Yeni Azərbaycan Partiyasının rəhbərliyi və üzvləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər

 

Yeni Azərbaycan Partiyasının yaradılmasının (YAP) 23-cü ildönümü münasibətilə partiyanın rəhbərliyi və üzvləri noyabrın 21-də Fəxri xiyabana gələrək YAP-ın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri və əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə də güllər qoyulub.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 22 noyabr.- S. 5.