Azərbaycan-Malayziya təhsil əlaqələrinin uğurla inkişaf edir

 

Təhsil naziri Mikayıl Cabbarov Malayziya Təhsil Nazirliyinin baş direktoru Xayr bin Məhəmməd Yusif ilə görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Cabbarov respublikamız üçün təhsil sahəsində Malayziya təcrübəsinin öyrənilməsinin əhəmiyyətini qeyd edib.

Ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, gələcəkdə təhsilin müxtəlif sahələri üzrə əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

 

Azərbaycan.- 2015.- 26 noyabr.- S. 5.