“Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisi öz işinə başlayıb

 

Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) kompaniyasının dəstəyi ilə təşkil olunan “Xəzər: ətraf mühit üçün texnologiyalar” (“CTE-2015”) mövzusunda 6-cı Beynəlxalq Ətraf  Mühit sərgisi öz işinə başlayıb.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Bolqarıstanın Azərbaycanda səfərdə olan ətraf mühitsu naziri xanım İvelina Vasileva ilə birgə Bakı Ekspo Mərkəzində işinə başlayan sərgidə nümayiş etdirilən stendlərə, təqdim olunan məhsullara baxış keçirib.   

Qeyd edək ki, Azərbaycan, Çexiya, Almaniya, İsveçrə, Türkiyə, Rusiya və digər ölkələrdən olan şirkətlərin iştirak etdiyi sərgidə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan rasional istifadə sahəsində innovasiya layihələri kompleks şəkildə təqdim olunur. 6-cı Beynəlxalq Ətraf Mühit sərgisinin  keçirilməsində əsas məqsəd ətraf mühitin mühafizəsi sahəsindəki işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıqlarla tanışlığa imkan yaratmaq və ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə əlavə təkan verməkdən ibarətdir.

“Xəzər: ətraf mühit üçün texnologiyalar” (“CTE-2015”) mövzusunda 6-cı Beynəlxalq Ətraf  Mühit sərgisi noyabrın 20-dək davam edəcək.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən almışıq.

 

Azərbaycan.- 2015.- 19 noyabr.- S. 10.