsr edilən konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı “Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin sədri Hacı Əmi Atakişiyev açaraqReklam haqqında” Azərbaycan Respublikasının yeni qanunu haqqında məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edən tarixi qərarları bütün ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanır. “Reklam haqqında” yeni qanun da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə “Reklam haqqında” qanun bazar iqtisadiyyatına keçidin ilk mərhələsində - 1997-ci ildə qəbul olunmuşdu. Azərbaycan iqtisadiyyatı bazar münasibətlərinin yeni mərhələsinə keçdiyi üçün qanunda müəyyən boşluqlar yaranıb. Bu da reklam bazarının büdcəmizin formalaşmasında zəif iştirakına səbəb olur.

İctimai Birliyin sədri qeyd edib ki, bu gün reklam bazarının vəziyyəti o qədər də ürəkaçan deyil. Reklamlarda dil, üslub, keyfiyyət məsələləri, reklamın yerləşdirilməsi və ona nəzarətin bir mənbədən idarə olunması inhisarçılığa və korrupsiya hallarına gətirib çıxarır.

Reklam haqqında” yeni qanun layihəsinin müəllifi, iqtisadçı Vahid Əhmədov çıxışında reklam bazarında əsas problemlərdən biri olan dilüslub məsələsinə toxunub. Qeyd edib ki, ölkəmizdə Azərbaycan dilində reklam çox azdır. Reklam bazarında əsasən xarici dillərə daha çox üstünlük verilir. Odur ki, bu sahəyə diqqət artırılmalı və reklamlar doğma dildə yayılmalıdır.

İqtisadiSosial Texnologiyalar İnstitutunun rəhbəri Əli Məsimli çıxışında yeni qanunun qəbulunun zəruriliyindən, reklam sahəsində standartların müəyyənləşdirilməsindən danışıb. Diqqətə çatdırıb ki, TV-lərdə sosial reklamların yayımlanması vacibdirbu cür maarifləndirici reklamlara daha çox yer verilməlidir. Sosial reklamlar gecə yarısından sonra deyil, gün ərzində yayımlanmalıdır. Reklam haqqında qanunun elə bir mükəmməl mexanizmi hazırlanmalıdır ki, Azərbaycan dilinə hörmətlə yanaşılsın.

Milli TeleviziyaRadio Şurası sədrinin müavini Qafar Cəbiyev vurğulayıb ki, televiziyada reklamın həcmi qanunla müəyyən olunur. Bir saat ərzində reklam 12 dəqiqədən çox, reklam bloklarının arasındakı vaxt isə 15 dəqiqədən az olmamalıdır. Şura çalışır ki, reklam haqqında qanunun tələblərinə tam əməl edilsinbu məsələ daim diqqətdə saxlanılsın.

Konfransda ictimai birliklərin reklam bazarının tənzimlənməsində rolu, reklam sahəsində standartların müəyyənləşdirilməsi, nəqliyyat vasitələrində reklam yerləşdirilməsi, reklamda dilüslub mövzularında da məruzələr dinlənilib, müzakirələr aparılıb.

Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

 

Azərbaycan.- 2015.- 11 noyabr.- S. 11.