BakıdaAvropa gənc alimlərinin genosid faktlarına baxışlarımövzusunda beynəlxalq forum keçirilib

 

Oktyabrın 7-də Bakıda Azərbaycan Gənc Alim, Aspirant Magistrlər Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi Avropa Gənc Alimlər Şurasının (EURODOC) tərəfdaşlığı iləAvropa gənc alimlərinin genosid faktlarına baxışlarımövzusunda beynəlxalq forum keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Gənc Alim, Aspirant Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov tarix boyu xalqımızin məruz qaldığı faciə soyqırımılarından söz açıb. Bildirilib ki, tədbirin məqsədi soyqırımı genosid faktlarının tədqiqinə gənc alimləri cəlb etmək azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən tarixi soyqırımı faktlarının dünyaya tanıtmaq, Xocalı faciəsi barədə Avropa elmi gəncliyi arasında təbliğat işini daha da genişləndirmək, soyqırımı genosid faktlarına elmi araşdırmalarının nəticələrinə əsaslanaraq qiymət verməyin vacibliyini diqqətə çatdırmaq, bu istiqamətdə gələcəkdə konkret tədqiqatların aparılmasına dünya elmi gəncliyini sövq etməkdir. İ.Orucov beynəlxalq foruma 18 Avropa dövlətindən gənc alim tədqiqatçının qatıldığını onların Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdiklərini söyləyib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov çıxış edərək ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə deportasiya siyasəti barədə ətraflı məlumat verib.

T.Süleymanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açıb. Bildirilib ki, tarix boyu azərbaycanlıların öz doğma torpaqlarından qovulması mərhələlərlə həyata keçirilib. Hazırda ərazimizin iyirmi faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, bir milyondan çox azərbaycanlı öz ata-baba torpaqlarından qovularaq qaçqın məcburi köçkün vəziyyətinə düşüb. Ermənilərin deportasiya siyasəti hərbi əməliyyatları nəticəsində on minlərlə insan, o cümlədən mülki şəxslər, qadınlar, uşaqlar qocalar həlak olub.

Bildirilib ki, 1918-ci ilin mart qırğınları xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli səhifələrindən olub. Erməni daşnakları üç gün ərzində Bakıda minlərlə azərbaycanlının həyatına son qoyub, qocaları, qadınları uşaqları amansızcasına qətlə yetirib, qədim tarixi abidələri məhv ediblər. Bakı ilə yanaşı, Naxçıvanda, Zəngəzurda, Qubada, Xaçmazda, Şamaxıda, Lənkəranda digər bölgələrdə qanlı faciələr törədilib.

Prezident Administrasiyasının rəsmisi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarların xalqımıza qarşı törətdiyi Xocalı faciəsinin dəhşətlərindən danışıb. Bildirib ki, bu qətliam zamanı erməni qəsbkarları tərəfindən günahsız dinc əhali qəddarcasına öldürülüb, bir gecədə Xocalı şəhəri yerlə-yeksan edilib. Ancaq Xocalı soyqırımı dünya ölkələrinin çoxu tərəfindən birmənalı şəkildə tanınmır, bu faciəyə beynəlxalq səviyyədə hələ hərtərəfli hüquqi qiymət verilməyib.

T.Süleymanov bu soyqırımı faciələrin avropalı alimlər tərəfindən dünya ictimaiyyətinə çatdırılmasında tanıdılmasında forumun əhəmiyyətini yüksək dəyərləndirib.

Azərbaycanın hər zaman tolerant ölkə olduğunu diqqətə çatdıran T.Süleymanov qeyd edib ki, qədim zamanlardan bu günədək ölkəmizdə müxtəlif xalqların nümayəndələri mehriban sülh şəraitində yaşayırlar.

Natiq Azərbaycan dövlətinin beynəlxalq əlaqələrindən, uğurlu daxili xarici siyasətindən, bütün sahələrdə sürətli inkişafından da bəhs edib. Bildirilib ki, bu gün Azərbaycan nəinki regionda, eyni zamanda dünyada lider dövlətlər sırasındadır. Son illər ölkəmiz bir sıra beynəlxalq tədbirlərə, mötəbər idman yarışlarına ev sahibliyi edir. Bütün bu uğurlara Prezident İlham Əliyevin uzaqgörən məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə həyata keçirilən iqtisadi siyasi islahatlar sayəsində nail olunub.

Azərbaycan Respublikası millətlərarası, multikulturalıizm dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov Azərbaycandakı multikultural mühitdən danışıb, multikulturalizmin dövlət siyasəti eyni zamanda, həyat tərzimiz olduğunu bildirib. Qeyd edilib ki, xalqımız əsrlər boyu ədalətsiziliklərə, soyqırımılara məruz qalsa da tolerantlıq ənənələrini qoruyub saxlayıb.

Tədbirdə Milli Məclisin deputatı Adil Əliyev, Ombudsman Aparatınının şöbə müdiri Zaur Əliyev, “EURODOC”un sabiq rəhbəri Slobodan Radiçev başqaları çıxış edərək azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən tarixi soyqırımı faktlarının dünya ictimaiyyətinə çatdırılmasında forumun xüsusi rolunu qeyd ediblər.

 

Azərbaycan.- 2015.- 8 oktyabr.- S. 7.