Nobel mükafatı laureatı Təhsil Nazirliyində olub

 

Təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan, fizika sahəsində Nobel mükafatı laureatı Corc Smut ilə görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın ali təhsil müəssisələrində elmi araşdırmaların və tədris prosesinin təşkilinin yeni innovativ yolları, elm sahəsində müasir texnoloji yeniliklərin tətbiqi və digər məsələlər müzakirə edilib.

 

Azərbaycan.- 2015.- 13 noyabr.- S. 4.