Müstəqillik uğrunda mübarizənin yüksəliş mərhələsi

 

Ötən əsrin 70-ci illərindən başlanan milli özünüdərk duyğularının, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsində mühüm zəmin oldu. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində müstəqillik uğrunda mübarizənin yüksəlişi Heydər Əliyevin rəhbərliyinin birinci mərhələsində əldə edilmiş iqtisadi canlanmamilli mübarizlik ruhunun təşəkkülü nəticəsində mümkün oldu.

Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidləri Sovetlər İttifaqının bir çox başqa respublikalarında özünü aşkar hiss etdirdiyi halda qorxmaz, cəsur, möhkəm iradə sahibi olması sayəsində ulu öndər Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək, alt qatda isə milli-mənəvi ideala, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə aparan yolları tapmaq imkanı verən bir şərait yaratmışdı. 80-ci illərin sonu, 90-cı illərin əvvəlində müstəqillik hərəkatının geniş vüsət alması Heydər Əliyev dövründəki həmin iqtisadi yüksəliş və ona paralel tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün olmuşdur.

Qorbaçov-erməni işbirliyi tərəfindən 1987-ci ildə istefaya göndərildikdən sonra Heydər Əliyevin özünə və ailəsinə qarşı təzyiqlər gücləndi. Amma Heydər Əliyevin siyasi hakimiyyətdən kənarlaşdırılmasının ən ağır zərbəsi Azərbaycana dəydi. Ümummilli lider Heydər Əliyev siyasi fəaliyyətdən uzaqlaşdıqdan sonra Ermənistanın Azərbaycan əleyhinə çıxışları güclənməyə başladı. 1988-ci il fevralın 20-də Xankəndidə vilayət xalq deputatları sovetinin sessiyası vilayətin Ermənistana “birləşdirilməsi” barədə qərar qəbul etdi. Moskva zahirən erməni separatçılığını müdafiə etmir, hətta Sov.İKP MK DQMV-nin Ermənistana birləşdirilməsinin qeyri-mümkünlüyü barədə qərar da qəbul edir. Qərarda haqlı olaraq bunun qarşısıalınmaz nəticələrə səbəb ola biləcəyi qeyd olunurdu. Lakin bu qərar kağız üzərində qalır, Dağlıq Qarabağ ətrafındakı siyasi ehtiraslar getdikcə şiddətlənirdi. Həmin illərdə Azərbaycan xalqının əleyhinə nə qədər qərəzli məqalələr dərc olunur, sərt hücumlar edilirdi. O dövrdə Heydər Əliyev erməni lobbisininşovinist dairələrinin süni şəkildə yaratdığı tam siyasi izolyasiyada idi. Azərbaycan xalqı müdafiəsiz, himayəsiz qalmışdı.

1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti geniş miqyas almağa başladı. M.S.Qorbaçovun proseslərə biganə münasibətini görən ermənilər planlı şəkildə Ermənistanda yaşayan 200 mindən artıq azərbaycanlını öz ata-baba torpaqlarından kütləvi şəkildə deportasiya etdilər. Belə bir vaxtda xalq ayağa qalxdı və öz etirazını Azərbaycan və SSRİ rəhbərliyinə bildirsə də, ciddi reaksiya olmadı. Respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına toplaşır, ermənilərin və sovet rəhbərliyinin laqeyd münasibətinə qarşı mitinqlər keçirir, öz etirazlarnı bildirirdilər.

1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında sovet rəhbərliyinin xalqımıza qarşı apardığı antiazərbaycançı siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyəti böyük mitinqlər keçirməyə başladı. O vaxt bütün xalq bir yumruq kimi birləşmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqləri dağıdılsa da, Azərbaycan xalqının mübarizə əzmi qırılmadı. Azərbaycan xalqı hələ 1988-ci ildən mitinqlərdə respublikanın xilas yolunu yalnız ulu öndər Heydər Əliyevdə görür, onun respublika rəhbərliyinə qayıdışını təkidlə, qətiyyətlə tələb edirdilər.

SSRİ-nin dağılmasından sonra Azərbaycan ağır bəlalarla üzləşmiş, parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Ona görə də Heydər Əliyev həmin çətin məqamda öz xalqının yanında olmağı məqsədəuyğun saydı və Moskvadan Azərbaycana qayıtdı. Amma Heydər Əliyev Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda da onu xalqa zidd hakimiyyət tərəfindən bir o qədər təzyiq və hədələr gözləyirdi. Bütün təzyiqlərə baxmayaraq, xalqın çətin anında Heydər Əliyev 1990-cı il iyulun 20-də təyyarə ilə Bakıya gəldi. İki gün sonra - iyulun 22-də isə səhər saatlarında ulu öndər hakimiyyətin təhdidləri nəticəsində təyyarə ilə Bakıdan Naxçıvana getməyə məcbur oldu.

