Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq “Fair Play” Komitəsinin prezidentini, Avropa “Fair Play” Hərəkatının prezidentini vitse-prezidentini qəbul edib

 

Dövlətimizin başçısına Beynəlxalq “Fair Play” Komitəsinin xüsusi medalı təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Beynəlxalq “Fair Play” Komitəsinin prezidenti Jeno Kamyutini, Avropa “Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqeri vitse-prezidenti Erdoğan Arıpınarı qəbul edib.

Azərbaycanın artıq beynəlxalq idman yarışlarının yüksək səviyyəli təşkilatçısı kimi dünyada öz sözünü dediyini vurğulayan Avropa “Fair Play” Hərəkatının vitse-prezidenti Erdoğan Arıpınar Bakının ev sahibliyi etdiyi birinci Avropa Oyunlarını böyük hadisə kimi qiymətləndirdi. Erdoğan Arıpınar Beynəlxalq “Fair Play” Komitəsinin Avropa “Fair Play” Hərəkatının ilk birgə konqresinin Avropa “Fair Play” Hərəkatının 21-ci Baş Assambleyasının Bakıda təşkil olunmasına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Avropa “Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqer birinci Avropa Oyunlarını maraqla izlədiyini qeyd edərək Oyunların ölkəmizdə uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. O, insanların yarışları böyük ruh yüksəkliyi ilə izləmələrinin hər bir idmançıya səmimi dəstək nümayiş etdirmələrinin onda böyük təəssürat yaratdığını vurğuladı.

Birinci Avropa Oyunlarını Bakıda şəxsən izlədiyini məmnunluqla qeyd edən Beynəlxalq “Fair Play” Komitəsinin prezidenti Jeno Kamyuti Oyunların yüksək səviyyədə təşkili Azərbaycan idmançılarının qazandığı nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi. Ölkəmizdə idman sahəsinə, xüsusən ədalətli oyunlara göstərilən diqqəti yüksək qiymətləndirən Jeno Kamyuti Beynəlxalq “Fair Play” Komitəsinin Avropa “Fair Play” Hərəkatının Bakıda ilk birgə konqresinin təşkil edilməsinin qarşılıqlı əməkdaşlığın uğurlu rəmzi olduğunu bildirdi. Beynəlxalq “Fair Play” Komitəsinin prezidenti Azərbaycanın təşkilatın tədbirlərinə ev sahibliyini öz üzərinə götürdüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi, ölkəmizin müvafiq qurumları ilə əməkdaşlığı gələcəkdə davam etdirmək arzusunda olduqlarını dedi.

Beynəlxalq “Fair Play” Komitəsinin Avropa “Fair Play” Hərəkatının birgə konqresinin Avropa “Fair Play” Hərəkatının 21-ci Baş Assambleyasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı burada çoxlu sayda nümayəndə heyətlərinin iştirakını yüksək qiymətləndirdi. Prezident İlham Əliyev beynəlxalq idman qurumları ilə əməkdaşlığın önəminə toxunaraq, tədbir zamanı maraqlı müzakirələrin aparılacağına ümidvar olduğunu qeyd etdi. Birinci Avropa Oyunlarının ölkəmizdə böyük marağa səbəb olduğunu bildirən dövlətimizin başçısı Azərbaycan idmançılarının uğurlu çıxışlarını xatırladı.

Daha sonra Beynəlxalq “Fair Play” Komitəsinin prezidenti Jeno Kamyuti Azərbaycanda idmanın inkişafı sahəsindəki xidmətlərinə, ədalətli oyunlar hərəkatına verdiyi dəstəyə idmanda ədalət prinsiplərinə sadiqliyinə görə Prezident İlham Əliyevin Beynəlxalq “Fair Play” Komitəsinin xüsusi medalı ilə təltif olunduğunu dedi mükafatı dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev Beynəlxalq “Fair Play” Komitəsinin xüsusi medalına layiq görüldüyünə görə təşəkkürünü bildirdi, dövlət başçısı, həmçinin Milli Olimpiya Komitəsinin prezidenti kimi gələcəkdə idmanın inkişafına ardıcıl dəstəyi davam etdirəcəyini vurğuladı.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 9 oktyabr.- S. 2.