Bakıda Avropa “Fair Play” Hərəkatının Beynəlxalq “Fair Play” Komitəsinin birgə konqresi keçirilir

 

Oktyabrın 8-də Bakıda Avropa “Fair Play” Hərəkatının Beynəlxalq “Fair Play” Komitəsinin birgə konqresi öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan gənclər idman naziri Azad Rəhimov konqresin Avropa “Fair Play” Hərəkatının 21-ci Assambleyasının təşkilinin ölkəmizə həvalə edilməsinə görə təşəkkürünü bildirib.

Nazir qeyd edib ki, Azərbaycan artıq neçə illərdir istər idman uğurları ilə, istərsə mötəbər beynəlxalq yarışların tədbirlərin təşkilində dünya idmanında özünəməxsus yer tutur. Bu mənada 2015-ci il təkcə Azərbaycanın deyil, həm Avropanın, ümumiyyətlə dünyanın idman tarixi üçün əlamətdar oldu. Bəşəriyyətə Olimpiya Oyunları kimi bir ideyanı bəxş etmiş qitənin özünün ilk çoxnövlü kütləvi idman təntənəsinə məhz Azərbaycan, onun paytaxtı ev sahibliyi etdi. On yeddi yarış günü ərzində Avropanın bütün ölkələrini təmsil edən 6 minə yaxın idmançı 253 dəst medal uğrunda Bakıda yarışdılar. Əlli dövlətdən 42-sinin nümayəndəsi fəxri kürsüdə yer aldı. Otuz bir ölkəyə qızıl medal aparıldı. Çox sevinirik ki, qalib mükafatçılar arasında Avropanın əksər ölkələri yer aldılar.

Azad Rəhimov bildirib ki, iyunun 12-də açılış iyunun 28-də bağlanış mərasimləri, eləcə yarışlar dünyanın ən böyük idman bayramı olan Olimpiya Oyunları ənənəsinə prinsiplərinə uyğun keçirildi. Azərbaycanın adı dünya miqyasında nüfuz qazanan böyük bir layihənin vətəni kimi tarixə yazıldı.

Yarışlar zamanı ədalət prinsiplərinə əməl edilməsini, bu prinsiplərin qorunmasına diqqət yetirilməsini xüsusi vurğulayan nazir ədalətli oyunların Olimpizmin əsas təməl prinsipi, onun ideya daşıyıcısı olduğunu diqqətə çatdırdı. Nazir dedi: “Bir nümunəni qeyd etmək istərdim. Gimnastika yarışları zamanı Azərbaycan könüllüsünün rəqib ölkə idmançısının hündürlükdən yıxıldığını görüb özünü təhlükəyə ataraq, onu zədələnməkdən xilas etməsi “Bakı-2015”in necə səmimi şəraitdə keçdiyinin göstəricisidir”.

Nazir bildirib ki, Azərbaycanın özünəməxsus mental xüsusiyyətlərinin ədalət prinsipləri ilə həmahəng səsləşməsi ilə yanaşı, ölkəmizdə idmana göstərilən diqqət qayğının təməlində Olimpizm dəyərləri xüsusən ədalət prinsipi dayanır. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Olimpizm ədalət dəyərlərinin qorunması, ona riayət olunmasına xüsusi diqqət yetirir. Ölkəmizdə idmançının sosial statusu ən yüksəkdə dayanır.

Konqresin əhəmiyyətini yüksək qiymətləndirən Avropa “Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqer tədbirin maarifləndirmə sahəsindəki rolundan danışıb. O vurğulayıb ki, “Fair Play” Hərəkatı sosial dialoqun anlaşmanın vəhdətini təşkil edir. Bu, idmanın ayrılmaz bir parçasıdır. Hər bir irimiqyaslı yarış başa çatdıqdan sonra qələbələr Ədalətli Oyunlar Hərəkatı hər zaman diqqət mərkəzində olur müzakirə mövzusuna çevrilir. “Bakı-2015” ilk Avropa Oyunları da ədalətli oyunlar prinsipinə əsaslanaraq təşkil olundu yarışlardan bir çox məqamlar tamaşaçıların yaddaşında xoş izlər buraxdı.

Konqres zamanı aktual mövzuların müzakirə olunacağını diqqətə çatdıran Kristian Hinterberqer tədbir üçün xüsusi mövzu məruzələrin hazırlandığını vurğulayıb. O deyib ki, milli beynəlxalq mütəxəssislərin hazırladığı məruzələr bu sahə ilə məşğul olan insanların nəzəri informasiya əldə etməsi bundan yararlanması üçün çox faydalı olacaq. K.Hinterberqer bu tədbirin Azərbaycanda təşkil olunmasını böyük hadisə kimi qiymətləndirib.

Beynəlxalq “Fair Play” Komitəsinin rəhbəri Jeno Kamuti Azərbaycan idmançılarının qazandığı nailiyyətləri ölkədə idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. O qeyd edib ki, cari ilin iyununda Azərbaycan qitənin ən böyük idman tədbirinə yüksək səviyyədə ev sahibliyi etdi “Bakı-2015” ədalətli oyunlar prinsipinə əsasən təşkil olundu.

Tədbirdə Azərbaycanda idmanın inkişafı sahəsindəki xidmətlərinə, ədalətli oyunlar hərəkatına verdiyi dəstəyə idmanda ədalət prinsiplərinə sadiqliyinə görə Prezident İlham Əliyevin Beynəlxalq “Fair Play” Komitəsinin xüsusi medalı ilə təltif olunduğu bildirildi.

Sonra Azərbaycanda dünyada “Fair Play” Hərəkatından bəhs edən videoçarx nümayiş etdirildi.

İki gün davam edəcək konqresin əsas mövzusuRəqabətli idmanda ədalətli oyun – real ya ideal”dır. Konqres zamanı dinləniləcək 28 məruzədən 8-ni yerli mütəxəssislər təqdim edəcək. Həmçinin tədbirdə Olimpiya ədalətli oyun dəyərlərinin qorunmasında dövlətin qeyri-hökumət idman təşkilatlarının əməkdaşlığı məsuliyyəti, korrupsiyaya, saxta ümidsiz matçlara qarşı mübarizə, idman dəyərlərinin etikasının qorunmasında formal qeyri-formal təhsilin rolu mövzusunda müzakirələr aparılacaq.

Konqres işini müzakirələrlə davam etdirir.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 9 oktyabr.- S. 12.