Əbdüləziz Osman əl-Tuveycrinin “Dostluqordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ilə Azərbaycan Respublikası arasında hərtərəfli uğurlu əməkdaşlığın qurulmasında səmərəli fəaliyyətinə və Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasında müstəsna xidmətlərinə görə ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri “Dostluqordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 27 noyabr.- S. 3.