Bu qayıdış təkcə qədim Naxçıvan torpağının deyil, ümumilikdə Azərbaycan tarixinin yeni bir dövrünün başlanğıcı idi. Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışı, o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, vətənə, böyük siyasətə fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdış idi. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası olduqca gərgin bir dövr yaşayırdı. Bu dövrdə Dağlıq Qarabağ problemi ətrafında yayılan dalğanın zərbə qüvvəsinə məruz qalan, sərhədyanı kəndləri ermənilər tərəfindən işğal və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan doğrudan dataleyin ümidinə buraxılmış tənha bir ada”nı xatırladırdı.

1990-cı il noyabrın 17-də 12-ci çağırış Naxçıvan MSSR-in Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə keçirilmişdir. Həmin sessiyada çox mühüm qərarlar qəbul olunmuşdu. Sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək Naxçıvan Muxtar Respublikası adlandırmağı qərara almışdır. Naxçıvan MSSR Ali Sovetinin adını dəyişərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul olundu. 1990-cı il noyabrın 21-də Naxçıvan MR Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul etmişdir. 1990-cı il dekabrın 14-də Naxçıvan MR Ali Məclisi deputat Heydər Əliyevin hazırladığı “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində, Şaumyan rayonundaXanlar rayonunun Çaykənd kəndində yaranmış vəziyyətə münasibət haqqında” qərar qəbul etmişdir. 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında Heydər Əliyev yekdilliklə Ali Məclisin sədri seçildi.

Azərbaycanın siyasi tarixində özünə parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı və Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Milli şüurun dirçəlməsi istiqamətində ən zəruri tədbirlər görüldü.

Bu dövrdə dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə getmirdi. Yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı. Blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür, qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradılırdı. Qısa müddətdə Araz çayı üzərində “Ümidkörpüsü tikilib istifadəyə verildi. Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələri fəaliyyətə başladı. Naxçıvan şəhəri yaxınlığında istilik-elektrik stansiyası tikildi, Türkiyədən və İrandan Naxçıvan Muxtar Respublikasına yüksək gərginlikli elektrik xətləri çəkildi.

1990-1993-cü illər Naxçıvanın siyasi, mədəni, mənəvi və iqtisadi mühitindən Heydər Əliyevin quruculuq fəaliyyəti qırmızı xətlə keçir. Bu dövrdə Naxçıvan Muxtar Respublikasının həyatında mühüm dəyişikliklər baş vermiş, Ermənistanla həmsərhəd rayon və kəndlərdə hərbi təcavüzün qarşısı alınmış, əmin-amanlıq yaradılmışdır. Heydər Əliyevin siyasi hakimiyyətinin Naxçıvan dövründə gördüyü işlər, muxtar respublikanın yaşamasına və xilasına yönəlmiş tədbirlər 1990-1993-cü illərdə xaos və təhlükələr, açıq şəkildə bildirilən kəskin narazılıqlar və qarşıdurmalar mərhələsini yaşayan, qardaş qırğını və vətəndaş müharibəsi həddinə gəlib çatan, parçalanaraq milli əyalətlər və quberniyalar halında fəaliyyət göstərməyə təhrik edilən Azərbaycan üçün böyük əhəmiyyəti var idi.

AXC-Müsavat cütlüyünün ulu öndər Heydər Əliyevi Naxçıvandan acizanə şəkildə Bakıya dəvət etməsi həm də xalqın təkidli tələbi ilə bağlı idi. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində görürdü. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük strateq Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamış, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi.

Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqisiyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli lider ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas edilmişdir. Heydər Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun tətbiqinə nail olmuşdur. Xalqın sosial sifarişi əsasında Azərbaycanda Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin və məsuliyyətli bir missiyanı üzərinə götürmüş cənab İlham Əliyev də öz siyasətini bu ənənələr çərçivəsində qurur.

Ötən 12 ilə yaxın müddətdə Azərbaycan cəmiyyətində qəti olaraq belə rəy formalaşmışdır ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prioritetlərin varisliyini uğurla təmin etmiş alternativsiz liderdir. Ulu öndərin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Respublikamız ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.- 17 noyabr.- S. 5.